Gündəm

 

 

MUMtv.az "Kür-Xəzər”in sədri, Azərbaycan Ağsaqqallar Şurasının üzvü Akif Meybulla oğlu Kərimov Salyan rayon sakini Qoşqar Rəhimovdan 200 min dollar alaraq onu Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyinə söz versə də, sonradan bunun dələduzluq olduğu bəlli olub...

"Təzadlar”ın ötən sayında Salyan rayon sakini Qoşqar Rəhimovun başına gələn və ya gətirilən 200 min dollarlıq dələduzluq barədə onun vəkili İkram Abdullayevin açıqlamalarını təqdim etmişdik. Bundan sonra Akif Kərimovun adamları redaksiya ilə əlaqə saxlayaraq guya məsələnin belə olmadığını və s. söylədilər... Onlara tərəfimizdən başa salındı ki, bu yazılanlar jurnalistin məqaləsi yox, iş üzrə vəkil İkram Abdullayevin istintaq materiallarına istinadla təqdim etdiyi rəsmi arayışıdır.

Zərərçəkmiş Qoşqar Rəhimov bu dəfə Azərbaycanın baş prokuroru Zakir Qaralova ünvanlı müraciətini redaksiyamıza təqdim edib. Aşağıda kiçik ixtisarla təqdim edirik:

