Gündəm


Erməni cinayətkarları tərəfindən xalqımıza qarşı törədilən, dünya tarixinin dəhşətli faciələrindən biri olan 1918-ci il 31 mart soyqırımından 103 il ötür. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu il isə ilk dəfə olaraq, azərbaycanlılar tarixdə erməni cinayətkarlarının törətdiyi faciələrin qisasını almış bir xalq kimi 31 mart soyqırımını anırlar. Ermənilər 44 günlük Vətən müharibəsində tarixlərinin ən böyük məğlubiyyətini yaşadı. Xalqımız isə son iki əsrdə ilk dəfə itirilmiş torpaqlarını bərpa edərək, 20 faiz ərazisini bərpa etdi.

Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. "Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən bu plan həyata keçirilməyə başlandı. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub, insanları diri-diri yandırdı. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqlarla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. 1918-ci ilin sentyabr ayına qədər bəzi mənbələrə görə 40 min, bəzi mənbələrə görə 50 min nəfər azərbaycanlı ermənilərin törətdikləri soyqırımın qurbanı oldu.

Tarixçi alim Nəsiman Yaqublu 31 mart soyqırımı ilə bağlı "Yeni Müsavat”a danışarkən bildirdi ki, bu, XX əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi ən böyük qətliamlardan biri idi: "Bu qətliamın həyata keçirilməsi ilə ermənilər ikinci soyqırımı həyata keçirdilər. Çünki birinci qətliam 1905-1906-cı illərdə olmuşdu. İkincini isə 1918-ci ilin mart ayında həyata keçirdilər. Təkcə Bakıda yox, Şamaxıda, Qubada, Xaçmazda və digər bölgələrdə bu qətliamları onlar həyata keçirdilər, çox sayda insanımızı qətl etdilər. Ümumiyyətlə isə Bakı şəhərində 15 minə yaxın insanımızı qətlə yetirdilər, Bakının ən gözəl abidələrini dağıtdılar, İsmailiyyə binasını dağıtdılar, Kaspi mətbəəsini dağıtdılar, Şirvanşahlar məscidinin gümbəzini uçurtdular, çoxlu sayda evləri yandırıb məhv etdilər. 31 mart soyqırımında ermənilər Bakıda hansı soyqırımı törədib, şəhəri necə məhv etmişdilərsə, bu gün Qarabağda gördüklərimiz də bunun eynisi idi. Düşünün ki, 100 il öncəki ermənilər nə etmişdilərsə, 100 il sonra da eynisini edirlər. Evləri yandırırlar, insanlara işgəncə verirlər, məscidləri dağıdırlar, abidələri məhv edirlər. Bu 100 ildə erməni qətliamının nə forması, nə məzmunu dəyişib, nə də onların yaşam tərzi dəyişib”.

Tarixçinin sözlərinə görə, 1918-ci il hadisələrinin, ümumiyyətlə isə ermənilərin törətdiyi soyqırımların arxasında bir neçə səbəb dayanır: "Birinci səbəb ermənilərin ərazi iddialarıdır. Onlar ”Böyük Ermənistan" dövləti yaratmağa çalışıblar, dənizdən-dənizə "Böyük Ermənistan” ideyası mövcud olub. Əvvəlcə bunu Türkiyə ərazisində yaratmağa çalışdılar, Vanda, Zonquldağda hətta üsyanlar törətdilər, lakin Türkiyə dövlətinin güclü bir hərbi dövlət olduğunu, öz ərazisində heç zaman ermənilərə dövlət yaratmaq imkanı verməyəcəyini anladılar. Bundan sonra ermənilər bunu Qafqazda, müsəlmanlar yaşayan bölgələrdə etməyə başladılar. Birinci səbəb ermənilərin ərazi məsələsi idi. İkinci səbəb isə o idi ki, ermənilər siyasiləşmiş xalqdır, zərərli bir ideologiyanın daşıyıcısına çevrilən xalqdır. Bu da daşnak ideologiyasıdır. Bu gün ermənilər o partiyanın üzvü olmasalar belə, mahiyyətcə daşnakdırlar. 1904-cü ildə daşnak partiyası öz proqramına bir bənd əlavə etdi ki, biz "Böyük Ermənistan” dövlətini Türkiyədə yarada bilmədiyimiz üçün bunu Cənubi Qafqazda, azərbaycanlılar yaşayan bölgədə yaradacağıq".

