Gündəm


"Orada üçtərəfli bəyanata əsasən Rus sülhməramlıları var. Harada rus ordusu var, orada da rus bayrağı ola bilər”.
Bu sözləri politoloq Zərdüşt Əlizadə erməni mənbələrində Xankəndi hava limanında Rusiya, Ermənistan və seperatçı rejimin bayrağının asılmasını əks etdirən görüntülərlə bağlı Yeniavaz.com-a açıqlama verərkən deyib. O bu halı mənasız adlandırıb:
"Əgər mən axmaq bir adam olsaydım, özümü axmaq adam saysaydım bu fotoya, bu bayraqlara əsəbiləşərdim, nə isə deyərdim. Amma özümü ağıllı adam sayıram. Səfeh şeylərə mən əsla fikir vermirəm. İt hürər, karvan keçər. O bayraqlardan bizə nə olur? Biz öz işimizlə məşğul olaq. Bərpa edək, minalardan təmizləyək, yavaş-yavaş orada infrastruktur layihələr həyata keçirək, camaatı köçürdək. Budur bizə əsas. Oradan bayraq asıblar, cəhənnəmə asıblar. Kimdir o bayrağa fikir verən?! Dağlıq Qarabağı tanıyan yoxdur, Ermənistan artıq it günündə, Rusiya üzü aşağı gedir. Bunların bizə nə dəxli var? Biz öz işimizi görməliyik. Biz öz işimizi yaxşı görsək, belə mənasız şeylərə fikir vermərik”.
O həmçinin Azərbaycanın hər hansı bir reaksiya verməli olmadığını bildirib:
"Dövlət başçılarının imzaladığı bəyanat əsasında Rus sülhməramlıları Azərbaycan hökumətinin icazəsi ilə gəlib oraya yerləşiblər, bayrağını da qaldırıblar. Olsun da, nə olsun? 5 il qalar, 10 il qalar. Nə qədər vaxta biz orada vəziyyəti səhmana salacayıq, sonra çıxıb gedəcəklər. Rus səfirliyinin üstündə rus bayrağı varsa, rus sülhməramlıların üstündə də rus bayrağı olmalıdır. Burada böyük bir qəbahət yoxdur”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan mənbələrinin birində Xankəndi aeroportunun fotosu paylaşılıb. Yazı ilə paylaşılan fotoşəkildə, Xankəndi aeroportunun ən uca nöqtəsində Rusiyanın bayrağı, yerdə - binanın sol tərəfində isə qəsbkar Ermənistanın, "sülhməramlı” Rusiyanın bayraqları və separatçı rejimin əski parçası asılıb.

Son xəbərlər

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Bütün xəbərlər