Gündəm
Gündəm
DİQQƏT! Bu küçədə hərəkət məhdudlaşdırılır - Xəritə
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən "MUMTV.az"a daxil olan məlumata görə, məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur./Yeni Sabah