Gündəm

Suriyaya gedən Əfqan və Bilal Bakıya qayıdandan 5 il sonra niyə həbs edilib? - TƏFƏRRÜAT
 
 
 
 
 
 
 
 
 
 

Cinayətkar birlik yaratmaqda, Suriyada terror təşkilatına qoşulmaqda ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

MUMTV.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 218.2-ci (cinayətkar birlik (təşkilat) yaratma, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham olunan Bilal İsmayılov və Əfqan Aslanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər 2013-cü ildə Türkiyəyə, oradan da Suriyaya keçərək silahlı qruplaşmaların tərkibində döyüşüblər. Onlar 2014-cü ildə Azərbaycana qayıdıblar.

Elan olunmuş ittihamla hər iki şəxs özünü qismən təqsirli bilib. Deyiblər ki, aldadılaraq Suriyaya aparılıblar. Onlar Suriyaya getməkdə məqsədlərinin döyüşmək olmadığını deyiblər.

Əfqan Aslanov sərbəst ifadəsində deyib ki, cinayət tprədib, amma bu cinayəti dini düşmənçilik zəminində etməyib: "Bizi aldadıb aparıblar. Suriyadan qaçqınları keçirmək üçün getmişdik. Amma başqa şeylər gördüm. Qəbələdə Məhəmməd adlı şəxs var idi. O bizə psixoloji təsir göstərirdi. Deyirdi ki, xeyirxah işdir, savab işdir. Sərhəddə qalan qaçqınları xilas edəcəkdik. Gürcüstandan Türkiyəyə getdik. Oradan da sərhəd açıq idi. Biz orada bir neçə gün qaldıq. Mən artıq vəziyyətin başqa cür olduğunu gördüm. Qayıtmaq istədim, amma imkan vermirdilər".

Əfqan Aslanov Bakıya qayıtdıqdan 5 il sonra həbs edilməsinin səbəbini belə izah edib: "Sonra bir yolunu tapıb qayıtdım. Gələndə məni MTN-ə çağırdılar. Gedib ifadəmi verdim və dedilər ki, cinayət törətməmişəm. Ona görə də məni tutmadılar. 2017-ci ildə mən özüm ov tüfəngi düzəltmişdim. Kənd yerində idik, meşəlik ərazidə yaşadığımız üçün lazım olurdu. Ətraf ərazilər vəhşi heyvanlarla dolu idi. Ona görə məni saxladılar. Onda da məndən Suriyaya getməyimə görə ifadə aldılar. Bir müddət sonra məni yenidən rayonun DTX-sına çağırdılar. Dedilər ki, sabah Bakıya DTX-nın istintaq idarəsinə gedim. Mən də getdim. Orda sanksiya verib, məni tutdular".

Suallara cavab verən Əfqan Aslanov söyləyib ki, Suriyaya 8 nəfər azərbaycanlı ilə birlikdə gedib. Onun sözlərinə görə Suriyada onları Aqil adlı şəxs qarşılayıb. O, deyir ki, Suriyaya getmək niyyəti başqa olub, silah belə istifadə etməyib: "Mənə silah verilməyib. Deyirdilər ki, qaçqınları çıxaracağıq. Amma deyilən kimi deyildi. Mən orada bircə dəfə silah atdım. Onu da havaya. Qaldığım müddətdə isə qapı, pəncərə, ev təmiri ilə məşğul olmuşam. İşimiz ancaq yeyib-içmək idi. Şəhərə çıxırdıq, mağazaya gedirdik. Heç bir təlimdə olmamışam. Mən qayıtmaq istədim. Bizi başqa işlərə cəlb edəcəklərindən şübhələndim. Bir neçə dəfə müraciət etsəm də məni buraxmadılar. Sonda ərəb liderə müraciət elədim. Bundan sonra mənim gəlməyimə icazə verildi".

Digər təqsirləndirilən Bilal da ifadə verib. Söyləyib ki, Suriyaya yaşadığı Yevlax şəhərindən gedib. O, da söhbətləri məsciddə eşitdiyini bildirib: "Mən bu söhbətləri Yevlax məscidində eşitmişdim. Onda Suriya söhbətləri yeni başlayırdı. Bizə deyilmişdi ki, Suriyadan Türkiyəyə keçən qaçqınlar üçün qurulan çadırlarda insanlara yardım edəcəyik. Amma Aqil kimi tanıdığımız "Muhammed" ləqəbli şəxs bizi Suriyaya apardı. Mən ona dedim ki, bizi bura niyə gətirdiniz? Mən aldadıldığımızı bildiyim üçün etiraz elədim. Aqilə dedim ki, bomba atsalar, hamımız öləcəyik, bizi bura nəyə gətirdin? Dedi ki, sən ölsən, heç nə olmaz, savabdır. Bizi bir evə apardılar. Çölə çıxmağımıza imkan vermədilər. Orada cəmi 15 gün qaldım. 7 gün aşbaz kimi işlədim. 8 gün isə evdə qaldıq. Mən evdən çıxmağa imkan tapdım. Orada motosikleti olan bir şəxsdən xahiş elədim ki, mənə sərhəddi keçməyə kömək eləsin. Sağ olsun ki, məni oraya apardı. Türkiyədə bir məscidə getdim. Orada imama yalvardım ki, mənə kömək eləsin. Sağ olsun ki, mənə kömək elədi. 3 günə 50 lirəyə işləməyə başladım, beton daşıyırdım. 45-50 gün işlədim, özümə paltar aldım, yol pulu yığdım. Rayona qayıdıb ailəmlə yaşamağa başladım. Bir neçə gün sonra məni DTX-ya çağırdılar. İfadəmi aldılar, sərbəst buraxdılar. Növbəti dəfə 2019-cu ildə DTX-ya çağırılanda həbs edildim".

Hər iki şəxs əməllərindən peşman olduqlarını deyiblər. Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, hər iki şəxsin Azərbaycana qayıtması Eldar Mahmudovun rəhbərlik etdiyi MTN-in dönəminə təsadüf edir. Onlar MTN-ə çağırılsa da barələrində heç bir tədbir görülməyib.


Son xəbərlər

Alimlər prostat xərçəngi xəstəliyinə qarşı yeni təbii vasitə kəşf ediblər

Səttar Möhbaliyevin qara kassasının həbsi gözlənilir

"Milli Onkologiya Mərkəzində zülm ərşə dirənib": Xəstələr etiraz edir

Hansı yağ təhlükəlidir?- AÇIQLAMA

Göyçay İcra Hakimiyyətinin bir gündə 4 tenderi ləğv olundu

Tərtərdə içində deputatın yaxın qohumu olan 6 nəfərlik dəstə həbs olundu – Korrupsiya həbslərinin yeni dalğası

Yaşar Salahovun benzin əməliyyatı ona ayda nə qədər pul qazandırır – BŞİH rəsmilərinin nəzərinə

Deputat seçilən Günay Ağamalı "Buta" bağçasını bu qiymətə satışa çıxardı

Yeni formalaşan parlament tez buraxılacaq? - AÇIQLAMA

Vardanyanın avropalı şəriklərinin Ağdərədəki qanunsuz biznesi - VİDEO

"Həmin kəndlər müharibənin tətikçisi idi" - Erməni deputat

46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb

Azərbaycan Rusiya XİN-ə nota göndərdi

MSK sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

İran hələ də Zəngəzur dəhlizi ilə bağlı sərt bəyanatlar verir

Almaniyada nasistlərin gizli bunkerləri tapıldı

Azərbaycanda ən yüksək əmək haqqını kimlər alır?

Bu gün növbədənkənar parlament seçkilərinə yekun vurulur

Yaxşı ki tikinti materialları yerli istehsaldır, yoxsa... - MÖHTƏKİRLİK...

Bu günə olan valyuta məzənnələri

Naomi Kempbell Heydər Əliyev Mərkəzində - VİDEO

Trampa qarşı növbəti sui-qəsd cəhdi oldu

Daha bir məntəqənin nəticələri ləğv edildi

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

Müəllimlərin yerdəyişməsi prosesi "biznes"ə çevrilir? — RƏSMİ CAVAB

Sümükləri dəmir kimi möhkəm edən ÇAY

Bir şagirdin məktəbə getməsi neçəyə başa gəlir? — ARAŞDIRMA // VİDEO

Uzunmüddətli davam edən münasibətlərin 6 əsas SİRRİ

"Müəyyən məqamda Rusiya ilə dialoq vacibdir" - Stoltenberq

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

Həkim uzunömürlülük üçün əsas amilləri açıqladı

Metronun bu stansiyasında təmirə başlanılacaq

Bütün xəbərlər