Gündəm


"Azərsığorta” dövlət sığorta şirkətinin departament müdiri Xəyyam Hətəmovun xidməti fəaliyyəti ilə əlaqədar yaranan borcu ödəmək üçün tanış qadının avtomobilini fotoşop proqramı ilə çox zədələnmiş kimi göstərərək külli miqdarda pulu şirkətin hesabından əldə etdiyi iddia olunur.

"MediaPost" xəbər verir ki, bu barədə mubahise.az özəl məlumat əldə edib.

Belə ki, X.Hətəmov "Azərsığorta”nın Sumqayıt filialının müdiri olarkən Ülviyyə Məmmədovanın idarə etdiyi 90 OU 777 nömrəli "Chevrolet Captiva” markalı avtomobil qəzaya düşüb.

2020-ci il martın 1-də baş verən qəzada Ü.Məmmədova qayda pozuntusu edərək Alıyev Sərvan Baba oğluna məxsus "Toyota Prado” markalı 90 UF 094 nömrəli avtomobili vurub. Buna görə də Ü. Məmmədova barəsində Sabunçu rayon Polis İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq İXP3122323 saylı prtokol tərtib edilib.

X.Hətəmov "Azərsığorta"nın filial müdiri olarkən hadisə baş verib, bir müddət sonra o Baş İdarədə Qəza hallarının araşdırılması departamentinin müdiri təyin olunub. Həmin vaxt "qurma" hadisəyə ödəniş verilib. Ödəniş alan Ülviyyə Məmmədova isə hadisədən sonra baş ofisdə mühasib köməkçisi kimi işə qəbul olunub.

Qəza nəticəsində "Prado”ya dəyən ziyana görə Ü.Məmmədovanın avtomobilinin icbarı sığortasını həyata keçirən "Azərsığorta”nın hesabından S.Alıyevə 1370 manat ödəniş edilib.
Bundan sonra isə Ü.Məmmədovaya məxsus "Chevrolet” markalı avtomobilin qəzadan sonra çəkilmiş fotosu üzərində fotoşopla montaj işləri aparılaraq təxminən 1000 manatlıq zərər 22 min manata kimi çıxarılıb. Ü.Məmmədovanın "Chevrolet”inin kasko sığortası da "Azərsığorta”da olub.

Guya fotoşopa baxıb qərar çıxaran X.Hətəmov buna görə şirkətin hesabında işçisi Ülviyyə Məmmədovanın bank hesabına 22 min manat ödəniş edib.
Digər maraqlı məqam bundan ibarətdir ki, həmin müddətdə X. Hətəmovun xidməti fəaliyyətlə bağlı "Azərsığorta”ya 23 min manat debitor borcu olub. Lakin bu hadisədən sonra sehrli formada həmin borc ödənilərək bağlanılıb. Fotoşoplu şəklə görə bank hesabına 22 min manat ödənilən işçisi Ülviyyə Məmmədova isə onun ardınca baş idarədə mühasib köməkçisi olub.

"MediaPost" məsələ ilə bağlı Xəyyam Hətəmovdan münasibət öyrənməyə çalışıb. O yayılan məlumatı təkzib edib və bildirib ki, bununla bağlı məhkəməyə müraciət edib. X. Hətəmov qısa zamanda məsələ ilə bağlı geniş məlumat veriləcəyini deyib. Sözügedən fotoşoplu fotolara gəlincə, X.Hətəmov bunun şantaj üçün alət olduğunu bildirib.

Qeyd edək ki, Xəyyam Hətəmov hazırda "Azərsığorta"nın İdarə Heyətinin üzvüdür. Lakin "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən İdarə Heyəti üzvləri Mərkəzi Bankın müvafiq attestasiyasından keçməlidir. Hələlik bu prosedur da icra edilməyib.


Son xəbərlər

Bu şəxslər 2500 manat cərimə ediləcək

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldı - VİDEO

ISW rusların bu il Ukraynada nə qədər ərazini ələ keçirdiyini açıqladı

Azərbaycanda məşhur müğənni ikinci dəfə ərə gedəcək (VİDEO)

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı - 7 il cəza almışdı

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bu gün "Qarabağ" 11-ci dəfə çempion ola bilər

Gəncədə dəfn ilə bağlı qeyri-adi inanclar (VİDEO)

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Prezident avtomobil yolları ilə bağlı fərmanda dəyişiklik etdi

Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bakıda bu səbəbdən torpaq kəskin ucuzlaşdı

Arıqlama dərmanı qadınlarda kütləvi hamiləliyə səbəb olub

Yaşayış binalarında da parklanma yerləri bahalaşdı

İki rəis işdən çıxarıldı, direktora şiddətli töhmət verildi

“Paşinyan qaçacaq, ətrafı isə...” – İrəvanda hakim partiya üzvləri qorxudulur

Təxribata meyilli qruplar adətən sosial şəbəkə üzərindən ilk addımı atırlar

"Bu tələblər yerinə yetirilməyənə qədər əsirlər azad edilməyəcək" - HƏMAS sözçüsü

“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib

Nikol Paşinyan: Ermənistan mühacirətdə olan “Dağlıq Qarabağ hökuməti"ni tanımır

Dollara tələbin artmasının səbəbləri açıqladı

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Daşaltıda itkin düşmüş daha 73 nəfərin adı açıqlanacaq - Əli Nağıyev

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - VİDEO

Bu gün milli təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramıdır

Bu gün ilk Qədr gecəsidir

Vətəndaşların nəzərinə: Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Bakıda Rusiya Kino Günləri keçiriləcək

Ermənistan bu kəndi Gürcüstana qaytarmağa hazırlaşır

Sabunçunun problemlərinə qurumlar ADİL yanaşmır - Altından sərvətlər çıxan bu ərazilərin üstü kimlərin marağına xidmət edir? // VİDEO

Bütün xəbərlər