Gündəm

Soçi görüşünün ardından Ərdoğanın Azərbaycan yolunu tutması... - TƏSADÜFİ DEYİL...
 
MUMtv.az: - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Haber Global”a müsahibəsində bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirən siyasi-şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikilməsinin iqtisadi məqsədləri ilə yanaşı təhlükəsizlik üçün də böyük əhəmiyyəti var:

"Fikir verirsinizsə, postkonflikt dövründə məhz hava limanlarının tikilməsi ön plana çıxarıldı. Bununla da, ilk olaraq hava məkanına təhdidlər aradan qalxdı. Çünki hava limanları həm də təhlükəsizlik üçün beynəlxalq qarantın bir elementidir. İkincisi, bu hava limanlarından hərbi məqsədlər, daha dəqiq ifadə etsək, hərbi yük daşımaları həyata keçirmək üçün istifadəsi gözlənilir. Üçüncüsü, ermənilərin, Rusiyanın Xankəndi hava limanını "kozır" kimi istifadə etməsinin qarşısını alır. Onsuz da Xankəndi hava limanının beynəlxalq tanınması yoxdur. Azərbaycan hələ işğal müddətində ora sərnişin daşınmasının qarşısını almaq üçün xəbərdarlıqlar etmişdi".

Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanının açılışında iştirakına gəlincə, analitik hesab edir ki, Ərdoğan bununla Qarabağdakı layihələrin təhlükəsizliyinin qarantının həm də Türkiyə olduğuna mesaj verir:

"Ümumiyyətlə, Ərdoğan Qarabağa gedib, əvvəllər də bu mesaj verilib. Elə Şuşa Bəyannaməsinin Şuşada imzalanması da təsadüfi deyildi. Ankara bununla dünya güclərinə ismarıc verdi ki, Qarabağda var və iştirakını artıracaq. Soçidə cənab Ərdoğanın Rusiya lideri Vladimir Putinlə görüşündə də Ankaranın Qarabağdakı iştirakını genişlətməsinə dair razılığın əldə olunması ehtimal edilir. Təsadüfi deyil ki, Putin Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışarkən onun fəaliyyət istiqamətini həm də Qarabağdakı Azərbaycan-Ermənistan sərhədinin üzərinə proyeksiya edib. Ərdoğanın Soçi səfərindən sonra Füzuli Hava Limanının açılışında iştirak etmək üçün Azərbayana gəlişi də diqqət çəkir. Belə ki, Türkiyə Rusiyadakı "paketi” Azərbaycan tərəfinə çatdıracaq və Ankara-Bakı müştərək maraqları ilə uzlaşdırılması üçün müzakirələr aparacaq".

Son xəbərlər

Hüquqi şəxslərə dair yeni tələb

Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib

Neftçalada vəzifə uğrunda mübarizə — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Abşeron rayonunda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib

Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA

Qarabağdan gedən Rusiya sülhməramlıları Goranda toplaşdılar

Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video

KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?

Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək - Paşinyan

Bu marşrut xətti “BakuBus”a verildi

Talıstan kəndinin yenilənən qaz xətləri

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Bütün xəbərlər