Gündəm

"Brent" neftinin proqnozdan bir qədər aşağı olması belə Azərbaycan büdcəsinə təsir etməyəcək - RƏYLƏR
 
 
 
 
 
 
 
 

Gələn il dünya bazarında neftin qiymətinin azalacağı proqnozlaşdırılır. Beynəlxalq enerji agentlikəri, beynəlxalq maliyyə institutları və digər təşkilatların proqnozuna görə dünya bazarında neftin qiyməti təxminən 5% azalacaq. Məsələn, gələn il Beynəlxalq Valyuta Fondu neftin 1 barelinin orta satış qiymətinin, təxminən, 58 dollar olacağını proqnozlaşdırır. Beynəlxalq proqnozları nəzərə alaraq Azərbaycanın 2020-ci ilin dövlət büdcəsində neftin qiyməti 2019-cu ilin dövlət büdcəsi ilə müqayisədə 5 ABŞ dolları aşağı, yəni 55 dollar götürülüb.Yəni, Azərbaycan hökuməti ehtiyatlı davranmağa qərar verib.

Azərbaycan neftinin büdcədəki qiyməti "Brent" markalı neftin orta qiymət proqnozuna əsasən götürülüb. Amma Azərbaycan nefti bu markalı neftlə müqayisədə bir neçə dollar baha satılır. Elə "Brent" markalı neftin Azərbaycanın ixracının əsasını təşkil edən "BTC FOB Ceyhan" markalı neftlə son 10 gündəki qiymətini müqayisə etmək kifayətdir.

 

Belə ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının 1 barelinin fyuçers qiyməti noyabrın 4-də 56,54 dollar, noyabrın 5-də 57,23 dollar, noyabrın 6-da 56,35 dollar, noyabrın 7-də 57,15 dollar, noyabrın 8-də 57,24 dollar, noyabrın 11-də 56,86 dollar, noyabrın 12-də 56,80 dollar, noyabrın 13-də 57,12 dollar, noyabrın 14-də 56,77 dollar, noyabrın 15-də 57,72 dollar təşkil edib.

Azərbaycanın ixracının əsasını təşkil edən "BTC FOB Ceyhan" markalı (Ceyhan limanından dünya bazarına ixrac edilən) xam neftin qiyməti isə "Brent" markalı neftlə müqayisədə, təxminən, 10 dollar baha satılıb. Noyabrın 4-də "BTC FOB"un 1 barelinin fyuçers qiyməti 66,94 dollara, noyabrın 5-də 67,09 dollara, noyabrın 6-da 66,51 dollara, noyabrın 7-də 66,89 dollara, noyabrın 8-də 66,22 dollara, noyabrın 11-də 66,75 dollara, noyabrın 12-də 66,65 dollara, noyabrın 13-də 66,32 dollara, noyabrın 14-də 66,54 dollara, noyabrın 15-də 67,36 dollara satılıb.

Azərbaycan neftinin "Brent" markalı neftə nisbətən bir neçə dollar baha satıldığı nəzərə alınsa, gələn il "Brent" neftinin proqnozdan bir qədər ucuz olacağı təqdirdə belə, Azərbaycanda büdcənin icrasında heç bir problem olmayacaq. Qeyd edildiyi kimi, hökumət neftin büdcə qiymətini 55 dollar götürməklə özünü sığortalayıb.

Millət vəkili Əli Məsimli

"2020-ci ilin büdcəsində neftin qiymətinə realist yanaşılıb".

Məsələ ilə bağlı millət vəkili Əli Məsimli "Report"a bildirib ki, büdcənin təqdimatında bu o cür izah edilib ki, dünyada neft bazarında gedən proseslərin təhlili nəticəsində belə bir qənaətə gəlinib: "Bu məsələyə müxtəlif yanaşmalar var və müxtəlif rəqəmlər səsləndirilir.İlk növbədə neftin qiymətinin 2019-2020-ci illərdə ehtimal olunan səviyyəsi ilə bağlı olan proqnozları analiz etsək, görəcəyik ki, müxtəlif mötəbər hesab oluna bilən qurumlar gələn il neftin qiymətinin 57-63 dollar, yəni 60 dollar ətrafında olacağını proqnozlaşdırırlar". Onun sözlərinə görə, əgər bu proqnozlar özünü doğrultsa, o zaman 2020-ci ilin büdcəsində neftin qiymətinə yanaşmada müəyyən dərəcədə realist yanaşıblar.

