Dünya

Ermənistanda hər gün 500-600 nəfərin koronavirusa yoluxduğu, səhiyyə sisteminin çökdüyü bir vaxtda silahlı qüvvələrin Baş qərargah rəisi, general-leytenant Artak Davtyan Yerevandakı malikanəsində oğluna toy edib.

Mumtv.az Virtualaz.org-a istinadən xəbər verir ki, "Hraparak” (”Meydan”) qəzeti Davtyanın qonşuluğundakı evlərdən birindən çəkilmiş videonu dərc edib. Videodan məlum olur ki, malikanənin həyətində yüzdən çox adamın iştirakı ilə toy mərasimi keçirilir. Kadrlara əsasən malikanənin qarşısında çoxlu avtomobillər, o cümlədən Müdafiə Nazirliyinin avtomobilləri dayanıb.

 

Bildirilir ki, baş nazir Nikol Paşinyan bundan xəbər tutub və fövqəladə vəziyyət rejimi üzrə komendant Tiqran Avinyan bir neçə polisin müşaiyəti ilə Davtyanın malikanəsinə gedib. Və toy yarımçıq dayandırılıb.

Davtyan özü isə bu gün məsələyə reaksiya verib. Bildirib ki, qanun qarşısında hamı bərabərdir. "Əgər mən hansısa pozuntuya yol vermişəmsə qanun qarşısında bütün məsuliyyətimlə cavab verəcəyəm. Əlbətdə, mənim fikricə pozuntu olmayıb, lakin qoy bunu müvafiq orqanlar araşdırsınlar. Bəzi KİV-ləri və adamları mənim ailəmin işlərinə qarışmamağa və məni siyasi oyunlara çəkməməyə çağırıram”, -o bildirib.

Xatırldaq ki, baş nazir Paşinyan ötən həftə ölkəsində koronavirusla bağlı vəziyyəti "cəhənnəm” adlandırmışdı və xəstəxanaların artıq yeni xəstələri qəbul edə bilmədiyini demişdi. Ermənistanda koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət rejimi hökm sürür.

Son məlumata görə general Artak Davtyan istefa ərizəsi yazıb. Bu haqda "Sputnik Armenia” bildirir. Ehtimal edilir ki, Davtyanın istefa ərizəsi yazması həmin toy qalmaqalı ilə bağlıdır. Hələlik onun istefasının qəbul edilib-edilmədiyi haqda məlumat yoxdur.

Virtualaz.org


Son xəbərlər

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

Bütün xəbərlər