Gündəm


MUMtv.az: - YAP Xətai təşkilatının sədri Hüseynbala Mirələmov Zoom proqramı ilə konfransa qatıldığı zaman ‘’yanıb’’. Belə ki, sosial medianın yaydığı videogörüntülər sayəsində ifşa olunub. Konfransa hazırlaşan zaman otağına girən katibəsinə qarşı əxlaqsız hərəkət edən H.Mirələmov həmin zaman Zoom konfransa qatılanların bunu gördüklərindən xəbərsiz olub. Katibəsi bunun fərqinə varan kimi onu da məlumatdırıb və otağı sürətlə tərk edib. Belə ki, qadını sığallayan H.Mirələmov Zoom proqramının incəliklərini bilmədiyi üçün ifşa edilib.

"Biz də bu hadisə barədə görüntüləri əksəriyyət kimi sosial şəbəkələrdə gördük və izlədik”. Bunu "Report”a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov deyib. Sözçü bildirib ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib: "O öz ərizəsi ilə işdən azad olunub”.

YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Unikal.org-a bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı YAP-dan münasibət bildiriləcək: "Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda, bu, Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir. Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır".

"Yeni Müsavat” sabiq deputatla danışmağa cəhd göstərsə də, onun telefonu bağlı olub. Hüseynbala Mirələmovun ən yaxın dostu, keçmiş deputat Hadı Rəcəbli bu barədə danışmayacağını bildirib: "Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

Hadı Rəcəbli bir neçə il bundan öncə özü ilə bağlı da belə bir halın baş verdiyini xatırladıb: "Bir neçə il bundan qabaq bir xanımla rəqs etmişdim. Həmin rəqsin videosunu yayıb məni də təhqir etmişdilər. İndi də Hüseynbala müəllimlə bağlı video sosial şəbəkələrdə yayılıb".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bu məsələdə H.Mirələmovun yaşına diqqət çəkdi. "Yeni Müsavat”a açıqlamasında E.Musayev dedi ki, H.Mirələmovun 76 yaşının olmasına xüsusi toxunmaq lazımdır: "Müəllimələr var ki, çox təcrübəli və uşaqlara faydalıdılar. Onlar 65 yaşları olan kimi dərhal işlərindən çıxarılırlar. Mirələmov yazıçıdır, şairdir, neft-qaz sahəsində işləyir, hər sahədə əli var, keçmiş deputat olub. Dalbadal deputat seçiblər. Bu adam göydən zənbillə düşüb ki, bütün qapıları üzünə belə açırlar? Adamın 76 yaşı var, amma hər vəzifədə təmsil olunur. Bu sayaq hadisələr də göstərir ki, bu adam artıq heç bir yerdə təmsil olunmamalıdır. Mən baxdım, bunun bütün övladları da yüksək vəzifədədir. Bu ölkədə başqa ziyalılar, normal adamlar var. Amma onlara belə şərait yaradılmayıb. Əziyyət çəkən adamlar var ki, çox çətinliklə uşaq oxudurlar, amma o uşağa iş yeri tapa bilmirlər. Amma bu Mirələmovun 76 yaşı var, 100 yaşına qədər də işləyəcək. Uşaqları, nəvələri də onun kimi. Bu cür adamlarla, ümumiyyətlə, sağollaşmaq lazımdır”.

Xatırladaq ki, H.Mirələmov 1992-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 2008-ci ildən isə partiyanın Xətai rayon təşkilatının sədridir. O, 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisin deputatı olub. YAP-ın son qurultayında isə sabiq deputat Ağsaqqallar Şurasının üzvü seçilib.

Hüseynbala Mirələmovun yayılan qeyri-etik videosundan sonra sosial şəbəkə istifadəçiləri onun Ağsaqqallar Şurası üzvlüyündən çıxarılması barədə təkliflər səsləndirirlər. İstifadəçilərin fikrincə, bu cür video ilə gündəmə gələn H.Mirələmovun Azərbaycanın ağsaqqalı kimi təqdim edilməsi düzgün deyil.

Modern.az H.Mirələmovun Ağsaqqallar Şurasında bundan sonrakı aqibəti haqqında məlumat almaq üçün qurumla əlaqə saxlayıb. Şuranun sədr müavini, deputat Eldar İbrahimov sözügedən hadisənin Ağsaqqallar Şurasına aidiyyəti olmadığını vurğulayıb: "Bəlkə bu haqda danışmayaq? Bu məsələnin Ağsaqqallar Şurasına aidiyyəti yoxdur. Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin, bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən... olubdur...”// "Yeni Müsavat”

Son xəbərlər

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

İçərişəhərdə restorandan oğurluq edən şəxs həbs edildi

Azərbaycanda bu şəxslər gəlir vergisindən azad edilir

Cavanşir Məmmədov dünyasını dəyişdi

Əməkdar artist 49 yaşında dünyasını dəyişdi

Məktəb direktoru icra başçısına müavin təyin olundu

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı

"Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

Baxımsız Mədəniyyət Mərkəzi – Direktor istirahət parkını sakinlərin üzünə niyə QAPADIB?

Uşaqlara peyvənd vurulacaq — Nazir əmr imzaladı

İpotekaya xitam verilən hallar genişləndi

Kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Bu şəxslər 1500 manat cərimələnəcək

Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək

Azərbaycanda bu işçilərin maaşları artırılacaq

Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO

Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ ? - Dövlət qurumunda "Dostluq birliyi" // VİDEO

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Lüks avtomobillərə sahib oğlun atasının rəhbər olduğu Gəncənin Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır – VİDEO/FOTO

“Yaponski” səfirin BDU-da dekan müavini olan bacısının “kitayski” əməlləri – Bir İsmayılzadə DOSYESİ

"İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq" - Hakim

İran İsrailə hücumda köhnəlmiş raketlərdən istifadə edib

Kəmaləddin Heydərovun şirkəti ölkədən valyuta çıxarmaqda ittiham olunur

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qubad İbadoğluya yekun ittiham elan edildi

Prezident yeni nazir müavini təyin etdi - FOTO

Bütün xəbərlər