Gündəm

"Pensiyaların verilmə qrafikinin dəyişdirilməsi böyük narazılıq yaradır" - Deputat

"Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda  ayın 15-i verilirdi. Bayramlarda pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi".

"MUMtv.az" xəbər verir ki, bunu iqtisadçı deputat Əli Məsimli deyib. O bildirib ki, pensiyaçıların xeyli hissəsinin  pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı:

"Çünki pensiyaçıların xeyli hissəsinin evlərinin yaxınlığındakı və ya ərki keçən mağazaya borcu var, mağazanın nisyə dəftərindəki həmin borcun bir hissəsini ödəməlidir ki, bayram üçün nəsə almağa üzü olsun. Artıq 3-cü aydır ki, ölkəmizdə pensiyaların verilməsi ilə bağlı gecikmələr müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi açıqlamasında  bildirilir ki, bundan sonra Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödəniləcək. Pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsini böyük narazılıq yaradan bir hərəkət hesab edirik. Əvvəlki rejimə görə pensiyalar Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, məsələn Şəki və Qaxda ayın 15-i verilirdirsə, insanlar da bu rejimə uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit alırdılarsa və onların kartları birbaşa həmin tarix kreditlərin ödənilməsinə yönəldirilirdirsə, eyni zamanda pensiya həmin pensiyaçının, bir sıra hallarda isə bütövlükdə onun üzv olduğu ailənin yeganə gəlir mənbəyidirsə, belə bir vəziyyətdə qrafikin dəyişilməsi böyük narazılıq yaradılır".

Ə.Məsimli qeyd edib ki, pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu  pensiyaların verilmə qrafikinin  nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir:

"Əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə və bundan sonra pensiyaların verilməsinə maliyyə-mühasibat baxımından yanaşılacaqsa, onda təklif edirik ki, son 3 aya qədər bir qayda olaraq həmişə Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya alıb kreditlərini ödəyən pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni  günə transformasiya olunsun. Yaxşı olar ki, banklar pensiyaçılara və onların yaxın qohumlarına zəng edərək onlara mənəvi-psixoloji zədələr vurmasınlar, diskonfort yaratmasınlar. Banklar pensiyaların verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etsin. Yəni, banklar  onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın və tətbiq etməsin. Onsuz da pensiyasının xeyli hissəsini  müalicə, dava-dərman  üçün kreditə ödəyən vətəndaş bir də gecikməyə görə faiz cəriməsi ödəməsin. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur. Bir də ki, pensiyaçı təqsiri olmayan səbəblərə görə pulunun bir hissəsini niyə itirməlidir ki?"

Son xəbərlər

Onların maaşı ilə bağlı Qərar verildi

Gələn il 2 Günəş və 2 Ay tutulması olacaq

Valideynlərin hansı özəl bağçalarda təhsil haqqının yarısını ödəyəcəkləri məlum oldu - SİYAHI

Prezident Kazanda “Dostluq” ordeni ilə təltif edildi

Qoxu itkisi ölüm riskini artırır

Növbəti sürət qatarı bu istiqamətdə olacaq

Onlarln müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarıldı

Sabiq icra başçısının oğlunun 1 milyonluq vergini ödəməmək üçün ölkədən qaçdığı iddia olunur

Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı

COP29-la bağlı bəzi küçələrdə hərəkət istiqaməti dəyişdiriləcək

Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında

Həkimlərə 30 xəstə limiti? — ŞOK İDDİA

Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda

"Gürcüstanda dövlət çevrilişi hazırlanır" - Spiker

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

Türkiyə də İrana uçuşları dayandırdı

İlham Əliyev Rüstəm Minnixanovla görüşdü

DİN “ASAN xidmət”də vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan etdi

Şizofreniya ani ürək ölümü riskini dörd dəfə artırır

Azərbaycanda iqlim fondu yaradıldı - Hikmət Hacıyevdən AÇIQLAMA

Xarici görünüşünüzdə dəyişiklik üçün uyğun gündür - BÜRCLƏR

İlham Əliyev Viktor Orbanı təbrik etdi

"Pensiyaların verilmə qrafikinin dəyişdirilməsi böyük narazılıq yaradır" - Deputat

Azərbaycanda dönərlə bağlı yeni qayda

44 saylı notariusun adı saxtakarlıqda keçir, Ədliyyə Nazirliyi isə deyir ki…

"Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?

Ərdoğan Putinlə bu məsələləri müzakirə edəcək

Alimlər xərçəng dərmanı testinin nəticəsini açıqladılar

Bu günə olan valyuta məzənnələri

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Kreditin verilməsində yenilik

Bütün xəbərlər