Gündəm

Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıqlar artır
MUMtv.az: - "Ermənistan XX əsrin 90-cı illərində Azərbaycan ərazilərini Rusiyanın hərtərəfli dəstəyi ilə işğal edib, 30 ilə yaxın məhz Rusiyanın dəstəyi ilə işğal altında saxlayırdı. Vətən müharibəsinin gedişində əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, torpaqlarımızı işğaldan azad etmək əzmi sübuta yetirdi ki, işğaldakı ərazilərimizin yağı düşməndən təmamilə azad edilməsi an məsələsidir. Ancaq Rusiya əvvəl helikopter qəzası (təxribatı) törətməklə, indi isə aydın olur ki, həm də Şuşaya "İsgəndər” raketi, Xırdalana ballistik raketlər atmaqla "sülhməramlı” adı altında ərazilərimizə soxularaq buna mane olub”.

Bu sözləri Reyting.az-a açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, ötən müddət ərzində Qarabağdakı rus sülhməramlılarının fəaliyyəti göstərir ki, Rusiya soxulduğu Azərbaycan ərazilərini de-fakto özününkü sayır və burada istədiyi kimi hərəkət edir.

Partiya sədri bildirib ki, 10 Noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin ziddinə olaraq Rusiya işğal etdiyi Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrini nəinki çıxarmaq niyyətində deyil, əslində onların (eləcə də, Ermənistanın) yenidən toparlanmasına, müasir silahlarla təchiz olunmasına səy göstərir: "Bütün bunların Azərbaycanın əleyhinə yönəldiyi şübhəsizdir. Təbii, Rusiyanın Ermənistana silah satması iki ölkənin daxili işidir. Ancaq "İsgəndər-M” təxribatı göstərdi ki, Ermənistana satılan silahların Rusiyanın müdafiə etdiyi Dağlıq Qarabağdakı separatçıların əlinə keçəcəyi və yenə də Azərbaycana qarşı istifadə ediləcəyi istisna olunmur. Bunun qarşısını almaq üçün Azərbaycan 10 Noyabr 2020-ci ildə Rusiya və Ermənistanla imzaladığı üçtərəfli sazişin müddəalarından kənara çıxan "sülhməramlıların” hərəkətlərinə qəti etirazını bildirməlidir. Azərbaycanın süveren hüquqlarına toxunan hərəkətlərinə son qoyulmasını Rusiyadan qəti şəkildə tələb etməli, əks təqdirdə bu sazişdən çıxacağını rəsmən bəyan etməlidir”.

Onu da qeyd edək ki, son zamanlar Qarabağdakı Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən narazılıqlar artır. Azərbaycanda bu narazılıqların artmasına səbəb Qarabağdakı separatçı-cinayətkar rejimin nəzarətindəki silahlı birləşmələrin hələ də ləğv edilməməsi, üçtərəfli sazişin tələblərinə uyğun olmayan sayda rus hərbçilərin Azərbaycan ərazisinə gətirilməsi, daha çox kontingent üçün hərbi şəhərciklərin salınması və digər özbaşınalıqlardır.

Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər