Gündəm

"Mədəniyyət Nazirliyi nə iş görür, hər şeyi elə Prezident etməlidir?" - ÇAĞIRIŞ

 

 
Mumtv.az: - Xalq şairi Vahid Əziz Moderator.az-ın redaksiyasına zəng vuraraq maraqlı təkliflə çıxış edib. V.Əziz təklif edib ki, Hərbi Qənimətlər Parkının yanında şəhidlərimizin heykəllərini qoruyub saxlamaq üçün bir muzey də tikilsin:

"Sosial şəbəkədə gördüm ki, Təbriz adlı bir gənc Milli Qəhrəman Polad Həşimovun çox gözəl heykəlini yaradıb. Mənə belə gəlir ki, Azərbaycanda heykəltaraşlıq, rəssamlıq sənətinin inkişafı, vətənpərvərlik tərbiyəsi və şəhidlərimizin xatirəsini yaşatmaq üçün Hərbi Qənimətlər Parkına yaxın bir yerdə Milli Qəhrəmanlarımızın xatirəsini əbədiləşdirən heykəlləri, rəsm əsərlərini saxlamaq üçün bir qalareya yaratmaq lazımdı. Bu gün Azərbaycanda Rəssamlıq Akademiyası var və mən bir neçə dəfə orda olmuşam. İnandırım sizi, orda elə gözəl heykəllər var ki, adam heyran olur. Bunları Bakı şəhər İcra Hakimiyyəti Mədəniyyət Nazirliyi ilə birlikdə götürüb şəhəri bəzəsinlər də. Nə qədər şəhərdə beton evlər tikmək olar. Bununla rəssamlıq sənəti inkişaf edər, vətənpərvərlik hissi yüksələr və şəhid ailələri də təsəlli tapar. Bir də görürsən şəhid anası xahiş edir ki, mənim də balamın şəklini paylaşın. Bunu etsinlər də, Mədəniyyət Nazirliyi nə iş görür?! Hər şeyi elə Prezident etməlidir? Niyə bunlarda təşəbbüskarlıq yoxdu?! Hanı bu məmurların vətənpərvərlik təşəbbüsü?! Vətənpərvərlik mahnı qoşmaqla, şeir yazmaq deyil. Əgər Qarabağın azad olunması şeir yazmaqla həll olunsaydı, bizdən çox şeir yazan olmayıb. Ən yaxşı şeiri İlham Əliyev, bizim ordumuz, şəhidlərimiz yazdı. Ədəbiyyat da işin bir tərkib hissəsidir. Hər bir şəhid övladı görməlidir ki, atası yaddan çıxmır, həmişə xatırlanır. Vətəndaş bilməlidir ki, o, vətən yolunda şəhid olandan sonra onun ailəsinə baxılacaq. Dövlətimiz bu istiqamətdə xeyli işlər görüb. Həmin muzeyə həmçinin qəhrəmanlarımıza həsr olunmuş bədii əsərlər, teatr sənətinin tamaşasından olan şəkillər də daxil edilməlidir”.//dia.az

Son xəbərlər

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Prezident bu gün Moskvaya səfər edəcək

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Bütün xəbərlər