Gündəm

 Bu məhsulların gömrük rüsumu ləğv edildi – Hökumətdən böyük QƏRAR
 
 
 
 
 
 

 
 
 
 
 

 

Nazirlər Kabinetinin idxal rüsumlarına dəyişikliklə bağlı 17 dekabr 2019-cu il tarixli Qərarı iki hissədən ibarətdir.

Nazirlər Kabinetindən verilən məlumata görə, birinci hissəyə əsasən, daxili istehsalda istifadə olunan xammal və materialların idxal rüsumu 15%-dən 0%-ə endirilib.

Ölkədə fəaliyyət göstərən 500 müəssisənin istifadə etdiyi xammalın siyahısı təhlil edildikdən sonra Azərbaycanda istehsal olunmayan və yaxın gələcəkdə də istehsal olunacağı gözlənməyən xammalların siyahısı müəyyənləşdirlib.

Müəyyən edilib ki, ölkəyə xammal olaraq əsasən metallurgiya, kimya, rezin plastmas və qida sənayesinə aid olan məhsullar idxal edilir.

Bundan əlavə, bu sadalanan xammalın istifadə olunduğu hazır məhsulların da ölkəyə idxalı getdikcə artmaqdadır. Odur ki, 1) idxalın əvəzlənməsi, 2) daxildə istehsalı dəstəkləmək, 3) ixracı stimullaşdırmaq, 4) istehsalı genişləndirmək, nəhayət, 5) yeni iş yerləri açılmasına şərait yaratmaq məqsədilə bu xammalların idxal rüsumu 0%-ə endirilib.

Yerli istehsalçı ucuz xammalla təmin edildikdə istehsal edilən son məhsul da 15% ucuz başa gələcək ki, nəticədə məhsulun maya dəyərini aşağı düşəcək. Bu da, öz növbəsində, həmin məhsulların daxili bazarda ucuzlaşmasına, xarici bazarda isə rəqabətqabiliyyətliliyinin artmasına səbəb olacaq. Nəticədə, bu iki göstərici həm daxildə, həm də xarici bazarda satışın artmasını stimullaşdıraraq istehsalın genişləndirilməsinə imkan yaradacaq. İstehsalın genişlənməsi isə yeni iş yerləri, məşğulluğun artması, bu sahədə çalışan vətəndaşların rifahının yüksəlməsi deməkdir.

Nəhayət, bu qərar bəzi məhsulların ölkəyə idxalının azalmasına və əksinə, ixracın artmasına təsir göstərəcək ki, bu da ölkədən valyuta axınını müəyyən qədər azaltmaqla yanaşı, eyni zamanda, ölkəyə əlavə xarici valyuta gətirilməsini təmin edəcək.

Qərarın 2-ci hissəsi isə ölkədən ferroərintilərin ixracını stimullaşdıracaq.

Qərara əsasən ölkədə istehsalına başlanılmış ferroərintilərin ixrac rüsumu 5%-dən 0%-ə endirilib. Məqsəd xarici bazarda onun rəqabətqabiliyyətliliyini artırmaq və ixracı stimullaşdırmaqdır. İndiyə qədər mövcud olan rüsum isə bu məhsula yerli istehsalçıların yüksək tələbatının olması səbəbindən tətbiq edilirdi.

Ancaq, 2018-ci ilin noyabrında Prezident İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında 51 milyon dollar investisiya yatrılımış ferroərintilər zavodunun açılışını etdi. İndi ferroərintilərin istehsalı artdığı və yerli ehtiyacı ödədiyi, əhəmiyyətli ixrac potensialı yarandığı üçün ixracı stimullaşdıran qərarlar qəbul edilir. Bu da yenə ferroərintilər zavodunun tam gücü ilə işləməsini və ölkəyə əlavə xarici valyuta gətirilməsinə imkan verəcək.   /baku.ws/

Son xəbərlər

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Prezidentlər sabah Ağdam və Füzuliyə səfər edəcəklər

Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO

Bakıda taksilərin gediş haqqı qalxdı - VİDEO

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO

DİN: Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb

Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR

Ələsgər Məmmədli vəsatətini geri götürdü

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər — CANLI

Prezident Allahverən İsmayılovu təltif etdi

Mülki Prosessual Məcəlləyə dəyişiklik edildi

Bu gün Əfv Məsələləri Komissiyasının iclası keçiriləcək

Azərbaycanda “Konsul leqallaşdırılması” informasiya sistemi yaradılacaq

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı koordinasiya qrupu yaradılıb

Müsavat Partiyası qurultay KEÇİRƏCƏK

Bayılın göz muncuğu olan parkda yaşıllıq məhv olur - İlham Məmmədov Qafur Məmmədov adına parkda yaşıllıqlara divan tutur - VİDEO

Azərbaycan nefti bahalaşıb

Bu gün Şəki və Qəbələdə qaz olmayacaq

Bu ölkə ABŞ-yə etiraz notası göndərdi

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik" - İlham Əliyev

Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir

Bütün xəbərlər