Gündəm


Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

MUMtv.az: - Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 26-da Azərbaycanla bağlı 3 yeni qərarını elan edib. Qərarlara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 15 min avro təzminat ödəməli olacaq.

AİHM “Məmmədov Azərbaycana qarşı” işi üzrə qərarında 2012-ci ildə həbs edilən “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.

2012-ci ilin iyununda narkotik ittihamı ilə saxlanılan Hilal Məmmədova qarşı sonradan dövlətə xəyanət və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri üzrə ittiham irəli sürülüb. 2023-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri onun şikayətlərini təmin etməyib.

Hilal Məmmədov AİHM-ə Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 6-cı maddəsinə əsasən verdiyi şikayətində ona qarşı məhkəmə icraatının ədalətsiz aparıldığını, açıq dinləmədən məhrum edildiyini iddia edib. Məmmədov həmçinin Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanaraq onun yazılarının ona qarşı sübut kimi istifadə edilməsini mübahisələndirib.

Avropa Məhkəməsi bu gün elan etdiyi qərarında Məmmədovun məhkəmələrinin qapalı keçirilməsi və icraatın ədalətsiz aparılmasına dair şikayətlərini təmin edib və Konvensiyanın 6-cı maddəsinin pozuntusunu tanıyıb. 10-cu maddə üzrə şikayətə isə baxmayıb.

Qərara əsasən, hökumət Hilal Məmmədova mənəvi zərər və xərclərə görə ümumilikdə 6200 avro ödəməlidir.

AİHM-in digər bir qərarı isə “İbrahimov Azərbaycana qarşı” işi üzrədir. Bu işdə ərizəçi İxtiyar İbrahimov dələduzluq ittihamı ilə məhkum edilib. Onun iddiasına görə, cinayət ittihamı ilə bağlı icraatin gedişində, 19 aprel 2016-cı il tarixində Ali Məhkəmədə keçirilən dinləmələr zamanı ona məlumat verilmədiyindən prosesdə iştirak edə bilməyib, bu da onun Konvensiyanın 6.1-cı maddəsi ilə qoruma altına alınan hüquqlarını pozub.
Ərizənin kommunikasiyası zamanı hökumət ərizəçinin barəsindəki məhkəmə dinləməsinin vaxtı və yeri barədə məlumatlandırıldığını iddia edib, ancaq bildirişin faktiki olaraq ərizəçiyə çatdırılmasına dair heç bir sübut təqdim etməyib.

AİHM İbrahimova münasibətdə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi pozuntusunu tanıyıb. Ərizəçi şikayətində hər hansı maddi tələb irəli sürməyib.

Məhkəmənin elan etdiyi digər bir qərar isə “Əliyeva və başqaları Azərbaycana qarşı” işi üzrədir. Bu işdə ərizəçilər Konvensiyanın 11-ci maddəsinə əsasən, dinc toplantıların keçirilməsinə qoyulan məhdudiyyətlərin qanunsuzluğu barədə şikayət ediblər.

Ərizələrin kommunikasiyası zamanı tərəflər dostca razılaşmaya gəliblər. Məhkəmənin həmin anlaşmaya əsaslanan qərarına görə, ərizəçilərin (Bilyant Əliyeva, Səadət Qədirova, Dünya Əliyeva, Səkinəxanım Güləliyeva, Natiq Ələsgərov) hər birinə mənəvi zərər və xərclərə görə 1750 avro ödənilməlidir.//siam-az.com


Son xəbərlər

Onların maaşı ilə bağlı Qərar verildi

Gələn il 2 Günəş və 2 Ay tutulması olacaq

Valideynlərin hansı özəl bağçalarda təhsil haqqının yarısını ödəyəcəkləri məlum oldu - SİYAHI

Prezident Kazanda “Dostluq” ordeni ilə təltif edildi

Qoxu itkisi ölüm riskini artırır

Növbəti sürət qatarı bu istiqamətdə olacaq

Onlarln müsadirə edilmiş əmlaklarının yarısı geri qaytarıldı

Sabiq icra başçısının oğlunun 1 milyonluq vergini ödəməmək üçün ölkədən qaçdığı iddia olunur

Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı

COP29-la bağlı bəzi küçələrdə hərəkət istiqaməti dəyişdiriləcək

Səlim Müslümovun oğlunun təsis etdiyi şirkət yenidən məhkəmə qarşısında

Həkimlərə 30 xəstə limiti? — ŞOK İDDİA

Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan etdi

Sabunçuda 2 şəxsin öldüyü tuneli Cavid Qurbanov inşa etdirib…. - Zaman Novruzov açılışda

"Gürcüstanda dövlət çevrilişi hazırlanır" - Spiker

“AzerGold” QSC-nin nümayəndə heyəti “Gədəbəy” saziş sahəsinə növbəti dəfə səfər edib

Türkiyə də İrana uçuşları dayandırdı

İlham Əliyev Rüstəm Minnixanovla görüşdü

DİN “ASAN xidmət”də vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan etdi

Şizofreniya ani ürək ölümü riskini dörd dəfə artırır

Azərbaycanda iqlim fondu yaradıldı - Hikmət Hacıyevdən AÇIQLAMA

Xarici görünüşünüzdə dəyişiklik üçün uyğun gündür - BÜRCLƏR

İlham Əliyev Viktor Orbanı təbrik etdi

"Pensiyaların verilmə qrafikinin dəyişdirilməsi böyük narazılıq yaradır" - Deputat

Azərbaycanda dönərlə bağlı yeni qayda

44 saylı notariusun adı saxtakarlıqda keçir, Ədliyyə Nazirliyi isə deyir ki…

"Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?

Ərdoğan Putinlə bu məsələləri müzakirə edəcək

Alimlər xərçəng dərmanı testinin nəticəsini açıqladılar

Bu günə olan valyuta məzənnələri

Bu tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı

Kreditin verilməsində yenilik

Bütün xəbərlər