Gündəm

Belarusda Nobel mükafatı laureatı Bialiatski 10 il müddətinə azadlıqdan məhrum edilib

Bialiatski və onun təsis etdiyi insan haqları mərkəzinin üç aparıcı siması hökumət əleyhinə etirazları maliyyələşdirməkdə təqsirli bilinib.

Belarus məhkəməsi Belarusun baş insan haqları müdafiəçisi və 2022-ci il Nobel Sülh Mükafatı laureatlarından biri Ales Bialiatskini 10 il müddətinə azadlıqdan məhrum edib.

Bialiatski və onun təsis etdiyi Viasna İnsan Haqları Mərkəzinin daha üç yüksək vəzifəli şəxsi cümə günü etirazları maliyyələşdirməkdə və pul qaçaqmalçılığında ittiham olunub.

Mühacirətdə olan Belarus müxalifətinin lideri Sviatlana Tsixanouskaya eyni məhkəmədə məhkum olunmuş Bialiatski və digər fəalların ədalətsiz şəkildə mühakimə olunduğunu deyib və hökmü “dəhşətli” adlandırıb.

"Biz bu utanc verici ədalətsizliyə qarşı mübarizə aparmaq və onları azad etmək üçün hər şeyi etməliyik" -deyə, bildirib..

Prokurorlar Minsk məhkəməsindən ittihamları rədd edən Bialiatskiyə 12 il həbs cəzası istəyib.

"MUMtv.az" "Aljazeera"ya istinadən bildirir ki, Belarus dövlət xəbər agentliyi Belta hökmləri məlumatı təsdiqləyib.

60 yaşlı Bialiatski uzun müddət lider olan Aleksandr Lukaşenkonun 2020-ci il prezident seçkilərinin qalibi elan edilməsindən və 2021-ci ilə qədər davam edən hökumət əleyhinə etirazların dağıdılması zamanı həbs edilən yüzlərlə belarusun ən görkəmli şəxsiyyətlərindən biridir.

2021-ci ildə həbs edilən Bialiatski və həmkarlarına qarşı ittihamlar da Viasnanın siyasi məhbuslara pul ayırması və onların qanuni xərclərinə kömək etməsi ilə bağlı idi.

"Həmkarlarımıza qarşı ittihamlar onların insan hüquqları fəaliyyəti, Viasna insan haqları mərkəzinin siyasi motivli təqib qurbanlarına yardım göstərməsi ilə bağlıdır" - deyə, Viasna bildirib.-

Almaniyanın xarici işlər naziri Annalena Baerbok, Bialiatski və onunla birlikdə müttəhimlər Valentin Stefanoviç və Vladimir Labkoviçə qarşı ittihamları və məhkəmə prosesini qınayıb. Onların “sadəcə insanların hüquqları, ləyaqəti və azadlığı uğrunda illərlə apardıqları mübarizəyə görə mühakimə olunduqlarını” qeyd edən Belarus xalqı məhkəməni “fars” adlandırıb.

Bialiatski keçən ilin oktyabrında insan haqları və demokratiya sahəsindəki işinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Bialiatskinin həyat yoldaşı Natalia Pinçuk dekabr ayında Əl-Cəzirə ilə müsahibədə deyib ki, “Biz hamımız vətəndaş hüquqları müdafiəçilərinin, xüsusən də Rusiyanın Ukraynaya təcavüzünün faciəvi dövründə missiyasının nə qədər vacib və riskli olduğunu başa düşürük.

“Ales həbsdə olan tək deyil. Minlərlə belarus, repressiyaya məruz qalan, vətəndaşlıq hərəkətlərinə və inanclarına görə haqsız yerə həbs edilən on minlərlə insan həbsdədir və yüz minlərlə insan demokratik dövlətdə yaşamaq istədikləri üçün ölkəni tərk etmək məcburiyyətində qalıb.”

MUMtv.az
Kamal Əsgərov


Son xəbərlər

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bütün xəbərlər