Gündəm
Gündəm / Cəmiyyət / Hadisə / Sosial
Məhkəmədə barəsində ədalətsiz qərar çıxarılımasına etiraz edən jurnalist
Bugün redaksiyamıza maraqlı bir müraciət daxil olmuşdur. Belə ki jurnalist Qasımov Vüqar Vaqif oğlunun iddiası əsasında Şirvan apelyasiya məhkəməsində məhkəmə prosesi həyata keçirilib. Keçirilən proses zamanı hakimin ədalətsiz qərarından narazı olan jurnalist yuxarı stansiyalara və eyni zamanda redaksiyamıza müraciət ünvanlıyıb. Müraciəti olduğu kimi diqqətinizə çatdırırq:
Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova
Surəti nəzarət üçün: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi cənab Elçin Qasımova
Surəti nəzarət üçün: Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına
Surəti : Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
Surəti nəzarət üçün : Şirvan Apellyasiya Məhkəməsinin sədri möhtərəm Rəşadət Ağayevə
Surəti dərc olunması üçün: "Dogruxeber.az” İnformasiya Agentliyinə
M ü r a c i ə t
Ərizəçi:Şirvan Apellyasiyasi Məhkəməsinin MİUMK-nin icraatında olan 1(102)-1440/2020 saylı iş üzrə iddiaçı Qasımov Vüqar Vaqif oğlu tərəfindən.
Ünvan: AZ-1200, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 145.
E-mail: vuqar.qasimov.82@list.ru
Hörmətli Ədliyyə Naziri!
Hörmətli Məhkəmə-Hüquq Şurası!
Hörmətli Elçin Qasımov!
Hörmətli Rəşadət Ağayev!
Hörmətli Prezident!
Hörmətli "Dogruxeber.az” İnformasiya Agentliyi!
Şirvan Apellyasiyasi Məhkəməsinin MİUMK-nin icraatında olan 1(102)-1440/2020 saylı iş üzrə cavabdeh Xəqani Əhmədova əvvəlcədən kim söz veribki qətnamə onun xeyrinə çıxacaq?
Xüsusilə qeyd edirəm ki, hazırki iş üzrə cavabdeh X.Əhmədov qanunsuz torpaq zəbt etməyə, qondarma və hüquqi əsası olmayan iddia etməyə vərdiş edib.
Xatırladaq ki, daha əvvəl cavabdeh X.Əhmədov qanunsuz şəkildə torpaq zəbzt edərək özünü ədalətli kimi təqdim etməyə və qanunun məsuliyyətindən yayınmağa çalışmışdır, lakin bütün məhkəmələrdə onun ədalətsiz olduğu və torpaq zəbt etməsi subut olunaraq yekunda qanuni tədbir görülmüşdür. Buna baxmayaraq cavabdeh X.Əhmədov dövlətimizin qanunlarından özünü üstün tutaraq torpaq zəbt etmişdir. Beyləqan rayon məhkəməsinin ədalətsiz və ciddi prosessual qanunvericiliyin pozulmasi ilə qəbul edilmiş analoqu olmayan qətnaməsinin AR MPM-nin tələblərinə uyğun tam ləğv edilməsi üçün hazırda Şirvan Apellyasiya məhkəməsinin icraatında olan iş materiallarında kifayət qədər sübutlar və faktlar var. Bir sözlə cavabdeh Xəqani Əhmədov tərəfindən qanunsuz torpaq zəbt etməsini təsdiq edən və aidiyyatı qurumların bununla bağlı tədbirləri barədə müvafiq hüquqi sənədlər mövcuddur. Hazırda həmin ədalətsiz qətnamədən Apellyasiya şikayəti verilib və iş araşdırıldığı mərhələsində olduğu bir halda iş üzrə cavabdeh Xəqani Əhmədov ictimaiyyətdə açıq bəyan edirki guya ona kimsə söz verib ki işi öz xeyrinə edəcəklər. Budakı ciddi şəkildə hazırkı işi rəhbərlik tərəfindən nəzarətə götürülməsinə böyük zərurət yaratmışdır. Təbii ki cavabdeh X.Əhmədovun əvvəlcədən Beyləqan Rayon Məhkəməsinin ədalətsiz qətnaməsinin qüvvədə saxlanması barədə məlumat yayması inandırıcı dey, çünki iş materiallarında apellyasiya şikayətinin tam hüquqi əsaslı olduğunu və cavabdeh Xəqani Əhmədov tərəfindən qanunsuz torpaq zəbt etməsini təsdiq edən kifayət qədər subutlar mövcuddur. Bir sözlə əgər cavabdeh əvvəlcədən qətnaməni onun xeyrinə olmasını bilirsə onda inandiririqki bu məsələ ölkədə ədalət məhkəməsinin nüfuzuna böyük sensasiya yaradacaq qədər prezident yaradacaq və bunu əsas tutub hər kəs dövlətin torpagini qanunsuz zəbt edib bu ədalətsiz qətnaməni nümunə kimi təqdim edəcək. Beyləqan rayon məhkəməsində bu iş tam bir tərəfli ,yanı iddiaçı Vüqar Qasimovun prosessual hüquqları ayaqlar altına atılaraq və cavabdeh Xəqani Əhmədovun qanunsuz əməlləri ədalətsiz şəkildə ört-basdır edilərək baxılmışdır . Mən istəmirəm bu məsələ Avropa İnsan Hüquqları Üzrə Məhkəməsinə gedib çıxsın ölkəmizin nüfuzuna hansısa cür nöqsan gəlsin və ümid edirəm ki bu isə baxan yuxari məhkəmə instansiyalari məsələnin Avropa Məhkəməsinə çıxarılmamasi üçün isə daha ciddi və ədalətli baxaraq qanuni və hüquqi əsaslı qətnamə və qərar qəbul edəcəklər. Təsəvvür edin ki, Beyləqan Rayon Məhkəməsində bu işə baxılarkən iş üçün mühüm əhəmiyyət kəsb edən cavabdeh X.Əhmədov tərəfindən qanunsuz zəbt olunan ərazilərin dəqiq ölçülərinin müəyyən edilməsi məqsədilə torpaqsunasliq və texniki ekspertizanın kecirilməsi ucun iddiacin Vüqar Qasımov tərəfindən verilmiş vəsatət münasibət bildirilməmisdir. 12 avqust 2020-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsində bu işlə bağlı baxış iclası keçirilməsi nəzərdə tutulub. Biz iddiaçı olaraq böyük inamla Ədliyyə nazirliyin rəhbərliyin bu məsələnin obyektiv ,hərtərəfli tam araşdırılaraq ,tərəflər arasında birinci instansiyası məhkəməsində yol verildiyi kimi açıq-aşkar ayriseckilik təkrarlanmayan ədalətli qətnamənin qəbul edilməsi üçün öz tövsiyyə və tapşırıqlarını əsirgəməyəcək. Artıq dərəcədə Sizdən xahiş edirəm Şirvan Apellyasiyasi Məhkəməsinin MİUMK-nin icraatında olan 1(102)-1440/2020 saylı işi nəzarətə goturəsiniz.
Ümid edirəm bu müraciətim baxılmamış və nəzarətsiz qalmayacaq və iş üzrə həmin ərazidə qanunsuz zəbt olunmuş torpaqların dəqiq ölçülərini müəyyən edilməsi üçün hazırki iz üzrə Torpaqşünaslıq və Tikinti-Texniki ekspertizası təyin olunacaqdır.
Qeyd edim ki, iddiaçı tərəfindən bununla bağlı ekspertiza tələb olunsada naməlum maraqlardan birinci instansiya sayılan Beyləqan Rayon Məhkəməsi qərəzli şəkildə təyin edilməmişdir və ümumiyyətlə vəsatətə dair işə baxan hakim tərəfindən münasibət bildirilməmişdir.
Hörmətlə,
İddiaçı Vüqar Qasımov
04 avqust 2020-ci il