Gündəm

İcra hakimiyyətinin vəzifəli şəxsləri ilə əlbir olan Məzahir Nəsibova
"Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” ictimai birliyinin üzvləri üçün Nərimanov rayonunda inşa edilmiş mənzilləri qanunsuz olaraq satmaqda ittiham edilən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

MUMtv.az   Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və vəzifə saxtakarlığında ittiham edilən Məzahir Nəsibovun cinayət işi üzrə məhkəmə araşdırması hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub.

Sonuncu məhkəmə iclasında elan edilən hökmə əsasən M.Nəsibov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən proseslərdə məlum olub ki, İcra Hakimiyyəti tərəfindən zərərçəkmişlərə kompensasiya ilə bağlı söz verilib, danışıqlar gedir. Bəzi vətəndaşlar razı salınıb.

İş üzrə zərərçəkmiş Sərhəd İbayev məhkəmədə dindirilən zaman bildirib ki, mənzil almaq üçün 40 min manatı Məzahir Nəsibova verib.

"Özünü icra hakimiyyətinin əməkdaşı kimi təqdim edirdi. Pulu da ona vermişəm. Elə danışırdı ki, sanki icra başçısının müavinidir. 40 min pul vermişdim. Mənə növbəyə götürülmə ilə bağlı sərəncam verilib. Buna görə də etibar etmişəm. Amma heç bir iş görülmədi"- deyə zərərçəkmiş bildirib.

Suallar zamanı məlum olub ki, əksər zərərçəkənlər sərəncamı aldıqdan sonra pulu verib. Amma Sərhəd İbadov sərəncamı almazdan əvvəl pul verib.

S.İbadov problemin həlli üçün icra hakimiyyətindən heç bir kömək görmədiyini deyib.

Bildirək ki, bu iş üzrə araşdırmalar 4 ildən artıqdır davam edir. Bu cinayət əməlinə görə ayrı-ayrı şəxslər də məsuliyyətə cəlb edilib. Onlar vətəndaşlardan rüşvət alaraq Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə veriblər və beləliklə vətəndaşları aldadıblar.

Qeyd edək ki, Məzahir Nəsibov Ukraynada tutularaq Azərbaycan Respublikasına ekstradisiya olunub.

Məzahir Nəsibovun "Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən çoxmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün növbəlilik qaydasında paylanması nəzərdə tutulmasına baxmayaraq, binanın tikintisi başa çatdıqdan sonra özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib 111 kənar şəxsə sataraq onlara 6,5 milyon manat məbləğində zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilmişdi. Ukrayna Respublikasının hüquq-mühafizə orqanları ilə qurulmuş əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutularaq 11 may 2020-ci il tarixdə Azərbaycana ekstradisiya olunub.

Son xəbərlər

İlham Əliyev TDT-nin dövlət və hökumət başçılarını COP29-a dəvət etdi

Gələn il Laçın Beynəlxalq Hava Limanı istismara veriləcək

Deputatlığa iddialılar sırasında Eldar Mahmudova bağlı iş adamı: Elxan Bəşirovun Lerik planları davam edir

163 milyon manatlıq dərman tenderlərinin - 100 MİLYONU 2 ŞİRKƏTƏ VERİLİB

Şuşada Qarabağ Bəyannaməsi imzalanıb

"Koroğlu" - Buzovna avtobusunun sürücüsü sərnişinlərdən niyə artıq pul istəyir?

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? – Foto

Daha bir partiya seçki qərarını açıqladı

Rüfət Hacıyevin məhkəməsi başladı – TƏFƏRRÜAT

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İsti hansı insanlar üçün xüsusilə təhlükəlidir? - Alim açıqladı

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

DİQQƏT! “CF Kristal” kolbasasında zərərli maddələr var – FAKT

Ramil Həsən yenidən deputat olacaqmı? – Qalmaqal

"Azərbaycan davamlı sülhdə ən maraqlı tərəfdir" - Nazir

Naxçıvan Futbol Federasiyasına yeni sədr seçildi

Bu məktəbdə qanun pozuntuları aşkarlandı, direktor işdən çıxarıldı

AAYDA-nın “köklü”ləri savaşır… – Saleh Məmmədov qazanacaq, yoxsa Əvəz Qocayev?

İlham Əliyev Pezeşkianı Azərbaycana səfərə dəvət etdi

Saleh Məmmədovun təyin etdiyi rəisə cinayət işi açıla bilər - 4 milyonluq borc

Sabahdan Məhərrəm ayı başlayır

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Qubanın icra başçısı İlqar Mahmudovun Sertifikasiya “TƏLƏSİ” – Prezidentə müraciət olundu

İngiltərə İsveçrəyə, Türkiyə Niderlanda qarşı

İlham Əliyev Böyük Britaniyanın yeni baş nazirini təbrik edib

Nazir XİN başçılarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

"Merihə qarşı cəza ədalətsizdir, Türkiyə millisinə qələbə arzu edirəm" - Prezident

Kərəm Mustafayev işdən çıxarıldı - Yerinə o təyin olundu

Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qəzzada ölənlərin sayı 38 mini ÖTÜB

Məsud Pezeşkian İranın yeni prezidenti seçildi

Şirkət rəhbərləri dövlət büdcəsindən ayrılan pulları mənimsəyiblər - İTTİHAM

Bütün xəbərlər