İqtisadçı millət vəkili hesab edir ki, büdcədə neftin qiymətini qiymətləndirərkən optimist varianta daha yaxın yanaşılıb: "Çünki dünyada iri dövlətlər arasında gedən ticarət müharibəsi 2020-ci ildə olmasa da, növbəti illərdə bir sıra kataklizmlərə gətirib çıxaracaq. Səbəb ondan ibarətdir ki, iqtisadi qanunlar çox sərtdir. Əgər kimsə iqtisadi qanunları pozursa, gec-tez o cəzalandırılır".

Ə. Məsimli deyir ki, Azərbaycan da neft hasil edən ölkə olduğu üçün proseslər Azərbaycana da təsir göstərər: "Düzdür, Azərbaycanın büdcəsi elə qurulub ki, onun büdcə gəlirlərinin 47 faizi bilavasitə Neft Fondundan götürülür. Neftin qiyməti aşağı düşsə, bu, Dövlət Neft Fondundan götürülən vəsaitə elə də dəlalət etməyəcək".

Millət vəkili deyir ki, neftin qiymətinin dünya bazarında 1 dollar dəyişməsi, aşağı-yuxarı multiplikativ effektlərlə Azərbaycan büdcəsinə təqribən manatla 40 milyon dolların ətrafında olan bir göstəricidə ola bilər: "Hesab edirəm ki, bu da gəlirləri 24 milyard manatdan çox, xərcləri 27 milyard manata çatan büdcə üçün o qədər də böyük göstərici deyil".

Milli Məclisin deputatı Aydın Hüseynov isə "Report"a açıqlamasında bildirib ki, dövlət büdcəsinə neftdən gələn gəlirlərin cəlb edilməsi metologiya ilə hesablanır və yeni büdcə qaydalarında öz əksini tapıb.

Milli Məclisin deputatı Aydın Hüseynov

"Neftin qiyməti ölkə büdcəsi üçün məqbuldur".

Onun sözlərinə görə, bununla da neftdən gələn gəlirlərin xərclənməsi məlum olur: "Dövlət büdcəsində neftin qiymətinin 55 dollardan götürülməsi çox optimal həddir. Çünki Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, eləcə də digər reytinq müəyyənləşdirən və reytinq müəyyənləşdirməklə yanaşı, büdcə tərtibatı ilə məşğul olan, proqnoz verən institutların bəziləri neftin gələn il üçün proqnozlaşdırılan rəqəmi 57 dollar, bəziləri isə 59 dollar götürüb. Bu səbəbdən də gələn il üçün Azərbaycan dövlət büdcəsində götürülən bu rəqəm normal bir həddir".

Deputat deyir ki, Azərbaycan artıq dünya iqtisadiyyatına inteqrasiya edib: "Dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatında da özünü mütləq göstərməlidir. Təbii ki, biz onu arzulamırıq, amma dünyada hər hansı kəskin şok prosesi yaşanarsa, bu da Azərbaycana öz təsirini göstərməlidir. Ancaq bununla belə, indiki şəkildə proqnozlaşdırılan qaydada neftin qiymətinin davam etməsi ölkə büdcəsi üçün məqbuldur".


Son xəbərlər

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir

Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO

ABŞ-dən sülhməramlıların Qarabağdan çıxarılması ilə bağlı AÇIQLAMA

"30 ildir regionda “bespredel” şəraitində yaşayırıq" - Paşinyan

Rusiya sülhməramlıların Qarabağdan çıxarılmasında Paşinyanı günahlandırdı

Qapıçılara görə futbol qaydaları dəyişə bilər

"Azərbaycanla sərhədlərin delimitasiyasına qədər seçki olmayacaq" - Paşinyan

Başlıbel faciəsindən 31 il ötür

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Bütün xəbərlər