N.Yaqublu vurğuladı ki, hadisələrin törədilməsində üçüncü əsas səbəb Rusiya faktoru idi: "İstər çar Rusiyası, istər Nikolay Rusiyası, istərsə də Lenin Rusiyası olsun, bu dövlət həmişə ermənilərə dəstək verib. Ruslar həmişə ermənilərə arxalanıb bu qətliamı həyata keçiriblər. O cümlədən 1918-ci il hadisələrinin kökündə də Rusiyanın dəstəyi dayanır. O zaman, 1917-ci ilin 29 oktyabrında bolşeviklər Rusiyada hakimiyyətə gəlmişdi. Leninin Şaumyana göndərdiyi məktublar var ki, Bakını əldən vermək olmaz. Bakını nəzarətimizdə saxlayırsan. Şaumyan da Bakını nəzarətdə saxlayırdı və Bakı Soveti yaratmışdı, özü də onun sədri idi. Bakı Sovetində vəzifədə olanların əksəriyyəti də ermənilər idi. Eyni zamanda 4 minə yaxın erməni hərbçisini Bakıya gətirmişdi, 5 mindən çox rus hərbçisi isə Birinci Dünya müharibəsi zamanı gəlmişdi və Bakıda yerləşmişdi. 10 minə yaxın silahlı qüvvə Şaumyanın nəzarətində idi. Həm Rusiya ona dəstək verirdi, həm silahlı erməni quldurları, həm də hərbçilər. Ona görə də bu proses son nəticədə 31 martda günahsız insanların öldürülməsinə gətirib çıxartdı”.

Nəsiman Yaqublu onu da diqqətə çatdırdı ki, bu hadisələrin qarşısının alınmasında o dövrdə artıq kifayət qədər nüfuzu olan Müsavat Partiyasının, yeni yaradılan Müsəlman Şurasının, Məmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Nəriman Nərimanovun böyük xidmətləri oldu: "O dövrdə Xəzər dənizində rusların hərbi donanmaları var idi, 36-cı Türküstan polku var idi. 36-cı Türküstan polku bu hadisələrin dayandırılmasında çox önəmli rol oynadı. Çünki bu polk 1916-cı ildə yaradılmışdı, orada ermənilər yox idi. Əsasən ruslar idi və Qafqazın müsəlman bölgələrindən hərbçilər idi. Bizim adını çəkdiyim ziyalılarımız onlarla danışıqlar aparıb inandırdılar ki, ermənilər Azərbaycanda günahsız insanları qətlə yetirir. O zaman bu polk ermənilərə ultimatum verdi ki, soyqırımı dayandırın. Çünki ermənilər saxtakarcasına rus hərbçilərini də inandırmışdılar ki, guya bizim müsəlman əhalisi ruslara qarşı da döyüşür, onlara güllə atır. Hətta bir erməni hərbçi özü rus əsgərini yaralayıb azərbaycanlıların üstünə atmışdı. Ruslar, xüsusən də 36-cı Türküstan alayı bizim ziyalılarımıza inandıqdan sonra nota verdi, ermənilər də başa düşdü ki, artıq dayanmaq lazımdır. Yoxsa bu soyqırım hələ davam edəcəkdi. Bir müddətdən sonra soyqırımı Qubada, Şamaxıda, Xaçmazda, Salyanda davam etdirdilər. Bu hadisələrin qarşısı tam şəkildə yalnız 1919-cu ildə, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra alındı. Bununla yanaşı, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun, qardaş ölkənin hərbi dəstəyindən sonra hadisələrin qarşısı alındı. 1918-ci il sentyabrın 15-də biz Bakını Qafqaz İslam Ordusunun köməyi ilə azad etdik. 44 günlük Vətən müharibəsində olduğu kimi, o dövrdə də qardaş Türkiyə bizim yanımızda idi. Bakı azad edilərkən müqavimət göstərən ermənilərin cəzalandırılmasını isə ermənilər bütün dünyaya sentyabr qətliamı kimi təqdim etmək istəyirdilər. Bakını azad edərkən silahlı ermənilərin tərk-silah edilməsini bugünün özündə də ermənilər sentyabr qətliamı kimi qələmə verir, Nuru Paşanı günahlandırırlar, o dövrün daxili işlər naziri Behbud bəy Cavanşiri günahlandırırlar. 1922-ci ildə terror edib, onu qətl etdilər. 31 mart hadisələri eynilə Xocalı hadisəsi kimidir, eynilə Ağdamın, Şuşanın, Zəngilanın, Füzulinin bugünkü vəziyyətidir. 100 il öncəki erməni ilə bugünkü erməni eynidir. Biz onlara qarşı hər zaman hazırlıqlı olmalıyıq. Necə ki, 27 sentyabrda hazırlıqlı olduq və torpaqlarımızı azad etdik”.

Son xəbərlər

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Fransa səfiri Kəlbəcərlə sərhəddə

Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Etirazçılar Pentaqon rəhbərinin evinin qarşısına peyin səpiblər

Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Paşinyan üçtərəfli görüş üçün Brüsselə gedəcək

Havadan atılan yardımlar faciəyə səbəb oldu - VİDEO

"Azərbaycan bu yoldan Naxçıvana birləşmək üçün istifadə edə bilər" - Paşinyan

Bütün xəbərlər