İdman

"Biz bu kluba görə pulsuz da oynamağa hazırıq” – “Uğur” region liqasında qalır
 
 
 
 
 
 
 

 
 

 
 
 
 
 

Azərbaycan region liqasında 2018/2019-cu il mövsümünün qalibi olmuş "Uğur” yeni bəyanat yayıb.

"MUMTV.az” xəbər verir ki, klub bu il də region liqasında fəaliyyətlərini davam etdirəcəkləri ilə bağlı məlumat verib. Komandanın oyunçuları və texniki heyəti ilə klub rəhbərliyi arasında keçirilən görüşdə futbolçular burada pulsuz oynamağa da hazır olduqlarını deyib. Klubun bəyanatını təqdim edirik: 

"Hörmətli dostlar,

Nəzərinizə çatdırmaq istəyirik ki, bu gün axşam saatlarında komandanın oyunçuları və texniki heyəti ilə klub rəhbərliyi arasında görüş keçirilmişdir.

Görüşdə UĞUR Futbol Klubu ilə bağlı son günlərdə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılmışdır. Klub rəhbərliyi verdiyi qərarın hansı səbəblərdən verdiyini əsaslandıraraq kollektivə geniş məlumat verilmişdir. 

Açıq fikir mübadiləsi mühitində keçirilən görüşdə komandanın həm təcrübəli, həm də cavan oyunçuları və texniki heyəti klub rəhbərliyinin bu günə qədər olan fəaliyyətinə müsbət qiymət verərək bu gündə də klub rəhbərliyinə dəstək olduqlarını bildirdilər. Oyunçular və texniki heyət hamısı yekdil olaraq klubun fəaliyyətinin davam etdirilməsi, bu günə qədər hamımızın birgə olaraq gördüyümüz və çəkdiyimiz birgə əziyyətin yerdə qalmaması üçün və komandanın potensialını nəzərə alaraq bu mövsüm də Region Liqası yarışmalarında iştirak etməsi ilə bağlı klub rəhbərliyinə müraciyyət etdilər. Oyunçular həmçinin başqa kublardan gələn təkliflərə baxmayaraq heç bir yerə dağılmayaraq artıq bir ailə olmuş məhz UĞUR Futbol Klubunda iştirak etməklərini bildirdilər. Onlar həmçinin "biz bu kluba görə pulsuzda oynamağa hazırıq, təki biz yenidən hamıya sübut edək" barədə klub rəhbərliyinə yekdil və qəti fikirini bildirdilər.

Klub rəhbərliyi komandanın bu dəstəyinə görə və həmçinin oyunçuların heç bir təmənna güdmədən komandanın fəaliyyətinin davam edirilməsi və oynaması üçün etdikləri bu addımı yüksək qiymətləndirmiş və hamıya öz təşəkkürünü bildirmişdir.

Aparılan birgə müzakirə və məsləhətləşmələrdən sonra klub rəhbərliyi son günlərdə yaranmış bütün bu çətinliklərə baxmayaraq həm oyunçuların, həm azarkeşlərin haqlı istəklərini nəzərə alaraq, bu mövsüm də Region Liqası yarışmalarınada iştirak etməsi barədə qərar qəbul etmişdir. Həmçinin klub rəhbərliyi tərəfindən, həmişə olduğu kimi komandanın bütün təchizat və ehtiyacları ilə bağlı üzərinə düşən bütün öhdəlikərin tam şəkildə və lazımi qaydada yerinə yetirilməsi ilə bağlı məclis iştirakçılarına bildirilmişdir. Artıq elə həmin görüşdə mövsüm hazırlıqları ilə bağlı klub rəhbərliyi məşqçi heyətinə müvafiq göstərişlər verilmişdir”. 

Qeyd edək ki, klub keçən həftə yaydığı bəyanatda bu il keçiriləcək Region Liqanın yarışmalarında iştirak etməyəcəyi ilə bağlı qərar vermişdi. Sumqayıt təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov isə saytımıza açıqlamasında məsələnin yenidən müzakirə olunacağına və bundan sonra yekun qərara gələcəklərini bildirmişdi./Yenisabah

Son xəbərlər

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

"Pomidor oliqarxı"nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Çində magistral yol çökdü - Ölənlər var

Bu gündən tibbi arayışlar elektron formada veriləcək

Bu gündən I siniflərə sənəd qəbulu başlayır

“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib

Əhaliyə ŞAD XƏBƏR: Bu evlərə “kupça” veriləcək

Şuşaya qayıdış başlanır

Bütün xəbərlər