Gündəm

Azərbaycanda həbsə düşən generallar... - Fotolar
 
MUMtv.az: - Xəbər verdiyimiz kimi, ötən Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərova hökm oxunub. Hökmə əsasən, R.Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, dəymiş mənəvi ziyana görə zərərçəkən tərəfə 40 min 10 manat təzminat ödəməlidir. R. Əkbərovun hərbi rütbəsi və fəxri adlarının alınması isə zəruri hesab edilməyib.

"Qafqazinfo”nun məlumatına görə, Rövşən Əkbərov həbsə düşən ilk general deyil.

İndiyədək Azərbaycanda bir neçə general rütbəli şəxs həbs həyatı yaşayıb ki, onlardan bəzisi artıq azadlıqdadır, bəziləri isə hələ də dəmir barmaqlıqlar arxasında gün sayır.

Bu məqamda Azərbaycanda həbsə düşən generalları təqdim edirik:

Əhməd Əhmədov

2000-ci ildən 2017-ci ilədək Naxçıvanın daxili işlər naziri olmuş general-leytenant Əhməd Əhmədov da hazırda həbsdədir.

Mənimsəmədə ittiham olunan sabiq nazir 11 il müddətində azadlıqda məhrum edilib.

Həmçinin, məhkəmənin hökmü ilə Ə.Əhmədovun "daxili xidmət general-mayoru” ali-xüsusi rütbəsindən, "polis general-leytenantı” ali-xüsusi rütbəsindən, "general-leytenant” ali hərbi rütbəsindən və "Azərbaycan Bayrağı” ordenindən məhrum edilib.
Azərbaycanda həbsə düşən generallar... - Fotolar

O, 2015-2017-ci illərdə, cəmi 2 il ərzində nazirliyə 5 milyon manatdan çox zərər vurub, vətəndaşlardan isə 9 milyon manatdan çox rüşvət alıb.

Onu da bildirək ki, sabiq nazir həbsindən öncə iki ay istintaqdan gizlənib və axtarışa verilib. Belə ki, onun barəsində 2020-ci il dekabrın 15-də həbs qətimkan tədbiri seçilib, lakin istintaqdan yayındığı üçün faktiki olaraq həbs edilməyib. O, 2021-ci il fevralın 25-də Bakıda saxlanılaraq həbs edilib.

Mövlam ŞixəliyevAzərbaycan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi,  Mövlam Şixəliyev də həbs olunan generallar sırasındadır.

Sabiq MTN generalı mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmaqda ittiham edilir.
Azərbaycanda həbsə düşən generallar... - Fotolar

M.Şixəliyevin məhkəməsi davam edir. Növbəti proses noyabrın 2-nə təyin olunub.

Nizami ŞirinovHəbs olunan digər general isə ləğv edilmiş MTN-nin Hərbi Əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovdur. 

Mövlan Şıxaliyev kimi Nizami Şirinov da MTN-in sabiq rəisi Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.

General-mayorun həbs səbəbinə gəlincə, o, vəzifədə ikən müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almaqda 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməkdə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Bakı Hərbi Məhkəməsində məhkəməsi davam edir.

Elçin Quliyev (MTN)Hazırda həbsdə olan general-mayor Elçin Quliyev vaxtilə  MTN-də Antiterror Mərkəzinin rəisi olub.

Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və "MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Azərbaycanda həbsə düşən generallar... - Fotolar

General E.Quliyev və əməkdaşları qanunsuz azadlıqdan məhrum etmədə, mütəşəkkil dəstə formasında quldurluq törətməkdə, hədə-qorxu ilə tələb etmədə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, vəzifə səlahiyyətlərini aşmaqda və rüşvət almaqda təqsirləndirilirlər.

O, 2017-ci ilin noyabrında məhkəmənin hökmü 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Zakir NəsirovDİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general-mayor da həbs həyatı yaşayıb.

Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general, 2005-ci il iyulun 8-dən həbsdə idi. O, Hacı Məmmədovun dəstəsinə rəhbərlik etməkdə suçlanaraq, həbs olunmuşdu.
Azərbaycanda həbsə düşən generallar... - Fotolar

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Zakir Nəsirov 2017-ci ilin martında Prezidentin sərəncamı ilə əfv olunub - onun ömürlük cəzası 15 illə əvəz edilib. Bundan sonra Zakir Nəsirov 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun 15 illik cəzanın dörddə üçünü çəkdiyini əsas gətirərək, vaxtından əvvəl həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Məhkəmə də müraciəti təmin edib, Z.Nəsirov 11 il 9 aylıq həbsdən sonra şərti azadlığa buraxılıb.

Akif ÇovdarovYəqin ki, bu şəxslə bağlı əlavə məlumata ehtiyac yoxdur.

"MTN işi” ilə bağlı həbs edilən Çovdarov, 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, ötən il Prezidentin İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa çıxıb.
Azərbaycanda həbsə düşən generallar... - Fotolar

Əfqan Nağıyev General-leytenant ötən ilin may ayında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilmişdi. Nağıyev həbsindən 3 ay sonra, ötən ilin avqustun əvvəlində barəsindəki həbs qərarı ev dustaqlığı ilə dəyişdirilərək azadlığa buraxılmışdı. Bunun ardınca barəsindəki cinayət işinə xitam verilmişdi.
Azərbaycanda həbsə düşən generallar... - Fotolar

Əfqan Nağıyev Vətən Müharibəsində bir çox strateji yüksəkliklərin azad edilməsi əməliyyatına rəhbərlik edib. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Əfqan Nağıyevə "Qarabağ” ordeni verilib. O, Cəbrayılın və Zəngilanın azad edilməsinə görə medalları ilə də təltif edilib. Hazırda DSX-nin rəisi müavini kimi fəaliyyətini davam etdirir.

Son xəbərlər

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Bütün xəbərlər