Gündəm

Teymur Musayev nələri dəyişəcək?
MUMtv.az: - Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Teymur Musayev Səhiyyə nazirinin birinci müavini təyin edildi və müvəqqəti nazir vəzifəsini icra etmək də ona tapşırıldı.

Maraqlıdır, bundan sonra tibb sahəsində hansı yenilik və dəyişikliklər olacaq?

Bu barədə Sfera.az-a danışan tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, rəhbər vəzifəyə gətirilən fərdlərin hər hansı bir sahədə inkişafın əldə edilməsində rolu böyük olur:

"Amma səhiyyə sistemində islahatlar sona çatmadan, onu Qərb standartlarına uyğunlaşdırmadan bu sahədə yüksək uğur əldə edə bilməyəcəyik. Səhiyyəni elə bir duruma gətirməliyik ki, regionlarla mərkəz arasında səviyyə fərqi minimum olsun, kiçik əməliyyatdan ötrü insanlar bölgələrdən Bakıya üz tutmasın. Səhiyyə bir sistemə çevrilməli, orada olan bütün proseslər ictimaiyyətə açıq və şəffaf olmalıdır. Bunlar hamısı səhiyyənin qarşısında duran və hələlik həllini tapmayan məsələlərdir. Hər halda yeni təyinat var. Baxaq görək necə olacaq”.

"Bu təyinatla tibb sahəsinə yeni yanaşma tərzi gələcək”.

Bunu isə Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib:

"Səhiyyə nazirliyində aparılan dəyişiklik Cənab Prezidentin islahatlar siyasətinin tərkib hissəsidir.

Səhiyyə sahəsində islahatların daha uğurlu aparılması, icbari tibbi sığortanın daha uğurlu tətbiqi, kadr hazırlığının yüksək səviyyədə olması, əhalinin tibbi xidmətlərə əlçatanlığının yaxşılaşması, Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi tibbi standartlar paketinin hazırlanıb tətbiqi və s. məsələlər sözügedən sektorda qarşıda duran vacib məsələlərdəndir. Nazir vəzifəsini icra edəcək şəxsin kifayət qədər təcrübəsi və beynəlxalq tibbi aləmdə əlaqələri var”.

Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər