Gündəm


""Uşaqpulu” valideyinin haqqıdır, niyə almasın? Qarabağı bu uşaqlar aldılar. Onların mənəvi atası dövlətdir”.

MUMtv.az Cebhe.info-ya istinadən  xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev "Müsavat TV”-nin canlı yayımında deyib. Deputat bildirib ki, uşaq yeməkləri 150-400 manat aylıq xərc aparır:

"Bunun "Pampers”i var, həkimi var, yaşayış yerinin istiliyi və digər xərcləri var. İndi bəzi partiya sədrləri çıxıb "uşaqpulu verilsin” təklifi verənləri yaramaz adlandırır. Əsas odur ki, düşüncələr yaramaz olmasın. Cəmiyyətdə bu cür insanlar olur. Düzgün riyazi hesablama aparmağı bilməyənlər, bu tip partiya sədrləri var ki, deyirlər "uşaqpulu” verilməsin. Bu, birbaşa xalqın üzünə tüpürmək, xalqı təhqir etməkdir. Heç kim demir ki, bu gün hamıya "uşaqpulu” ver. Amma heç olmasa, başla”.

Deputat bildirib ki, ən azından 3 yaşa qədər uşaqlara yemək verilməlidir:

"Bu, dövlətin borcudur. Kimsə deyir ki, YAP "uşaqpulu” vermək istəmir. Amma YAP təmsilçisi olan deputat Elman Nəsirov "uşaqpulu” ilə bağlı sərt çıxış etdi. Digər deputatlar da "uşaqpulu”nun verilməsini dəstəkləyir. "Uşaqpulu” birmənalı şəkildə verilməlidir. Müxalifət adından istifadə edib "uşaqpulu”na qarşı çıxanlar isə müxalifət adından danışmaq haqlarını itiriblər”.

Deputat "uşaqpulu” ilə bağlı danışmaqdan yorulduğunu da deyib:

"Nə qədər demək, danışmaq olar? Amma bu özü də gözəl bir haldır ki, məsələ artıq cəmiyyətin, hökumətin, siyasətçilərin gündəminə oturub və müzakirə edilir. Məndən olsa, günü sabah ictimai dinləmələr keçirib bu prosesi başladaram”.

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər