Gündəm

Anar Məmmədov: Qeyri-neft sektoru sürətlə inkişaf edir

Bu gün qeyri-neft sektoru sürətlə inkişaf edir və hazırda bu sahə ümumi daxili məhsulun 70 faizdən çoxunu təşkil edir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın hədəfi ixracatı şaxələndirmək və ixracyönümlü qeyri-neft məhsullarının siyahısını genişləndirməkdir. Bu istiqamətdə də hər keçən gün real uğurlar əldə edilir.

Məhz məqsədyönlü siyasət nəticəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft sektorunun artım dinamikasını üstələyib və bu təbii ki, məmnunluq doğurur.
Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının priorititet istiqamətlərindən biri kimi seçilmişdi. Artıq 17 ildir ki, sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.

Bu baxımdan qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsi diqqət mərkəzində saxlanılır. Regionların inkişafı, müasir iqtisadi və sosial infrastrukturun yaradılması və digər layihələr reallaşdırılır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yol-magistral təsərrüfatı yüksək templə inkişaf edir. Çox sayda müasir körpü salınmış, tunellər tikilmişdir. Bölgələrdə 4-ü beynəlxalq statuslu olmaqla, ümumilikdə 6 hava limanı vətəndaşların ixtiyarına verilmişdir. Bundan başqa, dövlət dəstəyi tədbirləri çərçivəsində rayonlarda quşçuluq təsərrüfatına, heyvandarlıq və südçülük komplekslərinə, ət kəsimi və emalı müəssisəsinə  milyonlarla manat güzəştli kreditin verilməsi istehsalın artmasına, son illərdə ət və ət məhsullarının idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Bundan əlavə, regionlarda bağçılıq və üzümçülük təsərrüfatlarına, istixana komplekslərinə və meyvə-tərəvəz emalı müəssisələrinə milyonlarla manat güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi ilə yanaşı ixrac imkanını da yaratmışdır. Ərzaq tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə iri fermer təsərrüfatının yaradılmasına da güzəştli kreditlər.

Beləliklə, Azərbaycan yeni sənayeləşmə dövrünə qədəm qoyaraq, əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik və ətraf mühitə təsirlərin azaldılması, həmçinin iqtisadiyyatın rəqabətqabiliyyətinin və sənaye ixracının artırılması, yeni iş yerlərinin açılması ilə xarakterizə olunur. Bunun üçün münasib institusional mühit və makroiqtisadi şərait, habelə dünya iqtisadiyyatında inkişaf təmayüllərinin saxlanılması vacibdir. Ölkə rəhbərliyinin güclü siyasi iradəsi və aidiyyəti dövlət qurumlarının öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsi Azərbaycanın yeni sənayeləşmə dövründə mühüm iqtisadi uğurlar əldə edəcəyini inam və əminliklə söyləməyə əsas verir.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Son xəbərlər

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?

Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı

Azərbaycan bayrağı Əskipara kəndi üzərində qaldırıldı - VİDEO

MM-də iki deputat arasında gərginlik: "Bu qanunun əleyhinə səs verəcəm"

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

Bütün xəbərlər