Hadisə
Hadisə
Evə girən oğru qadını döydü
Şəmkir rayonunun Dəllər Cırdaxan kənd sakini C.Hüseynov saxlanılıb.
Mumtv.az bildirir ki, o, kənd ərazisində yaşayan qadının evinə girərək onu döyüb, hədə-qorxu gəlib. Təqsirləndirilən şəxs xanımdan 300 manat pul və qızıl-zinət əşyaları tələb edib. Başlanılan əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.
(Qafqazinfo.az)