Gündəm

 İqtisadi nəticələri dəqiq müəyyən etmək mümkün olmayıb
Ötən il Azərbaycanda makroiqtisadi dayanıqlılığın təmin edilməsi məqsədilə ölkə iqtisadiyyatı üçün əhəmiyyətli ekzogen göstəricilər kimi qiymətləndirilə bilən neftin qiyməti və büdcə xərcləri üzrə bir neçə ssenarinin tətbiq edilməməsi qeyri-müəyyən dünya iqtisadiyyatı və bu qeyri-müəyyənliyə həssas olan neft qiymətləri şəraitində xüsusilə aktual olub, makroiqtisadi çərçivənin bir variantda hazırlanması iqtisadi şərtlərin pisləşməsi səbəbindən iqtisadi nəticələri dəqiq müəyyənləşdirmək imkanını çətinləşdirib.

"Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

"Hesabat ilinin 1-ci rübündə dünya bazarlarında neftə olan tələbin kəskin azalması fonunda hasil olunan neft həcminin artırılması ilə neft qiymətlərində antirekordların izlənməsi, ölkə daxilində yeni növ koronavirus infeksiyasının qeydə alınması ilə mübarizə tədbirlərinə start verilməsi daxili və xarici tələb amillərində şok effekti yaradıb, bununla da əksər proqnoz göstəriciləri və baxılan dövrün sonuna açıqlanmış statistik göstəricilər arasında kənarlaşma kifayət qədər böyük olub. Eyni zamanda, virusla mübarizə tədbirlərinin gücləndirilməsi, həmçinin virusun ölkə iqtisadiyyatına ötürdüyü neqativ təsirlərin yumşaldılması, sosial problemlərin həlli məqsədilə büdcə layihəsinə dəyişikliklərin edilməsi labüd olub və ilin ortalarında büdcə parametrlərinə yenidən baxılması qərarı qəbul edilib.

Təqdim olunmuş "Büdcə zərfi”nə (dövlət büdcəsinin layihəsi ilə birlikdə hazırlanan və təqdim olunan sənədlər) əsasən, 2020-ci il və növbəti üç il üzrə hazırlanmış makroiqtisadi çərçivədə 2020-ci il üzrə iqtisadi artımın 3,0% olacağı proqnozlaşdırılsa da, sonradan real şərtlər nəzərə alınmaqla büdcə layhəsinə dürüstləşmələr zamanı ÜDM üzrə də proqnozlara dəyişiklik edilib, real ifadədə ÜDM-in 5,0% azalacağı proqnozlaşdırılıb. Həmçinin, yenidən baxılma zamanı makroiqtisadi çərçivə üçün mühüm ekzogen parametr olan xam neftin dünya bazar qiyməti 20 vahid azaldılaraq, 35 ABŞ dolları səviyyəsində qərarlaşdırılıb”, - deyə Rəydə qeyd olunub.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər