Gündəm


Hörmətli və dəyərli ozucularımız bu dəfə sizlərə məhkəmələrin haqsızlığından və onların fərqli-fərqli qərar çıxarmalarından danışıb yazacam.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Yardımlı rayonu, Bilnə kəndində anadan olmuş 1954-cü il təvəllüdlü, 35 il DİO-da vətəninə, xalqına, dövlətinə layiqli xidmət etmiş, (hal-hazırda təqaütdə olan) 1-ci Qarabağ savaşında Vətən müharibəsi uğrunda gedən döyüşlərdə müxtəlif bölgələrdə erməni işğalçılarına qarşı döyüşmüş, Vətən müharibəsi veteranı Yardımlı rayonu, Yardımlı qəsəbəsi, N.Nərimanov küçəsi, mənzil 2 ünvanında qeydiyyatda olan Əliyev Mayılxan Əzzulla oğluna "İ.H.İ" MMC-nin direktoru Hüseynov Xaləddin Rəşid oğlu və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) və podratçı təşkilat olan "LUDVIG PFEIFFER HOCH-UND TIEFBAU GMBH AND CO.KG" tikinti təşkilatının təcrübəsizliyi, işinin bilməməzliyi, habelə həmin işlərin görülməsi ilə bağlı tələb olunan lazımı texniki vasitələrinin olmaması nəticəsində işin görülməsi zamanı texniki qaydalara əməl edilməyərək kortəbii surətdə iş aparıldığı üçün ciddi ziyan dəymişdir.
Yardımlı rayon sakini 1-ci Qarabağ Müharibəsi Veteranı Əliyev Mayılxan Əzizulla oğluna qarşı Məhkəmələrin haqsızlığı.

Qeyd edim ki, iş prosesi zamanı davamlı güclü yağıntılar olmuş, tikinti təşkilatı bunun üçün qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən sel-suları həyətyanı torpaq sahəsinin ətraf hissəsində qazılmış su kanallarına dolmuş və bunun nəticəsində də 2 mərtəbəli yaşayış evi köməkçi tikililərlə birlikdə ciddi surətdə bir neçə yerdən zədələnərək qəzalı vəziyyətə düşmüş, yaşamaq və istifadə etmək üçün tam yararsız və təhlükəli olmuşdur.
Yardımlı rayon sakini 1-ci Qarabağ Müharibəsi Veteranı Əliyev Mayılxan Əzizulla oğluna qarşı Məhkəmələrin haqsızlığı.

Əliyev Mayılxan artıq 2015-ci ildən etibarən məhkəmələrlə ona olan haqsızlıqlara qarşı mübarizə aparır. Müraciət etmədiyi təşkilat, Ali orqanlar, instansiyalar yoxdur. Lakin onun 120-dən çox etdiyi müraciətlərə, yazdığı ərizələrə baxmayaraq işinə düzgün baxılmır və haqlı qərar çıxarılmır.
Yardımlı rayon sakini 1-ci Qarabağ Müharibəsi Veteranı Əliyev Mayılxan Əzizulla oğluna qarşı Məhkəmələrin haqsızlığı.

Onu da qeyd edim ki, aidiyyatı orqanlar tərəfindən evə baxış keçirilmişdir. Yetmiş min manat (70.000) dəymiş ziyan hesablanmış və zərərçəkmiş Əliyev Mayılxana qarşı tərəfin ödənilməsi haqqında qərar çıxarılmışdır. Hətta qarşı tərəfin nümayəndəsi dəymiş ziyanı ödəyəcəkləri barədə izahatında da qeyd etmişdir. Lakin qarşı tərəf yəni "İ.H.İ" MMC-nin direktoru Hüseynov Xaləddin və podratçı təşkilat qanuna zidd gedərək, Azərbaycan qanunlarına tabe olmayaraq dəymiş ziyanı bu günə kimi ödəməkdən imtina edib, boyun qaçırırlar. Burdan da belə nəticəyə gəlmək olar ki, qarşı tərəf Məhkəmə sədrlərini hansı yollarlasa ələ alır və zərərçəkmiş Əliyev Mayılxanın iddiasına qarşı əksinə, düzgün olmayan qərar qəbul edirlər.
Yardımlı rayon sakini 1-ci Qarabağ Müharibəsi Veteranı Əliyev Mayılxan Əzizulla oğluna qarşı Məhkəmələrin haqsızlığı.

Zərərçəkmiş Yardımlı sakini 1-ci Vətən müharibəsi iştirakçısı, müharibə veteranı Əliyev Mayılxan bizə və bəzi sayıtlara üz tutaraq Cənab Prezidentə müraciət etmişdir. Müraciətdə deyilir: " Hörmətli Cənab Prezident, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, 44 günlük haqq savaşında "Dəmir Yumruq" olaraq 30 ilə yaxın həsrətində olduğumuz torpaqlarımızı erməni işğalçılarından azad edən Ali Baş Komandan ilham Əliyev.

