Gündəm

Deputat Razi Nurullayev Baş prokurorluğa dəvət edildi – Kəskin çıxışına görə

"Bir neçə gün əvvəl AzTv-də çıxışım zamanı Binəqədi prokuroru haqqında kəskin danışmışdım. Dəfələrlə zəng etməyimə baxmayaraq, telefonu qaldırmamış və hörmətsizliyə yol vermişdi. Bu gün məlum məsələ ilə bağlı Baş prokurorluğa dəvət edildim və Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədov ilə görüşdüm”.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Baş prokurorluğa çağırılıb.

Bu barədə məlumat verən deputat qeyd edib ki, hörmətli Kamran Əliyevin Baş prokuror təyin edilməsindən sonra vətəndaşlara, onların şikayətinə münasibətin xeyli dəyişdiyi barədə məlumatlı idim:

"Bu gün görüşə gedən zaman səhvən əsas qapıdan yox, qəbul şöbəsindən içəri daxil olmalı oldum və prokurorluğa gələn şikayətçilərlə də rastlaşdım.
Məni Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri hörmətli Eldar Sultanov qarşıladı. Baş prokurorluqda başqa bir atmosferin olduğuna sevindim. Eldar müəllimin gələn şikayətçilərlə mehribancasına salamlaşmağı və onları dinləməyi də xoş oldu. Eldar müəllimə də vətəndaşlara doğma yanaşmasına görə də təşəkkür etdim”.

"Baş prokurorun birinci müavini hörmətli Elçin Məmmədovla görüşümüz qarşılıqlı anlaşma şəraitində keçdi” deyən deputat, sevindim ki, "Baş prokurorluqda yeni bir abi-hava var və məsələlərin müsbətə doğru dəyişməsinə zəmin yaranmaqdadır”, deyə bildirib:

"Ümid edirəm ki, islahatlar daha da intensivləşəcək. Vacib olan insan faktorudur. Əgər vətəndaş razı salınırsa, xoş qəbul edilib, xoş yola salınırsa, mütləq cəmiyyətə də müsbət siqnallar ötürür. Milli Məclisin deputatına qarşı edilən sayqısızlıq əsas müzakirə mövzusu oldu və digər məsələlərə də toxunduq. Baş prokuror məsələyə birbaşa özü müdaxilə edib və mən bunu həm Milli Məclisə, həm də Milli Məclisin deputatlarına qarşı sayqı kimi qiymətləndirirəm. Hörmətli Elçin müəllim Baş prokurorluğun müvafiq tədbirlər görəcəyini dedi və bizə də məsələnin sonrakı inkişafını gözləmək qalır”.

(DOSYE.ORG)


Son xəbərlər

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Blinken Çin lideri ilə görüşəcək

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Nazirlərin və komitə sədrlərinin qəbul günləri - CƏDVƏL

Daşqınlar insan təlafatına səbəb olub

İsrail ordusu Livandakı "Hizbullah" hədəflərinə hücum edib

Bu şəhərə bir günlük gələnlər pul ödəyəcəklər

Füzuliyə növbəti köç karvanı yola düşdü

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Bütün xəbərlər