Gündəm

"Ata Bankda nə baş verir? Əmanətçilər depozitlərini nədən geri çəkə bilmirlər?”

Bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edib. O bildirib ki, "Ata Bank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir:

"Ötən ilin oktyabr ayının 1-ə olan son məlumata görə, aktivləri 532 milyon manat, depozitləri 286.3 milyon manat, kredit portferli 374.7 milyon manat olan "Ata  Bank” ASC əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir. Belə ki, 2019-cu ilin sentabr ayından etibarən əmanətlərini geri çəkmək istəyənlər bu istəklərini reallaşdıra bilmirlər. Bir sözlə "Ata Bank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir. 

Bununla əlaqədar olaraq, bir qrup əmanətçilər əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasına, bu ildən isə Mərkəzi Banka şikayət etsələr də, yenə də müsbət nəticə əldə edə bilmirlər. Əksinə, nə baş verdiyi barədə heç bir rəsmi açıqlama verilməməsi əmanətçilərin şübhələrini daha da çoxaldır.

Narahatlığını mənimlə bölüşən əmanətçilər depozitlərinin geri alınmasında qarşılaşdıqları çətinlikləri ictimailəşdirməyi xahiş ediblər. Onlar belə davam edərsə, "Ata Bank”da da əmanətlərinin və cari hesablardakı vəsaitlərinin batmasından qorxurlar. 

Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı "Ata Bank” ASC, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ən qısa müddətdə açıqlamalar verməlidir. Çünki, söhbət 286.3 milyon manatlıq əmanətlərin taleyindən gedir. Odur ki, Mərkəzi Bank bununla bağlı təxirəsalınmaz tədbirlər planını elan etməlidirlər ki, əmanətçilərin narahatlığı aradan qalxsın. Əks təqdirdə "Ata Bank” ASC-nin maliyyə mötəbərliyini itirməsi yalnız əmanətçilərə deyil, həm də bank sisteminə növbəti zərbə olacaq”.

Qeyd edək ki, "Ata Bank" sabiq Vergilər naziri Fazil Məmmədova məxsusdur./"Yeni Sabah"/

Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər