Gündəm
Gündəm / Dünya
Bu ölkənin adı dəyişdirilə bilər
MUMtv.az: - Yeni Zelandiyada Maori partiyası ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi üçün petisiya başladıb.
Xarici KİV xəbər verir ki, partiyanın liderləri Yeni Zelandiya adının Hollandiyadan qaynaqlandığını bildiriblər.
Hökumətdən qarşıdakı beş il ərzində ölkənin bütün şəhərləri və yerləri üçün orijinal “Te Reo Maori” adlarını təyin etmələri və rəsmi olaraq qəbul etmələri istənilib.
Prosesin 2026 -cı ilə qədər yekunlaşdırılması tələb olunur.