Gündəm

Qənirə Paşayeva Türkiyədə mükafata layiq görüldü - FOTOLAR
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
18 Oktyabrda Türkiyədə mükafata layiq görülən millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu mükafatı canını Vətənimiz üçün fəda edən şəhidlərimiz və qazilərimiz adına alıram deyib və ön cəbhəmizi qoruyan, terrorla mübarizə aparan əsgərlərimizə buradan əsgər salamı ilə hər zaman yanınızdayıq mesajını da göndəririk deyib.
 
 
Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevaya Türkiyədə nüfuzlu Hukuk ve Demokrasi Kurumu Derneğinin ildə bir dəfə təşkil etdiyi "Bülent Yurt Hukuk ve Demokrasi Ödülü" təqdim edilib. Millət vəkili Q.Paşayevaya ödül Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı, Türk dünyası Birliyinin güclənməsi, beynəlxalq aləmdə həqiqətlərimizin geniş təbliği və haqlarımızın müdafiəsi istiqamətində çalışmalarına görə təqdim edilib.

 

Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Baralar Birliyinin binasında keçirilən və Türkiyənin tanınmış siyasətçiləri, bürokratları, hüquqşünasları, vəkilləri və ziyalılarının iştirak etdiyi ödül törənində çıxış edən millət vəkili Q.Paşayeva bu ödülü qəhrəman şəhidlərimiz və qazilərimiz adına alıram deyərək çıxışında Qarabağ problemi, Azərbaycan-Türkiyə birliyinin güclənməsi, Türk dünyası birliyi ilə bağlı önəmli mesajlar verib: ”Vətənimiz Azərbaycandan vətənimiz Türkiyəyə salam və sevgilər gətirdik. Bu gün bizim üçün çox önəmli bir gündür. Belə bir gündə bu mükafatı almaq daha fərqli duyğudur. Çünki bu gün Azərbaycanımızın dövlət müstəqilliyini təkrar qazanmasının 28-ci il dönümüdür. Hamımızın adından "Yaşa, yaşa, əbədi yaşa Azərbaycan!” deyir və gözəl Azərbaycanımızı buradan təbrik edirik. Mənə bu mükafatı təqdim etdiyiniz üçün təşəkkür edirəm. Amma belə bir mənalı gündə bu mükafatı öz adıma almıram. Bu mükafatı bu ödülə məndən daha çox haqq edən, layiq olanlar adına alıram. Azərbaycanın müstəqilliyi, torpaq bütünlüyü, Qarabağımız üçün həyatını fəda etmiş şəhid dostlarım və bütün qəhrəman şəhidlərimiz, qazilərimiz, onları gözəl ailələri adına alıram. Onlar buna daha çox layiq idi və layiqdirlər. Bu mükafatı özünü Azərbaycanın müstəqilliyinə, inkişafına həsr etmiş aydınlarımız, gözəl insanlarımız və gözəl Vətənim adına alıram. Bu gün bu mükafatı qardaş Türkiyəmizin torpaq bütünlüyü üçün çalışan, Barış Pınarı hərəkatında və terrorla mübarizədəki bütün qəhrəman mehmetciklərimiz adına alıram. Bu mükafatı mən burada çıxış etdiyim anlarda işğalçı Ermənistanla ön cəbhədə torpaqlarımız uğrunda qəhrəmancasına mübarizə aparan Azərbaycan əsgərimiz adına alıram. Buradan bütün alqışları, duaları və əsgər salamımızı da onlara göndərirəm və hər zaman yanınızdayıq və Vətənimizin əsgəriyik deyirəm. Mən burada Azərbaycandan ödül alan tək insan olduğum üçün Azərbaycanda və bütün dünyada yaşayan 50 milyon azərbaycanlı adından buradan sizə, dostlara, dost bildiklərimizə və düşmənlərə mesajımızı da mütləq söyləməliyəm. Azərbaycan türkü qardaş-bacılarınız buradan Türkiyəni zəiflətmək istəyənlərə deyir ki, buna gücünüz yetməz, çünki biz də varıq və qardaş Türkiyənin yanındayıq. Çünki Azərbaycan da Türkiyə də bizim vətənimizdir. Sadəcə sözdə, əməldə, duada deyil, lazım gələrsə bu canı da fəda etməyə hazır olan milyonlarla Azərbaycan türkü də Türkiyəmizin yanındadır. Çünki ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi biz tək millət, iki dövlətik. Türkiyə həm də bizim vətənimizdir. Türkiyənin ayağına atılan daşı biz başımıza atılan daş hesab edərik. Ona görə bütün düşmənlər də bilsin, biz 300 milyonluq türk dünyası Türkiyəmizin yanındayıq. Çünki Türkiyə güclü olarsa biz hamımız güclüyük, Azərbaycanımız güclü olarsa hamımız güclüyük”
 
 
Bütün müsəlman Şərqində ilk qurulan cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən, təkrar qazanmasından bu günə qədər keçdiyi yoldan, işğalçı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan-Türkiyə qardaşlığının, Türk Şurası birliyinin gücləndirilməsi istiqamətində görülən işlərdən geniş danışan millət vəkili Q.Paşayeva Qarabağ çağırışı edib: "Burada Türkiyəmizin çox tanınmış hüquqşunasları, vəkilləri var. Türkiyədə hüquq məktəbinin qurucularından biri, Azərbaycan və Türkiyədə hər iki dövlətimizdə millət vəkili olmuş böyük aydın və Türkiyəmizin ilk qadın hüquqçusu və vəkili Sürəyya Ağaoğlunun atası Əhməd Ağaoğlunun doğulduğu Dağlıq Qarabağ, Şuşa hələ də işğalçı Ermənistanın işğalı altındadır. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Əhməd Ağaoğlunun bir çox yerlərdə150 illlik yubileyi keçirilir. Amma onun doğulduğu torpaqlarımızda bunu qeyd edə bilmirik. Azərbaycanımızın torpaqlarının işğaldan azad edilməsində bütün Türk dünyası Azərbaycanın yanında daha da güclü olmalıdır və inanırıq ki olacaq. İnşallah bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz o gözəl torpaqlarımızda da qeyd edə biləcəyik və inşalllah edəcəyik. Buna hamımız inanırıq və birlikdə daha da çox çalışmalıyıq.”
 
 
Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində qardaş Türkiyənin ədliyyə nazirliyinin rəsmiləri, Yargıtay başkanı İsmail Rüştü Cirit , Türkiye Barolar Birliği Başkanı Av. Prof. Dr. Metin Feyzioğlu, bir sıra məhkəmə sədrləri, tanınmış QHT və KİV rəhbərləri ilə də görüşüb və geniş fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər