Sosial

Azərbaycanda kredit almaq çətinləşəcək: Qazanc da azalacaq – RƏY
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib.

Dəyişikliyə əsasən, Palata banklar üçün biznes kreditləri ilə müqayisədə istehlak kreditlərinin verilməsinin cəlbediciliyini azaldacaq.

Ehtimallara görə, beləliklə istehlak kreditlərinin artım tempi zəifləyəcək və əhalinin izafi borclanması məhdudlaşacaq.

Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, istehlak kreditlərinin artmasına səbəb kommersiya kreditlərinə marağın az olmasıdır: "Kommersiya kreditlərinin verilmə şərtləri ağırdır, nəticədə kommersiya kreditlərinə maraq azdır. Dayanıqlı iqtisadi modellə bağlı şübhələr var. Biznesin özü uzunmüddətli və aşağıfaizli kreditlər ala bilmir. Bunun nəticəsində banklar əllərində olan sərbəst vəsaiti daha çox istehlak kreditlərinə yönəldirlər ki, ayaqda qala bilsinlər, pul qazansınlar. Məhz bu nöqteyi-nəzərdən istehlak kreditlərinin artması nəticədir, səbəb yox. Səbəb ümumi iqtisadiyyatda baş verən proseslərdir ki, istehlak kreditlərinin artmasına rəvac verir. Bu isə dayanıqlı deyil”. 

Ekspert vurğulayıb ki, istehlak kreditlərinin artması böhran dalğası yarada bilər: "İstehlak kreditlərinin artması növbəti böhran dalğaları yarada bilər, həmçinin problemli kreditlərin artmasına gətirib çıxarar, nəticə olaraq isə iqtisadi artımın dayanıqlılığını azaldar. Ona görə də mən düşünürəm ki, istehlak kreditlərində şərtlərin sərtləşdirilməsi müvəqqəti olaraq kredit bazarına təsir göstərəcək” . 

Həmsöhbətimiz qeyd edib ki, istehlak kreditlərinin azalacağı təqdirdə onun təsiri təkcə kredit bazarına olmayacaq, eyni zamanda satışlar da azalacaq: "Amma bunun multiplikativ effekti də var. İstehlak kreditləri azalacaqsa, təbii ki, satışlar azalacaq. Əsasən də elektrotexnika məhsullarının, avtomobillərin və digər istehlak mallarının satışı azalacaq. Satış azaldıqca, həmin şirkətlərin dövriyyəsi azalacaq, bu zaman həm qazanc azalacaq, vergi azalacaq, iş yerlərində müəyyən ixtisarlara gedəcək. İqtisadiyyat elə unikal sahədir ki, elmi yanaşmaya ehtiyac var. Bir addımın nəticələri digər sahələrə də ciddi təsir göstərir. Ona görə də ümumilikdə Azərbaycanda kredit bazarının liberallaşdırılması, bu sahədə rəqabət mühitinin artırılması, xarici bankların ölkəyə sərbəst daxil olmasına imkan yaradılması, bunun nəticəsində də yeni bank məhsullarının bazara çıxarılması atılmalı olan addımlardır”. 


Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər