Gündəm

Qoşqar Təhməzlinin bacısı oğlu meydan sulayır... - İDDİA
 
 
 
 
 
 

 
Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimlərlə işlər üzrə sektor müdiri Mehriban Bağırovanın iş fəaliyyətindən yeni narazılıqlar var. Azinforum.az-ın əldə etdiyi məlumata görə, bugünlərdə Mehriban Bağırova 10-a yaxın laborantı heç bir ciddi səbəb olmadan tutduqları vəzifədən azad edib. Müqavilərinə xitam verilən laborantları gözlənilmədən çağrıb ki, gəlib işdən azad olunmaları ilə bağlı əmrlərinin sürətini götürsünlər. Əsasız yerə kütləvi şəkildə işdən azad edilən laborantlar bunun səbəbi ilə maraqlandıqda isə Mehriban Bağırova bildirib ki, bunun səbəbini onun müdiri olan Xalid Bayramlıdan soruşsunlar, çünki həmin adamın göstərişini icra edib. Xalid Bayramlının Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin bacısı oğlu olduğu bildirilir. İşdən kütləvi şəkildə çıxarılan adamlar Xalid Bayramlının qəbuluna düşə bilmirlər. Onların sözlərinə görə, buna da Mehriban Bağırova mane olur: "Əvvəlcədən Xalid müəllimə deyir ki, biz işdən niyə çıxarıldığımızın səbəbini soruşmağa gəlmişik. Xalid müəllim də aşağıdakı mühafizə xidmətinə tapşırır ki, bizi qəbula buraxmasınlar. Hər dəfə bir bəhanə ilə bizi qəbul etmir. Gah deyillər yanında çəkiliş var, gah deyillər xarici qonaqlar var. Yəni müxtəlif bəhanələrlə bizi qəbul etməkdən yayınır. Biz artıq düşdüyümüz vəziyyətdən bezmişik. Sizdən xahiş edirik ki, səsimizi daha yuxarı instansiyalara çatdırasınız. Biz ailəmizi nə ilə dolandırmalıyıq? Axı bu şəkildə adamı işdən çıxarmırlar. Qoy bizə bunun səbəbini əsasladırsınlar. Bura dövlət qurumudur, işə qəbul da, işdən çıxarılma da, qanun əsaslarla tənzimlənməlidir”.

Qeyd edək ki, qurumun rəsmi saytında Xalid Bayramlının adı Qida Təhlükəsizliyi Agentliyinin Risklərin idarə olunması şöbəsinin rəisi kimi qeyd edilir. Çox maraqlıdır, bu vəzifənin kadrların işdən çıxarılması ilə hansı əlaqəsi ola bilər? Bəlkə Mehriban Bağırova məqsədli şəkildə həmin şəxsin adını hallandır? Bu suallara da cavab tapmağa çalışacayıq.

Yazıda adları çəkilən şəxslərin mövqeyini öyrənməyə cəhd etsək də, alınmadı. Onların da fikirlərinə yer verməyə hazırıq.
Azinforum.az

Son xəbərlər

Paşinyan Azərbaycanla sərhədə hasar çəkməyi təklif etdi

Qazaxın Xeyrimli kəndinin minatəmizləmə işlərinə başlanıldı

Şuşaya köç başlayır: Şuşalılar özləri fərdi ev tikə bilərmi?

Azərbaycanda yeni peyvənd vurulacaq

İlin sonuna qədər bütün azad edilmiş rayonlara qayıdış başlayacaq

Ermənistan MN demarkasiya olunmuş ərazilərdən geri çəkiləcək

Bu günə olan valyuta məzənnələri

Dörd ildən sonra COVID məhdudiyyətləri ləğv edildi

"Qonşularla münasibətlərimizi legitimlik əsasında qurmalıyıq" - Erməni baş nazir

Gürcüstan prezidenti gənclərə müraciət ETDİ

Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru cinayət başında TUTULUB - VİDEO

Nazir Məhkəmə Ekspertiza Mərkəzinin rəisini vəzifəsindən azad etdi

Səfərbərlik Xidməti məlumat yaydı: Çağırışçıların nəzərinə - Bundan sonra...

Məhkəmə Ramiz Mehdiyevin kürəkəninin şikayətini rədd etdi -ŞOK DETALLAR

Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Parklarda Fəaliyyət Göstərən Səyyar Kababxanalar Hansı Məmurlarındır? – Faktlar+VİDEO

Uçot dərəcəsinin endirilməsi kredit faizlərini azaldacaq? - AÇIQLAMA

Yenilməz könüllü batalyon - FOTO

Ramin Məmmədov deputat mandatından məhrum edilir

Vüqar Qurbanov bu xanıma vəzifə verdi - FOTO

Zəngəzur dəhlizinə görə daha 18 kənd Azərbaycana veriləcək?

Prezident dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul etdi

Musiqi sənəti üzrə qabiliyyət imtahanına dəyişiklik edildi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub - FOTO

Yanlış əməliyyat acı nəticələrə səbəb oldu - FOTO

Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı

Yeni xoş başlanğıclar yaşana bilər - BÜRCLƏR

"Bu Forum çox mühüm beynəlxalq platformadır" - Prezident

Gənə dişləməsi bu xəstəliyə səbəb olar bilər

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində dövlətin qanunları BELƏ POZULUR - İLGİNC FAKTLAR

Goranboy Rayon Mədəniyyət Şöbəsi haqda ŞOK FAKTLAR

Deputat Kəmaləddin Qafarovun “Zəfəran” apteklər şəbəkəsi Naxçıvanda?

Bütün xəbərlər