Gündəm

“Elə icra başçıları var ki, insanlar onun üzünü görmür” - ETİRAZ

 

 
Mumtv.az: - "Təəssüflər olsun ki, bizdə bəzən vəzifəyə qoyulan adamlar elə bilirlər ki, bunlara ağıll da, bacarıq da verilib. Halbuki vəzifə səlahiyyətləri verilib, ağıl, bacarıq, fərasət insanın özündə varsa, ona tapşırılan işi daha vicdanla, namusla, yüksək səviyyədə və xalqın mənafeyinə uyğun şəkildə icra edəcək”

Bunu  professor İlham Rəhimli deyib. Professor vəzifəyə təyin olunan məmurların daha vicdanla, ləyaqətlə xalqa xidmət etmələrinin arzusunda olduğunu bildirib:

"Rayona təyin olunan rəhbərin adının bələdiyyə rəhbəri və ya icra başçısı olmasının fərqi yoxdur. Söhbət seçilən adamların ona göstərilən etimadı necə yerinə yetirmələrindən, doğrultmalarından gedir. Təəssüflər olsun ki, bizdə bəzən vəzifəyə qoyulan adamlar elə bilirlər ki, bunlara ağıll da, bacarıq da verilib. Halbuki vəzifə səlahiyyətləri verilib, ağıl, bacarıq, fərasət insanın özündə varsa, ona tapşırılan işi daha vicdanla, namusla, yüksək səviyyədə və xalqın mənafeyinə uyğun şəkildə icra edəcək. Mənə elə gəlir ki, icra hakimiyyətlərinin ləğv edilib bələdiyyələrlə əvəz edilməsinin heç bir fərqi yoxdur. Sadəcə olaraq bunlardan hansınısa ləğv etmək lazımdır ki, paralel idarəçilik olmasın. Ancaq söhbət ondan gedir ki, respublikada görülən o böyük möhtəşəm işlərə uyğun olaraq rayon rəhbərləri də bütün fəaliyyət sistemlərini köklü şəkildə dəyişməlidirlər.

Elə icra başçıları var ki, aylarla insanlar onun üzünü görmür. Halbuki bura inam, güman, xalqın dərdini, sevincini bölən yeri olmalıdır. Xalqla icra başçısı arasında sərhəd möhkəmləndikcə, rayonda tərəqqi tənəzzülə doğru daha sürətlə gedir. Sadəcə olaraq arzu edərdim ki, vəzifənin özünün icra metodu dəyişsin. Rəhbərlərin camaatla ünsiyyəti formalaşsın, əlaqə bağları möhkəmlənsin. Bunlar olarsa, mənə elə gəlir ki, rəhbərin tutduğu vəzifənin adının necə olmasının əhəmiyyəti olmayacaq. Çünki icra başçısı yerində olanda, vicdanla işləyəndə o rayonda sahibkarlara da imkan yaranır, prokuror da, məhkəmə də, polis də vicdanla işləməyə başlayır. Yəni artıq rayonda azad nəfəsalma, azad iş, azad insani münasibətlər yaranır. Rəhbərlik və camaat münasibətləri formalaşır, yüksək səviyyədə olur. Təəssüflər ki, bizim əksər rayonlarımızda biz bunun şahidi ola bilmirik. Müəyyən işartılar, uğurlar var, bunu Cənab Prezident özü də dönə-dönə təkrar edir ki, xalqla ünsiyyəti möhkəmlədin, xalqa inanın, onların inamını doğruldun. Məsələn, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axunzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Nəriman Nərimanov, Cəfər Cabbarlı və digər bizim qüdrətli sənətkarlar xalqın maariflənməsi üçün böyük iş görüblər. Əslində Hüseyn Cavid, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov kimi ziyalılarımız müəllim olublar, amma görün bu müəllimlik adının arxasında nə boyda nəhəng işlər görüblər. Deməli şəxsiyyətin özünün xalqa bağlılığı, inamı, məsləkinin, vicdanının saflığı, paklığı rol oynamalıdır. İnanıram ki, bu istiqamətdə ilkin addımlar atılsa da, tam qələbə olmasa da, amma qələbəyə doğru yolun açıldığını görürəm. Arzu edirəm ki, bu yola inanıb göndərilən adamlar vicdan və namusla işləsinlər”.//dia.az

Son xəbərlər

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

Şənbə günü hava necə olacaq?

Kəlbəcərdə velosiped yolları salınacaq

İlham Əliyev polşalı həmkarını təbrik etdi

Gündəlik neçə saat yatmaq lazımdır?

Prokurordan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

Gəncə xəstəxanasında əməliyyat - Vəzifəli şəxslər saxlanıldı

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi - FOTOLAR

"Düz əyrini kəsir" - Görülən işlərə nəzər saldıqda...

Azərbaycanda qadınların pensiya yaşınını azaldılması təklif edilir

Bütün xəbərlər