Gündəm

Dələduzluqda ittiham edilən “Leyla” şadlıq sarayının administratoru danışdı: “Hamısı yalandır”
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
 
Bir müddət öncə Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən "Leyla” şadlıq sarayının administratorunun toy sahiblərinə qarşı dələduzluq etməsi ilə bağlı xəbər dərc etmişdik. 

Xəbərdə deyilirdi ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb. Dələduzluqda ittiham edilən şəxs isə deyir ki, bu məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, pulları götürüb qaçmaqda ittiham olunan Akif adlı şəxs "Minval.İnfo” saytı ilə əlaqə saxlayaraq məlumatı təkzib edib: "Mənim 52 yaşım var. Xəbər yayılandan özümə gələ bilməmişəm. Bakının ən lüks restoranlarında çalışmışam. Bu sahədə çalışanlar məni yaxşı tanıyır. Haqqımda deyilənlərin hamısı yalandır. Birincisi mən heç yerə qaçmamışam, Bakıda, evimdəyəm. Bundan əlavə, əgər iddia edildiyi kimi "Leyla” şadlıq sarayının 100-ə yaxın behini də vermiş müştərisi, yəni toyu var idisə, oranı niyə mərasim evi etdilər? Gəlir gətirən restoran bağlanarmı? Təbii ki, xeyr.

Məni sevməyən, düşmənlik edən kimlərsə bu yalan məlumatı ötürüb mətbuata. Ayıbdır, mənə bu hərəkət yaraşmaz. Mən bir nəfərin də pulunu götürüb qaçmamışam. Əgər belə şey olubsa məni polisə şikayət edə bilərlər”.

Qeyd edək ki, hadisə haqqında ilk məlumatı Report.az yayıb

Son xəbərlər

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

46 nömrəli marşrut avtobusunda qorxulu anlar yaşanıb - FOTO

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq? - AÇIQLMA

Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirildi

Sizdən xəbərsiz adınıza şirkət açıblarsa ..? - Diqqət!

Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!

İctimai TV-yə yeni Baş direktor müavini təyin edildi

Dünyada baş verənlər FOTOLARDA

Günay Kazımzadə yeni vəzifəyə təyin edildi

"Hizbullah"ın vacib simalarından biri məhv edildi

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Bütün xəbərlər