Gündəm


MUMtv.az:
-  "Bir millət, iki dövlət” deyə tərif etdiyimiz Türkiyə və Azərbaycan münasibətləri düşmən fəallığı nəticəsində daha çox sınaqlardan ibarət olub. Son 100 ildə bunu bir neçə dəfə yaşamışıq. 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi ordunun Cumhuriyyət əsgərləri ilə birgə Bakını azad etməsi tariximizin qızıl səhifəsidir. Ardınca Sovet Azərbaycanının rəhbəri olan Nəriman Nərimanovun xalqımızın Mustafa Kamal paşanın Cumhuriyyət mübarizəsinə maddi dəstəyinə "qardaş qardaşa borc verməz” cavabı oldu. Ötən 100 ildə Azərbaycanda milliyətçi kəsimin gizli Türk şərqilərinə qulaq asmasının, 90-lardan bu yana ağır anlarımızda gözümüzün Ankarada qalıb xəyal qırıqlığına uğramasının da şahidi olmuşuq. 44 günlük zəfər savaşımızda əlində silah Türk mehmetciyi Qarabağda olmasa da, düşmənin başına od yağdıran Türkiyə "Bayrakdar”ı, düşmənə havadarlıq edənlərə sinə gərən Türkiyə prezidentini gördük.

Tanrının da qəribə məntiqi varmış. Bizim tarixi zəfərimizdən 1 il keçməmiş qardaş Türkiyə də düşmən təxribatına məruz qaldı. Türkiyə dövlətinin şah sütunu olan turizm bölgəsini alova bürüdülər. Azərbaycan buna "canımız yanır” deyə reaksiya verdi. Bu gün Türkiyədə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyət və texnikası fövqəladə xidmət göstərir. Bu olayda yalnız qardaşın qardaşa dəstəyi yoxdur, həm də 30 yaşı tamam olacaq Azərbaycan Respublikasının bu tarixin yarısı qədər yaranma tarixi olan bir strukturunun uğuru var.

Fövqəladə Hallar Nazirliyi 2005-ci ilin sonlarında sıfırdan yaranıb və general rütbəsində Kəmaləddin Heydərov bura rəhbər təyin olunub. Bunu ona görə xüsusi qeyd etdik ki, tarixdə ilk dəfə qardaş Türkiyənin hər hansı bir probleminin yanında Azərbaycan generalı durur. Təbii ki, Türkiyəyə qardaş dəstəyinin arxasında Azərbaycan Respublikasının siyası iradəsi, FHN-in indiki imkanlarının arxasında dövlətin iqtisadi gücü durur. Amma bu faktorları gerçəkləşdirən məmur kimi general Heydərovun xidmətləri də danılmazdır. Azərbaycan hökuməti eyni dəstəyi səhiyyə sisteminə də göstərib, vətəndaşlarımız müalicə üçün Türkiyəyə gedir; təhsilə ayrılan vəsaitin həddi bilinmir, amma hər kəs övladını Türkiyədə oxutdurmaq istəyir; kənd təsərrüfatına və sənayeyə dövlətin milyard manatlarla yardımı olub ,nəticə olaraq, qida və paltar seçimində Türk malına üstünlük veririk. Müqayisəni artırmaq da olardı. Amma indi heç arzulamadığımız yanğında məlum olur ki, 15 illik tarixi olan "fövqəlçilərimiz” 100 illik Türkiyə həmkarlarından daha geniş maddi-texniki bazaya malikdirlər. Demək, məsələ dövlətin hansı sahəyə nə qədər pul ayırmasında yox, bu pulu kimin necə sərf etməsindədir. Bu baxımdan, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov üzümüzü dost yanında da ağ etdi, düşmən yanında da! TƏŞƏKKÜRLƏR, CƏNAB GENERAL!

Nəsimi Şərəfxanlı //cumhuriyyet.net//

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər