Gündəm

Əhalinin kredit təşkilatlarına cəmi borcu 2019-cu ildə 2018-ci illə müqayisədə 1 milyard 659 milyon manat, son 23 ayda isə 2 milyard 457 milyon manat artaraq 7 milyard manata yaxınlaşıb.

2019-cu il ərzində Azərbaycandakı kredit təşkilatlarının cəmi kredit qoyuluşları 2 milyard 277 milyon 880 min manat artaraq həmən ilin sonunda 15 milyard 298 milyon 183 min manata çatıb.Artımın 72,8%-i və ya 1 milyard 659 milyon manatı ev təsərrüfatlarına verilmiş kreditlər, 618 milyon manatı və ya 27,2%-i digər sektorlara (sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və s.) verilmiş kreditlər ilə bağlı olub.

Mumtv Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonunda 15 milyard 298 milyon 183 min manatlıq kredit qoyuluşlarının 6 milyard 978 milyon 719 min manatını və ya 45,6%-ni ev təsərrüfatlarına verilən kreditlər (əsasən istehlak kreditləri) təşkil edib. Ötən ilin Noyabr ayının sonunda ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi şəkisi 45,1%, 2018-ci ilin sonunda isə 40,9% idi. Beləliklə, ötən il istehlak kreditlərinin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 4.7 bənd artıb.

2019-cu ildə ev təsərrüfatlarına verilən kreditlər 1 milyard 659 milyon manat, Dekabr ayında isə 164 milyon 134 min manat artıb.

Noyabr ayında ev təsərrüfatlarına verilən kreditlər 383.6 milyon manat artmışdı.

2018-ci ilin yanvarında ev təsərrüfatlarına verilən cəmi kreditlər 4 milyard 522 milyon manatadək geriləmişdi və cəmi kreditlərdə xüsusi çəkisi 38,8% təşkil etmişdi. Ötən 23 ayda ev təsərrüfatlarına verilən cəmi kreditlər 2 milyard 457 milyon manat artıb.

Ev təsərrüfatlarına verilən kreditlərə daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditər daxildir. Bu kreditlər xaric, yəni sırf istehlak kreditləri ötən il 1 milyard 468 milyon 695 min manat artarq 4 milyard 917 milyon 399 min manata çatıb.

Ötən il daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər 190 milyon 392 min manat arataraq 2 milyard 61 milyon manata çatıb.

Yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev üzünü Mərkəzi Bankın sədrinə tutaraq demişdi: "Yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin. Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik. Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin”.   /Cebhe.info/

Son xəbərlər

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu dərmanlarla bağlı XƏBƏRDARLIQ - Ölüm təhlükəsi yarana bilər - VİDEO

Lənkəranda məktəbliyə zorakılıq edən sabiq məmur internat məktəbinə direktor təyin olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub - DETALLAR

Sonuncu erməni qrupu da Ağdərədən ÇIXDI

Deputatın qardaşı vətəndaşın torpaq sahəsini zəbt edib... - Məhkəmə qərarının icrasına kimlər və necə mane olur?

Tovuzda Qarabağ Qazisini DİNLƏYƏN YOXDUR... - VİDEO

Rusiyanın daxili işlər naziri İrəvanda

“AzerGold” QSC “Gələcəyin mədənçisi” layihəsinin icrasına başlayıb

Rəsmi Moskva münasibətlərin pozulmasına görə Paşinyanı günahlandırdı

Şuşa İslam dünyasının mədəniyyət paytaxtı seçildi

ABŞ rəsmiləri bu gün Ermənistana səfər edəcək

Azərbaycan XİN Makrona CAVAB VERDİ

Ordumuza məxsus "KamAZ" minaya düşdü - Qərargah rəisi və digər hərbçimiz şəhid oldu

"Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilsin" - Deputat

Qənirə Paşayevanın SON DURUMU

Məmməd Əmin Rəsulzadənin nəvəsi insult keçirdi

“Azərbaycanlılarla heç bir problem yaşamamışam” - Xankəndinin erməni sakini

Ələzəpin yollarının "işi duaya" qalıb - VİDEO

Ermənilər Xankəndini də yandırır - FOTO

Türkiyədə zəlzələ oldu

Qarabağı tərk edən ermənilərin sayı AÇIQLANDI

Mirzoyan hindistanlı həmkarı ilə Qarabağı müzakirə etdi

"Məktəb illəri" - Təqdimat

İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO

İşləyən əlillərin bu hüquqları da VAR... - Diqqət!

Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO

Şəmkirdə bu məmuru durduran olmasa... - İTTİHAM VAR!

Gələn ilin büdcə layihələri Prezidentə təqdim ediləcək

Azərbaycan Ordusu Xocalıya daxil olub? - İDDİA

Proqnozlar Maliyyə Nazirliyini niyə "qəzəbləndirib"? - Korrupsiya, neftdən asılılıq, investisiya çatışmazlığı...

Heydər Əliyev adına Hərbi İnstitutu iə bağlı YENİ QƏRAR

Bütün xəbərlər