Gündəm

Polad Həşimovun anasının dedikləri kifayət qədər ciddi məsələdir və MÜTLƏQ ARAŞDIRILMALIDIR!

MUMtv.az: - Ərəstun Oruclu: "İstintaq prokurorluqdan alınaraq DTX-ya verilməlidir, çünki Tərtər qətliamını törədənlərin əməllərində, həmçinin Polad Həşimovun qətlində xarici kəşfiyyat izləri var"
Azərbaycanın Milli Qəhrəmanı, 3-cü Ordu Korpusunun sabiq komandir müavini -qərargah rəisi, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova bir neçə gün öncə oğlunun ölümü və baş verən digər olaylarla bağlı sensassion iddialar səsləndirib.
Belə ki, "Mənim oğlum "Aprel döyüşləri"ndən sonra istefa ərizəsi yazmışdı. İstefa ərizəsi gəlmişdi Müdafiə Nazirliyinə. Niyə yazdığını bilmirəm. Araşdırılsın, oxusunlar, görsünlər niyə yazmışdı. Əgər, ərizəni cırıblarsa da, kitaba düşmüşdü" deyən Səmayə Həşimovanın sözlərinə görə, 2020-ci ilin iyul ayının 15-i Polad Həşimovun Müdafiə Nazirliyində işə başlayacağına dair ərizəsinə qol çəkilibmiş: "Oğlum 11-i telefonla danışıb məni ümidli etmişdi ki, ayın 15-i gəlirəm. Ayın 14-ü tabutu gəldi. Niyə mənim oğlumu aldatdılar? Müdafiə Nazirliyində oturanlara yaraşmırdı Polad? Kərim Vəliyevin yerini dar edirdi Polad? Kərim Vəliyev Poladı öldürdüb yerinə özü gəldi. Mən bu sözləri çəkinmədən deyirəm. Qoy mənim prezidentim eşitsin, bilsin". Bundan başqa, Milli Qəhrəmanın anası general oğlunun ölümünə görə matəm elan olunmamasından da şikayətlənib: "Azərbaycanın generalı ölmüşdü. Bir gün matəm elan olunmadı. Rəhbər işçilərdən bircə nəfər Polad Həşimovun anası ilə görüşmədi. Niyə? Bunların günahı birbaşa olaraq müdafiə naziri Zakir Həsənovdadır". 

Qeyd edək ki, bu məsələ, yəni şəhid general-mayor Polad Həşimovun anasının fikirləri gündəmə gəldikdən sonra az qala hamı bununla bağlı öz fikirlərini bildirir, şərh verir, müxtəlif mülahizələr irəli sürür. Əksəriyyət iddia edir ki, kimlərsə öz maraqları naminə Səmayə Həşimovaya yanlış məlumat verib və bu yolla onu yönəltməyə, ordunun rəhbər şəxsləri haqqında mənfi imic formalaşdırmağa çalışırlar. Təbii ki, bu da bir versiyadır və əksi rəsmi şəkildə sübut olunmayana qədər doğruluğunu şübhə altına almaq olmaz. Lakin o da danılmaz faktdır ki, hələ bu söhbətə qədər dəfələrlə "Aprel döyüşləri", o cümlədən "Tərtər olayları" ilə bağlı həm ekspertlər, həm siyasi xadimlər, həm də müdia nümayəndələri tərəfindən kifayət qədər ciddi ittihamlar səsləndirilib. Məsələn, "Hürriyyət" qəzetinin və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədov dayısı oğlu, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, 2016-cı ildə "Aprel döyüşləri" zamanı şəhid olmuş tabor komandiri Rasim Məmmədovun "Lələtəpə"də həlak olmamışdan öncə ordu sıralarındakı casus şəbəkənin izinə düşdüyünü, onlar barəsində ciddi faktlar topladığını qeyd edib. Lakin təəssüflər olsun ki, Vüqar Məmmədovun çoxsaylı müraciət və açıqlamalarına rəğmən, indiyədək sözügedən olayla bağlı obyektiv araşdırma aparılmayıb. Halbuki, şəhid olduqdan sonra Rasim Məmmədovun hərbi hissədəki iş otağına girilməsi, seyfinin oğurlanaraq yandırılması ordudakı casus şəbəkəsi və mərhum mayorun onların izinə düşməsi ilə bağlı deyilənləri bir daha təsdiqləyir...
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovla bağlı məqama gəlincə, söz yox ki, Səmayə Həşimovanın dedikləri kifayət qədər ciddi məsələdir və bu səbəbdən də mütləq müvafiq qurumlar tərəfindən obyektiv şəkildə araşdırılmalı, bununla bağlı ictimaiyyətə ətraflı məlumat verilməlidir. Çünki 1-ci Ordu Korpusunun tərkibində olan hərbi hissələrin birindəki kəşfiyyat bölüyünün komandiri olmuş Elmar Allahverdiyev də müsahibələrinin birində deyib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Azərbaycan Müdafiə nazirinin birinci müavini Kərim Vəliyev Polad Həşimov vurulmamışdan 5 dəqiqə əvvəl onunla görüşüb. Bundan başqa, Polad Həşimovun şəhadətindən bir qədər sonra Türkiyənin məşhur hərbi eksperti Abdullah Ağar mətbuata onunla bağlı sensassion açıqlama verib. Belə ki, hərbi ekspertin iddiasına görə, şəhid general 2016-cı il "Aprel döyüşləri" zamanı Talış kəndi yaxınlığında ələ keçirdiyi bölgələrdən birindən çəkilməsi barədə daxildən birisi ilə çox ciddi mübahisə edib: "Hətta ondan ələ keçirilən yerə sancılan Azərbaycan bayrağını götürmək istənilmişdi. Bu hadisədən sonra Polad Həşimov istefa versə də prezident İlham Əliyev xəbər tutaraq, onun istefasını qəbul etməmiş və Həşimovu dərhal vəzifəsinə geri qaytarmışdı". Abdullah Ağar onu da bildirib ki, şəhid general Azərbaycandakı rusiyayönlülər tərəfindən sevilməyib: "General-mayor Həşimovun şəhid olduğu hadisədə yerləşdiyi komanda qərargahı cəbhə xəttinin 31 kilometr gerisindədir. Yəni general-mayor Həşimovun sərhəd xəttindən hava yolu ilə 31 kilometr içəridə bir silahlı pilotsuz uçan aparatla vurulduğu iddia edilir. Standart silahlı PUA əməliyyatlarında belə şey mümkün deyil. Bir silahlı PUA-nın hədəfi izləməsi, aşkarlaması, analizi olmadan belə dəqiq atəş həyata keçirməsi mümkünsüz. Belə olan halda belə dəqiq atəşin digər parametrlərinə diqqət etməyə ehtiyac yaranır. Yəni düşmən hərbi kəşfiyyatı, hədəfi göstərmək! Belə dəqiq atəş ancaq Həşimovun yerini anlıq və dəqiq olaraq bildirən informasiya, kəşfiyyat məlumatı nəticəsində həyata keçirilə bilər. Hücumdan 15 dəqiqə öncə generalın bəzi şəxslərlə görüşdüyü ifadə edilir. Bu informasiyaya əsaslansaq, silahlı PUA hücumuna məruz qalaraq şəhid olan Həşimovun yeri haqqında məlumatın bunun sayəsində təyin edildiyi və bunun da Rusiya nəzarətində erməni silahlı PUA-larına ötürüldüyü iddia edilir".
Nəzərinizə çatdıraq ki, təxminən eyni fikirləri keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov bir müddət öncə LafTV-yə müsahibəsində qeyd edib. Daha dəqiq desək, Yaşar Aydəmirov da Polad Həşimovun hərəkət trayektoriyasının izlənildiyini bəyan edib. General-leytenant həmçinin, erməni tərəfində bu cür texnologiyaların olmadığını, kənardan onlara iri dövlətlərin yardım etdiyini də bildirib: "Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur, hərkətdə olur. Bu, Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir". Düzdür, Yaşar Aydəmirov həmin iri dövlətin adını çəkməsə də, heç kimə sirr deyil ki, söhbət daim Azərbaycanı ram etməyi planlaşdıran, bizi yenidən boyunduruq altına salmağa çalışan Rusiyadan və onun ölkəmizdəki casus şəbəkəsindən gedir. Çünki casus şəbəkəsinin üzvləri vasitəsiylə Polad Həşimovun yerləşdiyi ərazinin koordinatları düşmənə ötürülüb. Bundan başqa, onu da vurğulamaq lazımdır ki, məhz həmin şəbəkə sağlığında şəhid generalı "Tərtər olayları"na cəlb edərək şərləməyi planlaşdırıb. Görünür, bu, həmin vaxt hansısa səbəbdən mümkün olmadığından Polad Həşimovu Tovuz döyüşləri zamanı aradan götürüblər... 

Bütün bunları nəzərə alaraq, bir daha bildirmək istərdik ki, Səmayə Həşimovanın qeyd etdiyi məsələlər mütləq araşdırılmalı, ortaya çıxan suallar cavablandırılmalıdır. Qeyd edək ki, mövzuya məhz bu konteksdən yanaşan, keçmiş MTN-in əks-kəşfiyyat idarəsinin sabiq əməkdaşı, siyasi şərhçi Ərəstun Oruclu da Polad Həşimovun anasının dedikləri arasında yoxlanılması mümkün olan məsələlərin olduğunu deyib: "Polad Həşimovun anası bu millətin anasıdır və onun dediklərini guya kiminsə öyrətdiyi çıxış kimi təqdim edənlər isə bu xanımı özləri ilə eyniləşdirməsinlər. Səmayə ana hər addımında, hər sözündə müdrik bir xanım olduğunu dəfələrlə sübut edib".
"Polad Həşimova sui-qəsd edilibmi" sualını cavablandıran siyasi şərhçinin fikrincə, bunu xüsusi istintaq qrupu araşdırmalıdır: "Və ilk növbədə də Səmayə ananın səsləndirdiyi faktlardan başlayaraq. Amma bu ölkədə istintaqın nə demək olduğunu bilmək üçün bu gün "Tərtər qətliamı"nı "araşdıranların" atdıqları addımlara baxmaq yetərlidir. Cinayətkar çətə sosial mediada öz muzdlu ordusunu işə salıb, amma həmin "istintaq" bunu bilə-bilə təhqiqata efirlərdən işgəncələrə məruz qaldığını deyənlərdən başlayıb. Məntiqlə belə də olmalıdır, amma Azərbaycan "istintaqının" öz məntiqi var. Bu, Xanlar Vəliyevə qarşı ifadə verən zərərçəkmişlərin siyahısını cinayətkara ötürməkdən ibarətdir. Bu da hələ hamısı deyil. Şəxsən mənə ünvanlanan suallara gəlincə, cavab verirəm: bəli, general Polad Həşimovun şəhid olması təsadüf deyil. Necə ki, digər bir təmiz adı olan general Hikmət Mirzəyevi ləkələmək cəhdləri də".
Ərəstun Oruclu hesab edir ki, əgər istintaq gedirsə və prokurorluğun niyyəti cinayəti heç olmasa 50 faiz ifşa etməkdirsə, o zaman aşağıdakı təxirəsalınmaz addımlar atılmalıdır: "Birincisi, işgəncə faktları hələ 2018-ci ildən bəlli olub və hüquqi sənədlərdə öz əksini tapıb. Xanlar Vəliyevin özü də 102-103 nəfərin işgəncəyə məruz qaldığını demişdi. Deməli, ilk növbədə Hikmət Həsənov və SAT komandiri Cəfər Seyidov sorğulanmalı və onların barəsində həbs qətimkan tədbiri seçilməlidir. İkincisi, Xanlar Vəliyev tutduğu vəzifədən azad edilməlidir. Tərtər cinayətində əli olmuş və sonradan vəzifələrə gətirilmiş bütün şübhəli şəxslər ən azı müvəqqəti olaraq tutduqları vəzifələrdən kənarlaşdırılmalıdır. Üçüncüsü, istintaq və bütövlükdə Tərtər qətliamı barədə Müdafiə Nazirliyinin sifarişilə həm cinayət törədildiyi dövrdə, həm də bu gün dezinformasiya yayanlar, troll fəaliyyəti həyata keçirənlər haqqında ittiham verilərək, onların barəsində hər hansı bir qətimkan tədbiri seçilməlidir. Dördüncüsü, ümumiyyətlə istintaq prokurorluqdan alınaraq DTX-ya verilməlidir. Çünki Tərtər qətliamını törədənlərin əməllərində, həmçinin Polad Həşimovun qətlində xarici kəşfiyyat izləri var. Bu məsələyə dair istintaqı isə yalnız təhlükəsizlik orqanları apara bilər, çünki casusluğu ifşa etmək üçün digər istintaq orqanları yetərli resurslara malik deyil. "Polad Həşimova sui-qəsd olunubmu?" sualına cavabım isə budur: Bəli! İstər Polad Həşimova qəsd, istər Tərtər işi və ya Aprel döyüşlərində xəyanətlər, HDQ-nin dağıdılması, təyyarənin vurulması - hamısı Azərbaycana qarşı aparılan hibrid müharibənin tərkib hissəsləridir. Ölkədə ciddi təmizləmə işləri aparılmadıqca bu, müharibə davam edəcək".
Hurriyyet.az

Son xəbərlər

`Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Aydın Talıbov niyə deputat olmaq istəyir? – Qorxunun siyasətə atdığı biznesmen

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?

Sülh müqaviləsində konstitusiyaya istinad edilməyəcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bakının məşhur bazarı sökülür? — RƏSMİ AÇIQLAMA

Şəhidimiz Xaçmazda dəfn olundu — FOTO

Polşa hökumətinin iclasının planlaşdırıldığı otaqda dinləmə qurğusu aşkarlandı

Novruz Məmmədov işdən çıxarıldı

Qırmızı və çox işlənmiş ət xərçəng riskini artırır

Yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

Paşinyan İlham Əliyevin bu ideyası ilə razı olduğunu AÇIQLADI

"Azərbaycan təbii qazını Avropaya etibarlı yollarla nəql edir" - Prezident

600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

Bu məsələyə görə inzibati məsuliyyət müəyyənləşir

Azərbaycanda bu şəxslər 12 min manat cərimə ediləcək

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatla çıxış edirlər

Bu işçilərə kirayə üçün kompensasiya veriləcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

"Sahib nəslimizin ən kiçiyi idi, indi hamımızın ən böyüyüdür" - Şəhidlər unudulmur // FOTO + VİDEO

Mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsi qaydası müəyyənləşib

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılır

Hərbi qulluqçuların vəzifələri artırılır

Sabah 4 rayonda qaz olmayacaq

Vətəndaşlarımız hazırda 40-a yaxın ölkəyə səfər edə bilər - VİDEO

Demokratik Birlik Partiyasının təbriki

15 mindən çox şəxsə əlillik təyin olundu

İlham Əliyevin Fitso ilə təkbətək görüşü başladı

Bu qidalar mədə yanmasının qarşısını alır - SİYAHI

Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər - VİDEO

Bütün xəbərlər