Mənə qarşı olan bu haqsızlıqları aradan qaldırmaqda, hakimlərin haqlı qərar çıxarmalarında, mənə dəymiş ziyanın "İ.H.İ" MMC və podratçı təşkilat tərəfindən ödənilməsində, mənim yarasız hala düşən və hər an təhlükə ilə üz-üzə duran evimin bərpasında ailəm və öz adımdan köməklik etməyinizi xahiş edirəm. Qabaqcadan ailəm və öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm. Ümidvaram ki, tezliklə bu haqsızlığa son qoyulacaq və Sizdə Əliyevlər ailəsini sevindirəcəksiniz. Çünki biz Sizə inanır, güvənir və hər zaman Sizi dəstəkləyirik!"
Yardımlı rayon sakini 1-ci Qarabağ Müharibəsi Veteranı Əliyev Mayılxan Əzizulla oğluna qarşı Məhkəmələrin haqsızlığı.

P.S.Sonda bizdə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq onu da qeyd etmək istəyirəm ki, zərərçəkmiş Əliyev Mayılxanın Vətənə, dövlətə 35 il xidmətinə və eləcədə 1-ci Vətən müharibəsi iştirakçısı olmağına baxmayaraq hansısa işini bacarmayanlara görə Əliyevlər ailəsi əziyyət çəkir, onların haqları tapdalanır.
1-ci fotoda öndə qrupun rəhbəri baş leytinant
Əliyev Mayılxan

Yardımlı rayon sakini 1-ci Qarabağ Müharibəsi Veteranı Əliyev Mayılxan Əzizulla oğluna qarşı Məhkəmələrin haqsızlığı.

Yardımlı rayon sakini 1-ci Qarabağ Müharibəsi Veteranı Əliyev Mayılxan Əzizulla oğluna qarşı Məhkəmələrin haqsızlığı.

Hörmətli Prezident "İ.H.İ" MMC-də Sizin adınızla baglı olduğunu deyirlər və Sizin adınızdan istifadə edirlər. Bizdə ümüdvarıq ki, hörmətli Cənab Prezidentimiz İlham Əliyev bu ailəyə köməklik edəcək və layiqli, lazımı göstərişlərini verəcəkdir. Çünki Cənab İlham Heydər oğlu Əliyev həmişə xalqının, millətinin, Azərbaycan vətəndaşınının yanında olub, onların problemlərinin həlli istiqamətində addımlar atıb və işini bacarmayan, düzgün icra etməyən məmurlara ciddi tapşırıqlarını veribdir.

"Qanunyolu.info.az" zərəçəkmiş Əliyev Mayılxanın video müraciətini təqdim edir:
 
 

"ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR!"

"Qanunyolu.info.az" Təsisçi və baş redaktor
Arif Süleymanlı

Son xəbərlər

COP29-la əlaqədar vergi və ƏDV güzəştləri müəyyənləşir

Dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısı dəyişir

“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb

Boşanmaq istəyənlər 15 dollar ödəyəcək

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bu işçilərə kompensasiya veriləcək

Siqaret istehsalında yerli xammaldan istifadə tələbi qoyulacaq

Azərbaycanda yeni rüsum müəyyənləşir

Gürcüstandan sərhədin demarkasiyasına başlanılması ilə bağlı AÇIQLAMA

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır

Bu gün Ermənistanda sərhədin demarkasiyasına başlanılacaq

İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA

Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib

MDB ölkələrinin fond birjalarının yeni strateji planı qəbul edilib

"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

“AzerGold” QSC-nin hasilat həcmlərində artım qeydə alınıb

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Abşeron rayonunda ağacəkmə və təmizlik aksiyaları keçirilib - FOTO

Rusiya sərhədçiləri Ermənistandan çıxır? - Peskov AÇIQLADI

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - VİDEO

Deputatı sorğu-sual edən olacaqmı? - Sakinlər risq altında yaşayır...

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

"Ramin Abdullayev hər ay 10-larla mənzilə necə sahiblənir?..." - İTTİHAM VAR...

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq? — Əmək Məcəlləsi nə deyir?

Əskipara kəndindəki kilsə boşaldılır

Paşinyanın müavini Azərbaycana qaytarılan kəndlərin rəhbərləri ilə görüşəcək

Elektrik enerjisindən istifadə qaydaları dəyişdi

Bu xanım icra başçısının müavini təyin olundu

Xətaidəki "xətalara göz yumanlar" - Qanunsuz tikintilərə qanunların "razılığı" hansı əsaslarla alınır? /VİDEO+FOTO

Bütün xəbərlər