Cəmiyyət

“AzerGold” QSC yeni istiqrazlar buraxacaq






 

 
 
 
 





Ölkənin qeyri-neft sektorunun ən böyük ixracatçılarından olan "AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilk dəfə olaraq dövriyyəyə istiqrazlar buraxacaq. Cəmiyyət tərəfindən dağ-mədən sektorunun stabil inkişafı və dünya bazarlarında qızıl və gümüşün qiymətinin kəskin artımı fonunda yüksək mənfəətli yeni istiqrazların tədavülünə hazırlıq görülür.

Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində mövcud makroiqtisadi sabitlik və maliyyə sektorunun dayanıqlılığı yerli şirkətləri yeni maliyyə alətlərinin buraxılışına təşviq edir. Yüksək səmərə ilə fəaliyyət göstərən yerli qiymətli kağızlar bazarının mövcudluğu yeni istiqrazların tədavülə buraxılmasına əlverişli şərait yaradır.

Belə ki, geniş xalq kütləsinin əldə edə biləcəyi "AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi isə 4 % təşkil edir. İstiqrazların tədavül müddətinin 3 il olması, istiqraz sahiblərinə faiz dərəcələrinin isə 3 aydan bir ödənilməsi planlaşdırılır. Emissiyanın ümumi həcmi 20,000,000 ABŞ dolları təşkil etməsi gözlənilir. İstiqrazların satışı kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə həyata keçiriləcək.

Maliyyə bazarına təklif edilən istiqrazlar daim inkişaf edən qiymətli metalların hasilatı sahəsininin və qeyri-neft sənayesinin lidelərindən biri olan "AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmağa əlverişli fürsət yaradacaq.

Əlavə məlumat üçün: https://azergold.az/istiqrazlar
“AzerGold” QSC yeni istiqrazlar buraxacaq
 

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi (FOTO)

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sülhməramlılar Qarabağdan çıxarılır - VİDEO

Prezident Kayrat Sarıbayı qəbul etdi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Manikür lampaları kor olmağınıza səbəb ola bilər

Zurabişvili Makron və Mişeldən kömək İSTƏDİ

Hadı Rəcəbli vəfat etdi

Aqrar Sığorta Fondu 677 min manat qanunsuz köçürmə edib

Daha bir "TikTok"er saxlanıldı

Milli Məclisin növbəti iclasının gündəliyi

Ramin Abdullayevlə bağlı yeni İDDİALAR...

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bələdiyyə sədri ilə SÖVDƏLƏŞMƏSİ – VİDEOMÜRACİƏT

"2300 manat maaş, 15 min manat paket alırdım" - KEÇMİŞ NAZİR

Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Ramin Abdullayevin “göydələn” biznesi

Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO

Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər təsdiqləndi

Bütün xəbərlər