İqtisadiyyat

Fransalı professor:

"Əgər iqtisadi durğunluq neftin qiymətinin düşməsinə səbəb olubsa, demək iqtisadiyyatın neftə ehtiyacı var. İqtisadiyyat yenidən dirçəldikcə, neftin qiyməti də qalxacaq".

Bu fikirləri "Report”un Fransa bürosuna Parisin Sarbon Universitetinin Urbanizm İnstitutunun direktor müavini, professor Jan-Antuan Düpra (Jean-Antoine Duprat) bildirib.

Professor bildirib ki, tibbi böhran bitdikdən sonra iqtisadiyyat dirçəlməyə başlayacaq və bu da neftin qiymətinin qalxmasına səbəb olacaq:

"Neftin qiymətinin düşməsinə iqtisadiyyatın tənəzzülü səbəb olub. Neft hasil oldunduqca, istehlak da olmalıdır. İqtisadiyyatda durğunluq baş verən zaman neftə ehtiyac azalır. Nefti isə nə saxlamaq, nə də atmaq mümkün deyil. Eyni zamanda, neft dayanmadan istehsal olunan bir xammaldır. Lakin əgər iqtisadi durğunluq neftin qiymətinin düşməsinə səbəb olubsa, demək iqtisadiyyatın neftə ehtiyacı var. İqtisadiyyat yenidən dirçələn kimi neftin qiyməti də qalxacaq".

 
Jan-Antuan Düpra iqtisadiyyatın yenidən dirçələcəyi vaxta da aydınlıq gətirib:

Fransalı professor:

"Neft əsasən elektrik istehsalı, avtomobillərin hərəkəti üçün istifadə olunur. Lakin unutmayaq ki, bunlardan başqa neft hava nəqliyyatında, təyyarələrin hərəkəti üçün də əsas xammaldır. Bu da o deməkdir ki, neftin qiymətinin tam qalxmasını yalnız beynəlxalq hava xətlərinin tam bərpasından sonra gözləmək olar. İqtisadiyyatın yenidən canlanması isə böyük ehtimalla bu il deyil, 2021-ci ilin sonu, 2022-ci ildə baş verəcək".

Jan-Antuan Düpra bu gün dünya bazarında neftin qiymətinin düşməsinə yalnız koronavirusla bağlı baş verən iqtisadi tənəzzül səbəb olduğunu bildirib. Lakin onun sözlərinə görə, neftin qiymətinin düşməsinə ölkələrin birgə siyasi razılıqları da səbəb ola bilər:

"Ancaq neftin dünya bazarında qiyməti yalnız alıcı və satıcı münasibətləri əsasında tənzimlənmir. Neft istehsalçısı ölkələr danışıqlar yolu ilə neftin qiymətinə dair qərar verə bilərlər. Koronavirusun yayılmasından qabaq Səudiyyə Ərəbistanı və Rusiya ABŞ-ı çətinliyə salmaq məqsədi ilə artıq neftin qiymətinə dair razılıq əldə etmişdilər. Bu ölkələr bu gün də birgə siyasi, strateji seçimlərini etməkdə azaddırlar".

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər