Gündəm


Mumtv.az: - Bildiyiniz kimi, media sahəsində fəaliyyət göstərən şəxslər üçün güzəştlər və imtiyazlar müəyyənləşir.

Bu, Milli Məclisin bir neşə gün öncə keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Media haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Media Reyestrinə daxil edilmiş şəxslər üçün aşağıdakı güzəşt və imtiyazlar müəyyənləşdirilə bilər:

- media subyektlərinə dövlət orqanları (qurumları) tərəfindən rəsmi elan və sosial reklamların sifarişi;
- media subyektlərinin işçilərinin və jurnalistlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən təlimlərdə ödənişsiz və ya güzəştli əsaslarla iştirakı;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilən dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə layihələrdə iştirakı;
- maliyyə xarakterli güzəşt və imtiyazlardan (güzəştli kreditlərdən yararlanmaq daxil olmaqla) istifadə;
- sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlərdən yararlanma.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məlumdur ki, müəyyən zamanlarda jurnalistlər kredit götürməklə bağlı problemlər yaşayıb. Dəfələrlə bu barədə media nümayəndələri tərəfindən aidiyyəti orqanlara müraciətlər ünvanlanıb, problemin həlli istiqamətin işlərin görülməsi istənilib.

Maraqlıdır, hazırda bankların jurnalistlərə kredit vermə strategiyası necədir, proses necə tənzimlənir?



* "AccessBank"ın mətbuat katibi Sərvinaz Ələkbərova deyib ki, vəzifənin kredit götürülməsi məsələsində rolu yoxdur:

"Bizdə vəzifəyə görə məhdudiyyət olmayıb. Aylıq gəliri uyğundursa, kredit götürməsi aylıq büdcəsinə problem yaratmazsa, kredit verilir. Buna görə vəzifənin hər hansı bir təsiri yoxdur".

* "Kapital Bank"ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə deyib ki, yalnız bir halda məhdudiyyət ola bilər:

"Kapital Bank jurnalistlərə kredit verir, belə konkret bir məhdudiyyət yoxdur. Sadəcə olaraq, bəzi kiçik müəssisələr var ki, onlara kredit yalnız komitə vasitəsilə verilir. Bilirsiniz, jurnalistlər həm maaş, həm qonorar alır. Maaş həmişə az, qonorar daha çox təşkil etdiyi üçün kredit komitə vasitəsilə verilir. Çünki bu rəsmi gəlir şərtlərə uyğun gəlmir. Bir çox jurnalist VÖEN-lə işləyir, biz də VÖEN-lə işləyənlərə kredit verə bilmirik. İstər jurnalist, istər qeyri-jurnalist olsun, fərq etmir. Bu səbəbdən də problemlər ola bilir. Amma "Kapital Bank"da jurnalistlərə kredit verilmdiyi anlayışı yoxdur. Kredit qaydalara, prosedurlara uyğun gələn istənilən şəxsə verilir".

* "Beynəlxalq Bank"dan verilən məlumata görə isə, peşəsindən asılı olmayaraq, şərtlərə uyğun gələn hər bir vətəndaşa kredit verilə bilər.

* "Turan Bank"ın ictimaiyyətlə əlaqələr şöbədinin rəhbəri Brilyant Rəsulova deyib ki, sahələrə görə ayrı-seçkilik edilmir:

"Bizdə hər hansı bir sahə üzrə ayrı-seçkilik mövcud deyil. Mərkəzi Bankın qaydalarına əsasən, istehlak kreditləri, biznes kreditləri şərtlərə uyğun olaraq verilir. Gəlirlərlə, qaydalara uyğun olaraq kredit ayrılır. Bizim bankda hər hansı bir jurnalistə qarşı belə bir seqmentləşmə olmayıb".

Qeyd edək ki, Muğan Bank ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb, sualımızı ünvanlasaq da, cavablandırılmayıb.//cebhe.az

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər