Gündəm


REAL sədri İlqar Məmmədovun "uşaqpulu” ilə bağlı qalmaqallı açıqlaması müxalifət düşərgəsində yeni narazılığa səbəb olub. Partiya sədrinin bu mövzuda danışan siyasi liderləri "yaramaz”, "debil” adlandırması sərt etirazlarla qarşılanıb.

İ.Məmmədov isə geri çəkilmək fikrində deyil. O, bir-birinin ardınca bu mövzuda statuslar yazır, canlı yayımlara çıxır, aşağı-yuxarı təhqirlərini davam etdirir.

AĞ Partiya başqanı Tural Abbaslı "Yeni Müsavat”da məsələyə qısa şərh verdi: "Bu partiya və həmin partiyanın rəhbərliyini onlara cavab veriləcək qədər ciddi, məsuliyyətli hesab etmədiyim üçün reaksiya vermək istəmirəm”.

AMİP sədri Arzuxan Əlizadə: "Uşaq pulunun verilməsi ilə bağlı müzakirələr bir neçə ildir ki, ictimaiyyətin diqqət mərkəzindədir. Milli İstiqlal Partiyası olaraq biz bu məsələnin həlli istiqamətində hökumətə təkliflər paketi təqdim etmişik. Hazırda bununla bağlı demək olar ki, bütün platformalarda müzakirələr gedir. Hesab edirəm ki, hökumət, nəhayət, ictimai rəyi nəzərə almalı, ən azından maliyyə qurumları vasitəsilə məsələ ilə bağlı ictimaiyyətə doğru-düzgün statistik məlumatlar verməlidir.

Bundan sonra dəqiq hesablamalar aparmaq mümkündür. Yoxsa kimin ağlına hansı rəqəm gəlirsə, onu ictimai müzakirəyə çıxarmağı da məsuliyyətsizlik kimi qiymətləndirirəm. Müzakirələrin fonunda siyasi spekulyasiya vasitəsi kimi opponentləri aşağılayacaq ifadələr işlədən siyasiləri isə məsuliyyətli olmağa dəvət edirəm. Ölkədə mövcud olan bu qədər problemin içərisində əlavə intriqalar yaratmaq yersizdir və heç kimə, xüsusən də siyasi təşkilat rəhbərlərinə baş ucalığı gətirmir. Bu səbəbdən də hər kəs opponentlərinə yönəlik ifadələr seçərkən diqqətli olmalıdır”.

ALDP rəhbəri Fuad Əliyev bir filmdən sitat gətirdi: "”Münxauzen" filmində Münxauzenin sözləri yada düşür: "Ağıllı sifət hələ ağıllı olmaq deyil, cənablar. Yer üzündəki bütün axmaq şeylər bu ağıllı sifət ifadəsi ilə edilir. Cənablar!” Görünür, həbsxanadan çıxandan sonra psixoloji yardım almayıb. Hətta ona psixoloji yardım yox, psixiator lazımdır. Çox ciddi patoloji xəstəlikdir. Bunun və ətrafında olan 1-2 nəfərdə narsisizm əlamətləri var. Bu həmin adamdır ki, təxminən bir ay bundan qabaq demişdi ki, korrupsiyaya qurşanmış məmurları həbs etmək lazım deyil, büdcədən, xalqın, oğurladığı pulların hesabına əldə etdiyi əmlakları müsadirə etmək lazım deyil... Bu işlədiyi ifadələrlə öz səviyyəsini göstərdi. Onsuz da səviyyəsi çox da yüksək deyildi. Vaxtilə parlamenti "zoopark” adlandırıb indi özü, onun diliylə desəm, "zooparkda” təmsil olunur. Hamımız bilirik ki, bunun nümayəndəsi necə "deputat” olub. Amma uşaqpuluna gəlincə, bu pul az da olsa verilməlidir. Biz çalışmalıyıq ki, bu məbləğ yüksək olsun".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev daha sərt mövqe sərgilədi: "O, satqın adamdır. Kimdir ki, bizi ”yaramaz" adlandırır? Gedib dövlətin 234 min pulunu aldı. Aldığı pulu uşaq bağçalarına versin, əgər xalqı belə düşünəndirsə. Cəhənnəm olub gündəmdən düşəcək. Avropaya satılmış birisidir. Türmədən çıxandan sonra jurnalistləri belə evinə buraxmadı. Xalqımıza həqarət edir, görün özünü nə qədər unudub. Onun kiməsə lağ etməyə nə haqqı çatır? Özü başdan-ayağa lağ obyektidir".

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Ayaq üstə işləmək faydalıdır?

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq edəcək

Nazir direktoru işdən çıxardı

Azərbaycan nefti cüzi bahalaşıb

Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir

İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

"Putin" filmi böyük reaksiyalara səbəb olub

"Paşinyan üzərinə götürdüyü öhdəliyi pozur" - Elçin Əmirbəyov

Xadimə direktoru niyə bıçaqlayıb? - "Dedilər məktəbdə açıq-saçıq geyinmisən..."

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA // VİDEO

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib - FOTO

Bütün xəbərlər