Gündəm

Qarabağdakı separatçılar BAKIDAN KÖMƏK İSTƏDİLƏR - “Qışdan çıxmaq üçün bizə qaz verin”

Soçi görüşündən sonra maraqlı hadisələr baş verir. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdən sonra Qarabağdakı separatçıların əski parçaları və Ermənistanın bayraqları yığışdırılır.

Belə ki, dünəndən etibarən İrəvanın tələbi ilə separatçıların mövqelərində, habelə binaların üzərində asılmış bütün Ermənistan bayraqları, habelə separatçılara məxsus əski parçası yığışdırılmağa başlanaılıb. Erməni mediası yerli hökumətə istinadən yazır ki, buna səbəb Soçidə Azərbaycan tərəfinin tələbidir. “Azərbaycan Prezidenti Soçidə birmənalı qaydada bəyan edib ki, əgər Ermənistan və Qarabağ bayraqları yığışdırılmasa, bunu məcburi qaydada həyata keçirəcəklər. Hətta bayraq asılan bütün mövqelər atəşə tutulacaq. Ermənistan hökuməti görüşdən dərhal sonra bu barədə göstəriş verib və dünəndən etibarən bayraqlar yığışdırılıb”.

Bu gün isə daha bir maraqlı hadisə baş verib. JAMAZ.İNFO-nun əldə etdiyi məlumata görə, Qarabağdakı separatçılar Bakıya rəsmi müraciət ediblər. Həmin məlumata görə, müraciət təbii qazla bağlı olub. Mənbə bildirir ki, erməni tərəfi Bakıdan bu qışdan çıxmaq üçün onlara təbii qaz verilməsini xahiş edib. “Qarabağdakı ermənilər Bakıya müraciət ediblər ki, qışdan çıxmaları üçün onlara təbii qaz versinlər. Hazırda Xankəndi və ətrafındakı məntəqələrdə evlərin qızdırılması, habelə əhalinin istifadə etməsi üçün “mavi yanacağa” ciddi ehtiyac var. Ona görə də, problemlərini həll etmək üçün Bakıdan kömək istəyiblər”.

Qeyd edək ki, uzun illər işçğal altında olan torpaqlarımızda yaşayan ermənilərin qaz təhcizatını Ermənistan həyata keçirib. Lakin müharibədən sonra, xüsusən də Qafan-Gorus yolu bağlandıqdan sonra Ermənistanın özündə də ciddi sıxıntılar yaranıb. Rəsmi İrəvan bəyan edib ki, Rusiyadan alınan təbii qaz daxili təlabatı ödəmək üçün yetir. Bundan başqa, İrandan maye qaz və boru xətti ilə alınan qazın həcmində də azalma var. Buna səbəb qiymətlərin bahalaşması və logistika məsələsində yaranmış problemlərdir.

Qarabağda yaşayan ermənilərin bir başqa problemi də ondan ibarətdir ki, Ermənistandan Xankəndinə çəkilmiş qaz xətti də sıradan çıxıb. Belə ki, həmin kəmərin keçdiyi ərazilərin böyük hissəsi Ordumuz tərəfindən işğaldan azad edilib və xətlər də nəzarətimiz altına düşüb. Yeni qaz xəttinin çəkilməsi səbəbindən isə sözügedən qaz kəmərinin fəaliyyəti dayandırılıb. Nəticədə, elektrik enerjisi problemi ilə üzləşən separatçılar, müharibədən sonra təbii qaza olan təlabatını da ödəyə bilmir. Qafan-Gorus yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurmamışdan öncə İrandan Xankəndinə maşınlarla maye qaz daşınsa da, artıq xeyli müddətdir bu proses də dayanıb.

Rəsmi Bakının Xankəndidəki separatçılara hansı cavab verəcəyi barədə dəqiq məlumat yoxdur. Hətta bu mövzu ilə bağlı hər hansı açıqlama belə verilmir. Eyni zamanda, Azərbaycan hökuməti separatçıların təbii qazla bağlı müraciətinə müsbət və ya mənfi cavab verəcəyi barədə də hər hansı bir ehtimal mövcud deyil. Yəqin ki, bunun qarşılığında nələrsə tələb olunacaq.

Son xəbərlər

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

"İş vaxtından əlavə işləyənlər məhkəməyə müraciət edə bilər" - Ekspert

Anar Məmmədlinin ittiham olunduğu maddə məlum oldu

Əməliyyat keçirilən qurumun rəisi kimdir?

Osman Kazımov üçün mübarizə bitdi

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı

Səhiyyə Nazirliyinin bu mərkəzində əməliyyat keçirildi - Saxlanılanlar var

I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib

73 nəfər itkin düşmüş şəxslərin adları açıqlanıb - RƏSMİ

MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı - Yeni təyinat

Bu həftə 6 gün işləyəcəyik?

İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul etdi

Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın ÖLDÜ

Bu ərazilərdə qaz olmayacaq

İlk fərdi xərçəng peyvəndi yaradıldı

Növbəti köç karvanı Laçına yola salındı

ADNA terrorundan 15 il ötür

Qazaxda yaralanan hərbçimizin vəziyyəti ağırdır — TƏBİB

“Bakı-İrəvan danışıqlarında Astananın vasitəçiliyindən söhbət getmir”

Anar Məmmədli saxlanıldı - RƏSMİ

İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd oldu

Havanın temperaturu iqlim normasından yüksəkdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma: TENDER BELƏ KEÇİRİLİR!

Fuad Muradov 7 kişini şantajda ittiham olunur

"Meqastore"də saxta kolbasa satılır? - VİDEO

Konsulun vəzifələri artırıldı

DSX əməkdaşı MİNAYA DÜŞDÜ

Prezident bu icra başçısını işdən çıxardı - Yeni təyinat

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bütün xəbərlər