Gündəm
Gündəm / Siyasət
Qarabağ əlili! Ölkədə hüquq sistemi çökdürülüb - Video
MUMtv.az: - İsmayıllı rayon sakini, birinci Qarabağ müharibəsinin iştirakçısı olan, birinci qrup əlil Əlisahib Əzizov verdiyi video-müsahibədə ölkədə qanunların işləmədiyini, məhkəmələrin formal xarakter daşıdığını və sifariş əsasında qərar qəbul etdiyini bildirir.
Əlisahib Əzizov Bakı şəhəri Binəqədi rayon məhkəməsinin ona qarşı həyata keçirdiyi qanunsuz əməlləri ifşa edərək, ölkədə artıq şikayət olunası ünvan qalmadığını açıqlayıb. Müsahibədə Qarabağ əlili ölkənin siyasi hakimiyyətinin ünvanına sərt sözlər söyləyərək, onları Azərbaycanı dünyadan təcrid etdiyini bildirir.
Qeyd olunan video-müsahibəni təqdim edirik. Xahiş edirik ki, videonu bəyənib, paylaşasınız.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Elçin İsmayıllı.