Gündəm

 ERMƏNİSTANIN NƏCMƏDDİN SADIKOVU... - Qasparyanın xəyanətinin bizim üçün hansı mesajları var?..
 
 
 
 
 
 
 
 
Hazırda çoxdan layiq olduğu günləri yaşamaqda olan Ermənistanda siyasi təlatümlər özünün pik həddinə yaxınlaşmaqdadır. Qeyri-müəyyənlik, qorxu, məğlubiyyət hissi və səfalət davam edir, hökumət isə artıq hərbi çevriliş təhlükəsilə üz-üzədir...

Əslində, Baş Qərargah rəisi Onik Qasparyanın və bir neçə generalın Nikol Paşinyan hökumətinin istefasını tələb etməsi və Rusiyanın buna bir növ neytral yanaşması qiyamçıların haradan, kimlərdən dəstək və cəsarət aldığını açıq şəkildə ortaya qoyur. Xeyli vaxtdır gözlənilən bu çevriliş cəhdinin başında məhz Qasparyanın durmasında isə bəlkə də qeyri-adi bir şey axtarmaq doğru olmaz. Ermənistan ordusundakı generalların böyük əksəriyyəti kimi, o da Rusiya hərbi məktəbinin yetişdirdiyi, Rusiya xüsusi xidmət orqanlarının nəzarətində karyerası qurularaq ortaya çıxarılan kadrdır.

Ancaq Nikol Paşinyanın generalların sırasından məhz onu seçərək Baş Qərargah rəisi postuna irəli sürməsi belə təəssürat yaradırdı ki, Qasparyan digərlərinə nisbətdə Moskvadan daha az asılı və Paşinyanın tutduğu xəttə daha uyğun, deməli həm də yeni hökumətə nisbətən sadiq kadr sayılıb. Lakin onun bioqrafiyasına nəzər yetirəndə görürük ki, bu şəxsin Moskvanın və Ermənistandakı Rusiyaya vassallıq etməkdən yana dəridən-qabıqdan çıxan siyasi qüvvələrin təsiri altında olmaması qeyri-mümkündür. Belə ki, 1970-ci ildə doğulan Qasparyan 1990-cı illərdə Rusiya Müdafiə Nazirliyinin ali zabit kurslarında təhsil alıb. 1998-2001-ci illərdə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Akademiyasında oxuyub. 2008-ci ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Akademiyasını bitirib. Artıq ilk baxışdan bu şəxsin hərbi təhsili və karyerası çox şeydən xəbər verir və istər-istəməz 27 il Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postunu tutmuş Nəcməddin Sadıkovun bioqrafiyasını xatırladır...

Əlbəttə ki, belə bir hərbi təhsilə malik, Rusiyanın hərbi və sözsüz ki, həm də xüsusi xidmət orqanlarının "dəzgahı”nıdan çıxmış generalın daha çox Qərb orientasiyalı Paşinyan hakimiyyətinə sadiq fəaliyyəti ağlabatan deyildi. Onu da qeyd edək ki, Qasparyanı Baş Qərargaha ilk olaraq Paşinyandan əvvəlki ölkə başçısı Serj Sarqsyan gətirib. Buna qədər 3-cü Ordu Korpusuna rəhbərlik etmiş Qasparyan 2016-cı ildə Baş Qərargah rəisinin müavini, 2017-ci ildə isə 1-ci müavini vəzifəsinə təyin olunub.

Lakin o, karyerasının ən yüksək nöqtəsinə - Baş Qərargah rəisi postuna məhz Nikol Paşinyan tərəfindən 2020-ci ilin iyununda təyin edilib. 44 günlük müharibənin gedişində - oktyabrın 15-də isə Paşinyan ona general-polkovnik hərbi rütbəsinin verilməsini təmin edib. Doğrudur, bu rütbənin Qasparyana hansı bacarıq və uğuruna görə verilməsi bir qədər qaranlıq qalır. Çünki onun hərbi komandanlıq və idarəçilik qabiliyyətinin nədən ibarət olduğu müharibənin nəticələrindən və erməni ordusundakı başıpozuqluqdan aydın görünür...

Digər yandan, 10 noyabr kapitulyasiyasından sonra Paşinyanın bu sənədə məhz onun məsləhəti ilə imza atdığını etiraf edən Qasparyanın bu gün hökumətdən istefaya getməsini tələb etməsi və hərbi çevriliş cəhdinə başçılıq etməsi həyasızlığın yüksək həddi sayıla bilər. Müharibə dövründə orduya rəhbərlik edən 3 şəxsdən (Baş nazir, Müdafiə naziri, Baş Qərargah rəisi-C.M.) biri olan, deməli həm də onun məğlubiyyətinə görə birbaşa məsuliyyət daşıyan Qasparyanın hansı üzlə hökuməti ittiham etməsi və ona qarşı qiyam qaldırması maraqlı görünür. Yəqin məhz bu üzdən Baş Qərargah rəisi siyasi müxalifətdən fərqli olaraq, hökuməti müharibənin nəticələrinə görə deyil, onun müavini Tiran Xaçatryanı vəzifədən qovduğu üçün tənqid edir və onun istefaya getməsini istəyir. Belə qənaət yaranır ki, Xaçatryanın qovulması Paşinyanı hərbi yolla devirmək istəyənlərin əlində bəhanə olub.

Xatırladaq ki, T.Xaçatryan Rusiyanın "İskəndər” raketlərinə dair Paşinyanın böyük rezonans doğuran açıqlamasına verdiyi ironiyalı cavaba görə Baş nazir tərəfindən vəzifəsindən azad olunub. Elə hərbi çevriliş cəhdi də məhz bundan sonraya təsadüf edir. Bu cəhdin başında, misal üçün, niyə Müdafiə naziri deyil, Baş Qərargah rəisinin durması isə ilk başdan Paşinyanı devirmək istəyən məlum ölkə və dairələrin kimə stavka etdiyini ortaya qoyur...

Bu arada Qasparyanın istefası üçün Prezident Armen Sarkisyana müraciət edən, lakin ondan istədiyi cavabı ala bilməyən Paşinyanın, müharibə dövründə birgə sıx çalışdığı və inandığı Baş Qərargah rəisindən sonra, prezidentdən də xain zərbə aldığı üzə çıxır. Zatən xəyanət daxili xislətində olan bir toplumda belə hadisələr gözləniləndir...

Bir sözlə, Paşinyan qarşılaşdığı bu ağır vəziyyətdə vaxtilə Baş Qərargah rəisi seçimində böyük səhvə yol verdiyini anlamaqdadır. İndi isə öz səhvini düzəltməkdə çətinlik çəkir. Doğrudan da belə bir strateji post istənilən ölkə, xüsusilə də münaqişəli regionlardakı ölkələr üçün böyük əhəmiyyət daşıyır və bu postun sahibi dövlətə, xalqa və hakimiyyətə sədaqətilə xüsusi seçilməlidir.

Əslində, Azərbaycan da uzun illər Ordunun böyük hissəsi və xalq tərəfindən birmənalı qarşılanmayan, şübhə ilə yanaşılan bir Baş Qərargah rəisinin – Nəcməddin Sadıkovun çox zaman müəmmalı görünən fəaliyyətinə şahidlik edib. Onun Qarabağ Müharibəsinin gedişində vəzifədən azad edilməsi isə bu şübhə və inamsızlığın heç də təsadüfi, yaxud əsassız olmadığını təsdiqlədi. Bəlkə də Sadıkov vəzifəsində qalsaydı, Ordumuz müharibədə bu möhtəşəm uğuru qazanmaqda çətinlik çəkəcəkdi. Bu gün Ermənistanda baş verənlər Sadıkovla bağlı qətiyyətli qərarın fövqəladə əhəmiyyətini bir daha nümayiş etdirir.

Nəhayət, hazırda İrəvanda baş verən olayların fonunda Azərbaycandakı "5-ci kolon”un bu hadisələrə münasibətdə özünü az qala Ermənistan müxalifəti kimi aparmasına baxmayaraq, daha bir maraqlı gerçəkliyi qeyd etməyə bilmirik. Belə ki, müharibədən sonra Ermənistanda yaşananlar və Paşinyan hökumətinin dirənişi "Rusiya istədiyi vaxt hansısa ölkədə, o cümlədən də Azərbaycanda hakimiyyəti dəyişə bilər” təsəvvürü yaratmağa çalışanların ağzına qapaq olmalıdır. Çünki təhlükəsizliyi, iqtisadiyyatı və sərhədlərinin mühafizəsindən tutmuş dəmir yollarına, qızıl yataqlarına və s. qədər az qala hər şeyi Rusiyanın əlində olmasına rəğmən, Moskva dılğır Ermənistana, xüsusilə də Paşinyan hökumətinə hətta bu biabırçı məğlubiyyətdən sonra belə heç nəyi asanlıqla diqtə edə bilmir. Və onu özünə lazım olan anda devirməkdə böyük çətinlik çəkir. Belə olan təqdirdə Moskvanı Azərbaycana "xoxan” kimi təqdim edib, xalqı, cəmiyyəti daim basqı altında saxlayan qulbeçələrin arqumentləri çox cılız və əhəmiyyətsiz görünür...

Hər necə olsa, Ermənistandakı hərbi çevriliş cəhdi göstərir ki, bu ölkənin daxili siyasəti növbəti və daha radikal mərhələyə qədəm qoyur. İndidən sonra ya Paşinyan qalmalıdır, ya da Qasparyan. Hadisələrin gedişi onu deməyə əsas verir ki, böyük ehtimalla Ermənistan ordusununun yeni Baş Qərargah rəisi olacaq...

Azərbaycana gəldikdə isə, inanırıq ki, daha heç vaxt bizim ordumuz Nəcməddin Sadıkov kimilərin idarəçiliyinin ümidinə qalmayacaq və bizim yeni Baş Qərargah rəisimiz kiminsə, yaxud hansısa başqa ölkənin yox, xalqımızın, dövlətimizin, Ordumuzun adamı olacaq ...
"AzPolitika.info”

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər