Hadisə

Təbrizdə 10 min nəfər eyni anda: “Nə mutlu türküm deyənə…” – VİDEO
 
 
 

 
 
 
 
 

 
 

 
 
 

Xəbər verdiyimiz kimi, Güney Azərbaycanın "Traxtur” futbol klubu avqustun 13-də Təbrizin Purşərifi salonunda komandanın yeni köynəyi və loqosunun təqdimat mərasimini keçirib.

Təxminən 10 min nəfər qadın və kişi komanda tərəfdarının qatıldığı mərasimdə çoxlu milli şüarlar səsləndirilib.

İranda milyonlarla türkün uzun illərdir ayrı-seçkiliyə məruz qalmasına etiraz olaraq "Nə mutlu türküm deyənə şüarı” dilə gətirilib.

 

Soydaşlarımız bütün fürsətlərdə səsləndirdikləri "Türk dilində mədrəsə – olmalıdır hər kəsə” şüarını yenə də təkrar edib.

"Azərbaycan var olsun – İstəməyən kor olsun”, "Yaşasın Traxtur”, "Urmu, Zəncan, Ərdəbil – Bu səs Təbrizdən gəlir” və "Yel yatar, tufan yatar – Yatmaz Traxtur bayrağı” da səsləndirilən şüarlar arasında olub.

 

"Traxtur” klubunun keçirdiyi mərasimdə böyük izdiham yaşanıb. İran mətbuatı salonda yer olmadığından bir çox komanda tərəfdarının qapı arxasında qaldığını yazıb.

Mərasim iştirakçılarının arasında çox sayda qadın soydaşımız da olub. Azərbaycan komandasını cani-dildən təşviq edən qadınlar kişilərin hər zaman səsləndirdiyi "Azərbaycan qızları – Göylərin ulduzları” şüarı ilə qarşılaşıblar.

Bu arada antitürk mövqeyi ilə seçilən tanınmış paniranist İsfəndiyar Qarabaği İran rejiminin təhlükəsizlik orqanlarının planına uyğun olaraq mərasimə qatılıb.

İ.Qarabağı fürsətdən istifadə edərək mahnı oxumağa başlayıb, lakin o "Traxtur” tərəfdarlarına deyil, boş oturacaqlara ifa etməli olub. Ona görə ki, məşhur paniranist oxumağa başlayınca soydaşlarımız ona etiraz olaraq dərhal salonu tərk edib.

 

İ.Qarabağinin uzun illər Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqe kimsədə şübhə doğurmur.

2014-cu ildə Salmas şəhərinin bələdiyyə başqanı türk kimliyini müdafiə etmək məqsədi ilə bu şəhərin meydanlarından birində ucaldılan Firdovsinin (anti-türk fars şairi) heykəlini meydandan götürmüşdür. Həmin hadisəyə görə, paniranist qüvvələr İran prezidentinə xitabən bəyanat yaydılar, İ.Qarabaği sözügedən bəyanatı imzalayan şəxslərdən biri olub. Bəyanatı imzalayanlar ölkənin mədəni birliyinin təhlükəyə düşdüyündən nigaran olduqlarını diqqətə çatdıraraq Qərbi Azərbaycan və Salmasın kimliyinin türklərin xeyirinə olaraq dəyişdirildiyini iddia edib, bu hərəkəri sərt şəkildə qınamışdılar.

İ.Qarabaği təbrizlidir, o uzun illər müğənni və musiqiçi kimi fəaliyyət göstərib. Onun İran İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən verilmiş klassik avaz üzrə doktorluq dərəcəsinə bərabər diplomu var. İncəsənət xadimi bir çox rəsmi orqanda mədəniyyət sahəsində fəaliyyət göstərib, o hər zaman İslam Cümhuriyyətinin ideologiyasını dəstəkləyib. Bəstəkarlıq sahəsində də fəaliyyət göstərən İ.Qarabaği son illərdə fars şovinizminin mənafeyi uğrunda çoxlu işlər görüb, bu istiqamətdə bir çox mahnı bəstələyib.

Gunaz.tv


Son xəbərlər

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bəzi məcburi köçkünlərin püşklərinin nəticəsi ləğv edildi

Azərbaycan nefti ucuzlaşdı

Braziliyada daşqınlar nəticəsində 30 nəfər ölüb

Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO

Hikmət Hacıyev Kupmanla GÖRÜŞDÜ

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bütün xəbərlər