Gündəm

Azərbaycan
Azərbaycan-Ermənistan sərhəddində mayın 12-dən etibarən yaşanan gərginlik artıq sona çatmaq üzrədir. JAMAZ.İNFO xəbər verir ki, 44 günlük müharibədən sonra sərhədlərimizi bərpa edən Ordumuz qanuni əsaslarla torpaqlarımızda hərbi postlar qururlar.

Belə ki, Ermənistanın iddia etdiyi, Sünik vilayətinin ərazisi olduğunu dediyi, əslində isə sənədli və sübutlu şəkildə Laçın rayonunun Qaragöl və digər əraziləri olan torpaqlarımızda ordumuzun görünməsi erməniləri ciddi narahat edib. Hətta baş verənlərdən qorxanların da sayı həddindən artıq çoxdur.

Lakin prosesi gərginləşdirən, dünya ölkələrinə yenə özünü "məzlum” kimi göstərməyə çalışan Ermənistanın bu dəfəki cəhdləri alınmır. Çünki Azərbaycan tərəfi Ermənistanın ərazisinə girmədiyini, həmin torpaqların ona məxsus olduğunu sübut edəcək yetərli qədər sənədə malikdir. Eelə bu səbəbdən də rəsmi Bakı bəyan edib ki, ermənilərin nə danışmasından asılı olmayaraq, Azərbaycan Dövlət Sərhədd Xidməti sərhədlərimizi bərpa edir və proses bundan da sonra davam edəcək.

Amma son iki gündür erməniləri qorxuya salan başqa bir hadisənin baş verdiyi iddia edilir. Əgər dünənə qədər Azərbaycan əsgərini öz sərhəddində görən ermənilər qorxularından kəndlərini, evlərini tərk etməyə başlamışdısa, bu dəfə 44 günlük müharibədən qalan qorxunu, yəni "Bayraktar TB2”nin stresini yaşayır. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan tərəfi son iki gündür Ermənistanla sərhəddə gecə və gündüz 3 dəfə Pilotsuz Uçan Aparatların uçuşlar təşkil etdiyini iddia edib. Onların iddiasına görə, "Bayraktar TB2” PUA-ları sərhəd boyu uçuşlar etməklə yanaşı, guya, Ermənistan ərazisinə də daxil olublar.

Ermənistanda yayımlanan Times.am saytı isə bir qədər də irəli gedərək, sərhəddə görünən "Bayraktar”ların erməni hərbi birləşmələrinin yerini təyin etdiyini və oraya zərbə endirəcəyi barədə yalan məlumat yayıb. Sayt yazır ki, havada PUA-ların görünməsindən sonra yaxınlıqda yerləşən erməni kəndlərinin əhalisi ciddi təşvişə düşüblər və qorxublar.

Qeyd edək ki, Azərbaycan tərəfi son günlər PUA-ların da iştirak etdiyi genişmiqyaslı hərbi təlimlər keçirir. Lakin Müdafiə Nazirliyi həmin təlimlər zamanı PUA-ların Ermənistan ərazisinə keçməsi və ya ona yaxın bir ərazidə uşuşlar təşkil etməsi barədə məlumatları təsdiqləmir.

P.S. Ermənilərin "Bayraktar” qorxusunun tarixi elə də uzaq deyil. 44 günlük müharibədə PUA-ların səsi gələn zaman siçan deşiyini satın alan erməni əsgərləri onun hansı gücə sahib olduğunu bilirlər. Elə indi, yəni Azərbaycan Ordusu qanuni sərhədlərimizi bərpa etmək üçün azacıq hərəkətə keçən kimi, ermənilərin qulağına yenidən "Bayraktar”ın səsi gəlməyə başlayıb. Qınamaq olmur, qorxu pis şeydir.

Son xəbərlər

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Bütün xəbərlər