- Hörmətli cənab Baş Prokuror!
Bildirirəm ki, "Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü Akif Meybulla oğlu Kərimov etibarımdan sui-istifadə edərək məni Prezidentin Xüsusi Dövlət Mühafizə Xidmətində işə düzəltmək adı ilə 200 min dollar pulumu mənimsəmişdir. Belə ki, ailəmizlə çox yaxın münasibətdə olan Akif Kərimova idmançı olduğumu bildirərək işləmək arzusunda olduğumu söylədim. Atamın tanışı, həmyerlimiz, özünü bizə "Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri, Respublika Ağsaqqallar Şurasının üzvü, hansısa Qeyri Hökümət Təşkilatı idarə heyətinin üzvü kimi qələmə verən Kərimov Akif Meybulla oğlu məni işə düzəlmək istədiyini bildirdi. Mən də diplomumun surətini, tərcümeyi- halımı, sağlamlıq barədə arayışı, şəxsiyyət vəsiqəmin surətini hazırlayıb, Akif Kərimova verdim. O, məni Xüsusi Dövlət Mühafizə Xidmətinin 3-cü idarəsinə işə düzəldəcəyinə söz verdi və dedi ki, ora işə düzəlməyə 200 000 ABŞ dolları verməliyəm. Söhbətimiz 2014-cü ilin yanvar ayında Salyanda hüzür yerində oldu. Mən və atam məsləhətləşdik. Atam dedi ki, yaşlaşmışam, şəkərim var, sən bir normal işə düzəlsən mənim narahatçılığım olmaz. Akif müəllimlə razılaşdıq, amma pulun toplanmasına vaxt aldıq. 2014-cü ilin martında Akif müəllimlə əlaqə saxladıq, bizi çağırdı Bakı şəhəri, Xətai rayonunda Afiyəddin Cəlilov küçəsindəki ofisinə, atamla birlikdə 200 000 ABŞ dollarını və sənədlərimi Akif Kərimova verdik. Akif Kərimov 2016-cı ilin yanvar ayına qədər bizi aldada-aldada nəhayət, yanvar ayında bizi Bakıya ofisinə çağırdı. Atam, bacımın əri və mən getdik Akif Kərimovun ofisinə. Akif Kərimov dedi ki, səni Xüsusi Dövlət Mühafizə İdarəsinə düzəldə bilmirəm, yaşın artıq 33-dür, götürmürlər. Gəl səni ya Beynəlxalq Hava Limanına, ya da Prezidentin Mühafizə İdarəsinə işə düzəldim. Mən razı olmadım, xahiş etdim ki, pulu qaytarsın. Akif müəllim mənə 33 000 ABŞ dolları qaytardı və dedi ki, qalan 167.000 dolları isə satdığa ev qoyub, onu satıb verəcək. Razılaşdıq. Onsuz da xeyli vaxt itirmişdik. Lakin xeyli müddət ötdü, o, qalan 167 min dolları vermədi. Məcbur olub, 2016-cıilin noyabr ayında ərazi üzrə Xətai Rayon Prokurorluğuna şikayət verdim. Xətai rayon prokuroru Yusif İldırımzadə tərəfindən 18 noyabr 2016-cı ildə fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda dələduzluğa görə 160116440 saylı cinayət işi qaldırıldı və istintaq aparılması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərildi. Cinayət işinin istintaqını müstəntiq Məhəmmədəli Cümşüdov apardı və 21 noyabr 2016-cı ildə Akif Kərimov həbs edildi. Akif Kərimov həbsdə olarkən mənə 20 min manat da ödədi və xahiş etdi ki, ona möhlət verək, 2 ay ərzində qalan pulu da ödəsin. Akif Kərimov müdafiəçisi Əlizadə Kazımovun iştirakı ilə 23 noyabr 2016-cı ildə istintaq orqanına yazılı iltizam verdi ki, mən Qoşqar Rəhimovdan borc aldığım pulun 20 min manatını indi ödəyirəm, yerdə qalan pulu 2 ay müddətinə, yəni 23 yanvar 2017-ci il tarixə qədər ödəyəcəyimə dair öz üzərimə öhdəçilik götürürəm (İltizamın surəti təqdim edilir). Mən də ona və istintaq orqanına inandım, ərizə verdim ki, mənim qalan pulumu da ödəyəcəyinə iltizam verdiyi üçün onun həbsdən buraxılmasına etiraz etmirəm. Müstəntiq Məhəmmədəli Cümşüdov Akif Kərimova Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə dələduzluğa görə ittiham verdi, dindirdi və barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçərək həbsdən azad etdi. Çox təəssüflər olsun ki, Akif Kərimov yenə də hamını aldatdı və pulu qaytarmadı, cinayət işini Xətai Rayon Polis İdarəsindən aldıraraq verdirdi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə, müstəntiq Əflatun Səlimovun icraatına. Müstəntiq Əflatun Səlimov isə cinayət işini bizim xəbərimiz olmadan xitam etdi. Guya ümumiyyətlə, belə bir hal baş verməyib. Axı onun ibtidai istintaqda verdiyi ifadələri və mənim və digər şahidlərlə üzləşmə protokolları ilə, həmçinin digər maddi sübutlarla tam təsdiq olunur ki, Akif Kərimov hansı dələduzluğu edib. Əgər belə bir hal baş verməmişdirsə, onda Xətai rayon Prokurorluğu 18 noyabr 2016-cı ildə fakta görə AR CM-nin 178.3.2-ci maddəsi ilə, yəni külli miqdarda dələduzluğa görə 160116440 saylı cinayət işini hansı əsasla qaldırmış, Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Məhəmmədəli Cümşüdov 21 noyabr 2016-cı ildə Akif Kərimovu nə əsasla həbs etmişdi? Bu da onun istintaq müddətində verdiyi İltizamı: "İltizam
Mən, Kərimov Akif Meybulla oğlu, Qoşqar Rəhimovdan 2009-cu ildə borc aldığım pulun 20.000 manatını indi ödəyirəm, yerdə qalan pulun 2 ay müddətinə, yəni 23 yanvar 2017-ci il tarixə qədər ödəyəcəyimə dair öz üzərimə öhdəçilik götürürəm. Əks təqdirdə barəmdə həbs qəti imkan tədbiri seçiləcəyi barədə mənə xəbərdarlıq edildi və mən buna etiraz etmirəm”. A.Kərimov və vəkilin imzası.
Hörmətli Zakir müəllim!
Sonradan Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin müstəntiqi Əflatun Səlimov cinayət işinin materiallarını elə günə saldı ki, indii fələk də gəlsə baş aça bilməz. Bu müstəntiqin özbaşınalığıdır və o, ciddi şəkildə cəzalandırılmalıdır. Müstəntiq müxtəlif vaxtlarda bir-birinə ziddiyyət təşkil edən ifadələr alaraq var gücü ilə Akif Kərimovu təmizə çıxarmağa çalışmışdır. Cinayət işinin 38-ci səhifəsində, 20 noyabr 2016-cı il tarixli ifadəsində Akif Kərimov göstərir ki, guya onun sürücüsü Həsən Hacıyev 120 000 ABŞ dollarını 2011-ci ilin axırlarında aparıb Salyan rayonunda yerləşən, mənim atama məxsus "Yanar dağ” kafesində ona vermişdir. Həmin vaxtdan təxminən 2-3 ay sonra isə yenə də guya Həsən 50 000 ABŞ dollarını aparıb mənim yeznəmə Bakı şəhərində yerləşən Türkiyə Cumhuriyyətinin Səfirliyinin yaxınlığında vermişdir. Hansı ki, onun əvvəlki ifadəsindən belə çıxır ki, sürücü Həsən bir dəfəyə 120 000 ABŞ dolları aparıb Salyanda mənim atama verib, 50 000 ABŞ dolları da Bakıda yeznəmə verib. Deməli, sürücü Həsən 170 000 ABŞ dolları çatdırıb.Sürücü Həsən Hacıyevin istintaqa ifadəsi isə Akif Kərimovun və müstəntiqin bütün niyyətlərini alt-üst etmişdir. Həsən Hacıyev cinayət işinin 231-233-cü səhifəsində, 09.06.2017-ci il tarixli ifadəsində belə göstərir: "Bildirirəm ki, 2011-ci ilin axırlarında Akif məni öz ofisinə çağırdı və dedi ki, seyfdə pul var, onu götür gətir. Mən də seyfi açıb orada salafanda olan pulu götürüb Akifin otağına gətirdim. Akif pulu saymağımı tapşırdı, mən də pulu sayıb 70 000 ABŞ dolları olduğunu gördüm. Bundan sonra mən və Akif mənim idarə etdiyim, Akifə məxsus "Lexsus” markalı 10 FX 004 markalı avtomobilə əyləşdik və birlikdə (Akif Kərimov isə ifadəsində göstərir ki, guya sürücü Həsən Hacıyev Salyana tək gedib.Q.R.) Salyan rayonuna gəldik, orada yerləşən "Yanar dağ” restoranının qarşısında Qoşqarın tanıdığım atasıyla görüşdük. Akif mənə dedi ki, maşında olan pulu götürüb ona verim. Mən də avtomobilin saxlanc yerində olan 70 000 ABŞ dollarını götürüb bağlama şəklində ona verdim dedim ki, pulu say. O isə saymadı və pulu alıb getdi: Daha sonra biz Bakıya qayıtdıq. Bundan təxminən 2-3 ay sonra Akif mənə 50 000 manat pul verdi ki, Qoşqarın yeznəsiylə görüşüb pulu ona verim. Mən də həmin 50 000 manatı səfirliyin yanında ona verdim”.
Deməli, Akif Kərimovun ifadəsindən görünür ki, o, sürücü Həsənə bir dəfə 120 000 ABŞ dolları verib, Həsən də tək aparıb, Salyanda Qoşqarın atasına verib qayıdıb. Bir dəfə də 50 000 dollar verib ki, Qoşqarın yeznəsinə versin. Həsən göstərir ki, o Salyana Akiflə gedib və 70 000 ABŞ dolları aparıblar, Qoşqarın yeznəsinə də 50 000 ABŞ dolları yox, sən demə, 50 000 manat verib. Belə ziddiyyətlərlə dolu ifadələri alıb cinayət işinə tikən, bununla da Akif Kərimovu sudan quru çıxarmağa çalışan Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər müstəntiqi, polis-polkovnik leytenantı Səlimov Əflatun Ağasəf oğlunun məqsəd və niyyəti nə olmuşdur? Onun 09.01.2018-ci ildə qəbul etdiyi bu qərarı yerə-göyə sığmayandır və bu qanunsuzluğa, istintaq materiallarını qəsdən saxtalaşdırmaya görə müstəntiqin barəsində araşdırma aparılmalı və o, məsuliyyətə cəlb edilməlidir. "Qərar: Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Kərimov Akif Meybulla oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilsin”. Bu isə o deməkdir ki, Akif Kərimovun əməlində dələduzluq yoxdur. Deməli, mən ona böhtan atmışam. Elə isə mənim məsuliyyətim nədən ibarətdir?

Hörmətli cənab Baş Prokuror!

Bu cinayət işinin şəxsi nəzarətinizə götürməklə məni qəbul etməyinizi Sizdən xahiş edirəm. Akif Kərimovun məndən həmin pulları necə aldığını təsdiqləyən telefon danışıqları və digər sübutlar yenidən araşdırılsın, həm onun, həm də onun günahsızlığını saxta sənədlərlə sübut etməyə çalışan müstəntiqin barəsində ölçü götürülsün.

Redaksiyadan: məsələ ilə bağlı Akif Kərimovun mövqeyini öyrənməyə və onu dinləməyə əsas görmürük. Çünki İstintaq materialları ilə bizi vəkil İkram Abdullayev ətraflı tanış edib...

Mövzu diqqətimizdədir.//Conflict.az

 


Son xəbərlər

Azərbaycanlı müğənninin əkiz övladı oldu

Azərbaycan çempionatı: Bu gün 3 oyun var

Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO

Ermənistan və Azərbaycanın sülh üçün tarixi fürsəti var - Annalena Berbok

Sülhməramlıların növbəti bölmələri Azərbaycanı tərk etdi

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

“Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var” - 20 NƏFƏR İŞÇİNİ 5 AY İŞLƏTDİ, 1 MANAT DA VERMƏDİ

Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

“Azərsu”da kütləvi ixtisarlar başlandı

Şərurlu İsfəndiyar saxlanıldı – Təfərrrüat

80 manat alan neçə müharibə veteranı var? — Rəsmi CAVAB

"Ermənistan rus qoşunlarına ehtiyac olmadığını elan edib" - Xandanyan

Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ

Taksilərdə minimal gediş haqqı 4,5 AZN olacaq? — AÇIQLAMA

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edildi

Lavrov səhvən Putinə "uzunqulaq" dedi - VİDEO

Pənah Hüseyn namizəd olacağı dairəni açıqladı

Mirzoyan Avropa Şurasının sessiyasında delimitasiyadan DANIŞDI

Cavanşir körpüsü sökülür - RƏSMİ

Pakistanda qızlar məktəbinə bombalı hücum

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı- SƏBƏB

Şuşanın Baş planı barədə məlumat verildi

Alimlərin maddi təminatı ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan Peskovun dediklərini təkzib etdi

Müzakirələrə səbəb olan vakansiyalar üzrə hansı tələblər qoyulur?

"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat

5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur

Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Qubad İbadoğlu siyasətdən getdi

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

Bütün xəbərlər