Gündəm

Bakıda kredit təşkilatının ofisinə basqın edildi: bank rəhbəri ölümlə hədələndi
Bakının Nərimanov rayonunda kredit təşkilatının ofisinə basqın etməkdə və dələduzluqda ittiham olunan Bahar Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bahar Əliyeva tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibarından suiistifadə etmə və aldatma yolu ilə müştərisi olduğu "Brand Crecit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İdarə Heyətinin sədri Rahil Əhmədova özünü uğurlu kommersiya fəaliyyəti ilə məşğul olan işgüzar bir şəxs kimi təqdim etməklə etibarını qazanıb. O, Rahil Əhmədovun uya özünü də məşğul olduğu xaricdən bahalı avtomobillər üçün ehtiyat hissələrinin və kosmetika məhsullarının Azərbaycana idxalı, satışının təşkil olunması işinə qoşmaqla hər ay stabil şəkildə 1000 manat məbləğində pul qazandıracağını vəd verib.

Bahar Əliyeva Rahil Əhmədovu aldadaraq, 2017-ci ilin oktyabr ayının əvvəlində MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhunbəy Hacıbəyli küçəsi, 109 A ünvanında yerləşən baş ofisindəki xidməti otağında ondan ümumilikdə, 40.000 manat məbləğində pul alıb.

Bahar Əliyeva sonradan həmin pulun 7000 manat məbləğində hissəsini qaytarsa da, qalan 33.000 manat məbləğində hissəsini qaytarmadan ələ keçirib.

Bundan başqa, Bahar Əliyeva müştərisi olduğu "Brand Credit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Ceyhunbəy Hacıbəyli küçəsi, 109 A ünvanında yerləşən baş ofisinə gəlib, aylıq kredit ödənişlərinin gecikdirməsinə dair yaşadığı ünvana müvafiq bildirişi gətirmiş MMC-nin hüquqşünası Sənan Musayev ilə mübahisə edib.

Daha sonra Bahar Əliyeva sanitar qovşağına keçmək adı ilə birinci mərtəbədəki əməkdaşları aldadıb pilləkənlə ikinci mərtəbəyə qalxaraq orada yerləşən mətbəxdəki masanın üzərindən bıçağı götürüb. Sonra dəhlizdən Təşkilatın İdarə Heyətinin sədri Rahil Əhmədovun öz əməkdaşlarını borcun ödənilməsinə dair müvafiq bildiriş məktubunun çatdırılması məqsədi ilə həmin gün onun yaşadığı ünvana göndərməsini cüzi bəhanə göstərməklə heç bir əsaslı səbəb olmadan gücünü nümayiş etdirib, ofisdə MMC-nin rəhbərinin ünvanına ucadan nalayiq söyüşlər söyüb, əlindəki bıçaqla ona xəsarət yetirəcəyi ilə hədələyib.

İstintaq orqanı tərəfindən Bahar Əliyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Nərimanov rayon Məhkəməsinin hökmü ilə Bahar Əliyeva 4500 manat miqdarında cərimə olunub.

Hökmdən narazı qalan zərərçəkmiş Rahil Əhmədovun nümayəndəsi apelyasiya şikayəti verib. Nümayəndə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmişin nümayəndəsinin şikayəti təmin edilib və Nərimanov rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Bahar Əliyevanın barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bu qərardan narazı qalan Bahar Əliyeva kasasiya şikayəti verib. O, kasasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ali Məhkəmənin qərarı ilə Bahar Əliyevanın kasasiya şikayəti təmin edilməyib.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər