Gündəm

"Hədəf qiymət artımlarını azaltmaqdır" - Deputat

Nazirlər Kabineti anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarların dəstəklənməsi üçün yeni tədbirləri təsdiq edib. Yeni dəstək mexanizmləri güzəştli kredit mexanizminin genişləndirilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasını özündə ehtiva edir. 

"MUMtv.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Sahibkarlığın İnkişafı Fondu bu il minimum istehlak səbətinin tərkibinə daxil olan əsas ərzaq məhsullarının istehsalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli kreditlər təklif edəcək:
"Məqsəd əsas ərzaq məhsullarının istehsalını stimullaşdırmaq və eləcə də bu sahədə fəaliyyət göstərən iş adamlarının istehsal və satış imkanlarını dəstəkləməkdir. Aşağı faizli kreditlərin təklifi bazara daha optimal qiymətə məhsulların çıxarılması baxımından vacibdir. Kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı olan digər istiqamət sahibkarların 2022-ci ildəki kreditlərinin faizlərinin bir hissəsini kompensasiya etmək məqsədi daşıyır. Bu zaman 3 milyon manatadək olan kreditlərə 1 il müddətinə subsidiya verilir. Bu subsidiya 10 faiz bəndinədək veriləcək. Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.  Burada da məqsəd maliyyə xərclərini azaltmaqla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınmasıdır".
V.Bayramov qeyd edib ki, hədəf qiymət artımlarının minimumlaşdırılması ilə yanaşı, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır:
"Dünya və regional bazarlarda müşahidə edilən qeyri-müəyyənlik fonunda bu addımların atılması ciddi əhəmiyyət daşıyır. Hələlik dünya bazarındakı qiymət artımlarının və qıtlığın nə zamanadək davam edəcəyi bəlli deyil. Bu baxımdan, preventiv addımlar ilə yanaşı sahibkarların daha yaxından dəstəklənməsi prioritetdir".

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər