Gündəm

Aynişan instaqramda dələduzluqda ittiham olunur
MUMtv.az:- Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva dələduzluqda ittiham edilib. Belə ki, Aynişan bir neçə gün öncə 1 milyon 200 min izləyicisi olan instaqram hesabında "giveaway” yarışmasını keçirəcəyini elan edib.

Yarışda avtomobil daxil olmaqla 5 hədiyyə təqdim edilib və ödəniş qarşılığında sponsor cəlb olunub.

İddiaya görə, oyunda yer alan istifadəçilərin seçimində şəffaflıq pozulub. Aynişan qalibi seçən "Random” proqramını canlı yayımda seçim zamanı yox, əvvəlcədən yükləyib. Daha sonra qaliblər seçilib, lakin avtomobilin qalibi açıqlanan zaman canlı yayım kəsilib.

Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən, fasilə zamanı təşkilatçılar öncədən müəyyənləşdirilmiş şəxsin vatsapına yazıb ki, "hazırlaşsın, birinci yox, ikinci zəngdən sonra telefonu açsın”.

Yenidən canlıya qoşulan Aynişan qalibin adını açıqlasa da, onun necə seçildiyini göstərməyib. "Ssenari”yə uyğun olaraq Aynişan sözügedən şəxsə zəng vurub, ancaq qarşı tərəf dəstəyi götürməyib.

Canlı yayımı skrin edən təşkilatçı səhvən sözügedən vatsap yazışmalarını da lentə alıb. Həmin görüntüləri isə Aynişan diqqətsizlik edərək səhifədə yerləşdirib.

Bundan sonra A. Quliyevanın ünvanına tənqidi şərhlər yazılıb. Bloqqer sözügedən məsələdən sonra instaqram səhifəsində açıqlama yayıb:

"Mənim səhifəmdə həmin yarışı təşkilatçılar keçirib. Onlarla danışıqlar aparanda dedim ki, hansı proqramla qalibi seçəcəyik? Cavabları "Random” oldu. Çünki ən böyük yarışların qalibi sözügedən proqramla seçilir. Mən heç bir proqrama müdaxilə etmirəm, başım çıxmır. Vicdanıma sığışdırıb kimisə bu yolla aldatmaram! Sizin güvəninizi sarsıdacaq bir şey edə bilmərəm. Mən yarışı həmişə öz səhifəmin canlısında açırdım. Lakin təşkilatçıların xahişi ilə yeni "Ayniyarış” səhifəsində açdım. Qalibləri seçən zaman internetdə problem yarandı. Zəng gəldi ki, donmalar var. Canlını dayandırıb yenidən qoşuldum. Qalibləri seçdik. Evə gəldim, anam soruşdu ki, yarış necə keçdi? Əla olduğunu bildirdim. Anam baxmaq üçün səhifəyə girdi, gördü ki, yüklənən canlı yayım silinib. Təşkilatçılara zəng vurdum, söylədilər ki, izləyicilər artıq-əksik yazdığı üçün silinib. Sonra gördüm ki, səhifələr heç bir əsası olmayan məlumatlar paylaşırlar. Sən demə, ekranı skrin edən zaman yazışmalar olub. Təşkilatçılar bunu edib”.

Son xəbərlər

“Kitab köşkü” – “AzerGold” QSC-dən daha bir maarifləndirici layihə - FOTO

Təhsil Nazirliyinin DƏRSLİK BİABIRÇILIĞI...

Şuşada Bayraq Meydanının açılışı olub

Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışı oldu

ABŞ Özbəkistana anti-Rusiya sanksiyalarına əməl etməyə kömək edəcək

Müharibə veteranlarının müavinəti artırıla bilər

Azərbaycanda yeni telekanal açılır

DGK türk şirkətindən 6,3 milyonluq narko detektor alır

Nə vaxt öləcəyinizi söyləyən PROQRAM

Əsas yeyinti bulvar ərazisində parkinqlərlə bağlıdır

Təhsil İdarəsinin müdiri qəbul etmədi, səs-küy saldı - Cərimə edildi

Günorta yorğunluğunu necə aradan qaldıraq?

Əziz Orucovun həbs müddəti uzadılıb

Prokuror "Tərtər işi" ilə bağlı ittiham olunan 5 nəfərə cəza istədi

İlham Əliyev İmarət Kompleksinin açılışını etdi

Bəzi meyarlara uyğun olmayan “Unidez Center” MMC-ni kim qalib çıxarıb, Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti

Rüşvətə göz yummaq qanunlara qarşı çıxmaq deyilmi ?!

Ağdamda Dam örtükləri istehsalı zavodu açıldı

İlham Əliyev daha bir zavodun açılışını etdi

Səhiyyə Nazirliyindən özəl tibb müəssisələrinə XƏBƏRDARLIQ

Tənhalıq ölümlə nəticələnən xəstəliklərə səbəb olur?

"Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması Ermənistanın qələbəsi hesab edilir" - Şahramanyan

400 minlik tender: Dövlət Agentliyi aftafa, çəkic, dırmıq alacaq - Vergi reyestrində adı yoxdur...

Elm Naziri Alimi Blok Etdi!- VİDEO

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi - SƏRƏNCAM

Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Sahib Məmmədov daha bir sanatoriyanın baş həkimini İŞDƏN ÇIXARDI - FOTO

Bu insanların infarkt və insult keçirmə riski daha azdır

Payızın sağlamlıq deposu qidaları

Qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Pentaqon İsraildən qorxur - KİV

Arzu Əliyeva çəkiliş meydançasında - FOTO

Bütün xəbərlər