Gündəm











Hədə-qorxu ilə insanlardan pul tələb etməkdə ittiham olunan və ötən il DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Cavid Həsənov və Vasif Bağışovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan iş üzrə sonuncu məhkəmə prosesində zərərçəkmiş Nemət Rəhimov dindirilib. O, Cavid Həsənov və Vasif Bağışovun ondan hədə-qorxu ilə 13 400 manat aldığını deyib:

“Mən “Körpübinatikinti” şirkətinin əməkdaşıyam. Biz müxtəlif rayonlarda tikintilər aparırıq. Ucarda tikinti aparan vaxt bu şəxslər məni axtarıb tapıblar. Maşınla mənə yaxınlaşdılar və mənimlə söhbətləri olduğunu deyib maşına otuzdurdular. Maşında tanımadığım əlavə bir nəfər də var idi.

Mənə dedilər ki, “cibində nə var, tök!” Maşında bıçaq var idi və mənə hədə-qorxu gəlirdilər. Dedim ki, cibimdə 5400 manat var. O da işin pulu idi. Həmin pulu aldılar.

Daha sonra maşını Bakıya sürdülər. Cibimdəki bank kartında da 1500 manat var idi. Dedilər, o pulu da çıxardıb bizə verməlisən və aldılar. Daha sonra mənə 100 manat verib buraxdılar. Məsələ ilə bağlı polisə məlumat verəcəyim təqdirdə mənim üçün pis olacağını dedilər. İş yoldaşım Ramazan da onların bəlasına düşmüşdü. Onu da bir dəfə maşına otuzdurub Şamaxının dağlarına aparmışdılar. Mənə zəng elədilər ki, 4 min manat göndər, Ramazanı buraxaq. Pulu bank kartlarına göndərdim, Ramazanı buraxdılar. Ramazan gələndə mənə dedi ki, onlar kriminal aləmin adamlarıdır. Sonra məndən əl çəkmədilər. Telefonla zəng edib hədələdilər. 2 min manat da sonradan onlara göndərdim”.

Vəkilin “niyə hadisə ilə bağlı polisə məlumat vermirdiniz” sualına isə Nemət Rəhimov “qorxduğum üçün”, - deyərək cavab verib.

Zərərçəkmiş şəxs hakimin “pulu sizdən hansı səbəblə alıblar” sualına cavab verə bilmədiyindən onun istintaqa verdiyi ifadəsi elan olunub.

Məlum olub ki, Cavid Həsənov və Vasif Bağışov Nemət Rəhimova kriminal aləmin üzvləri olduğunu, pul yığıb həbsxanadakı dostlarına pul göndərdiklərini deyərək hədələyiblər.

Təqsirləndirilən şəxslər isə ifadənin bu hissəsinə etiraz ediblər. Onlar bildirib ki, Nemət Rəhimov çalışdığı şirkətdə özündən aşağı vəzifəli əməkdaşı işdən çıxartdırıb: “Nemət şirkətin pulunu yeyib həmin oğlanı işdən çıxartdırdı. Həmin adama borcu var idi və borcunu qaytarmırdı. O bizdən xahiş elədi, biz də Nemətdən pulu alıb həmin adama verdik”.

Cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilir.

Son xəbərlər

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - FOTOLAR // VİDEO

İlham Əliyev Yan Vanmini qəbul etdi

Xalq artisti estetik cərrahı məhkəməyə verdi

Sürücülərin diqqətinə: Cərimələnə bilərsiniz - VİDEO

Həbsdən çıxan kimi ilk bu yerə getdi - FOTO

Rusiyada polis postuna silahlı hücum edildi - Ölənlər var

İntihar etməyi düşünən insanlar daha çox bu sözləri işlədir

Bütün xəbərlər